Şənbə, 22 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Qazaxıstan sərhədində dörd azərbaycanlı tutuldu

Yanvarın 21-dən 22-nə keçən gecə Xəzər dənizinin Qazaxıstan sərhədində azərbaycanlılar saxlanılıb...

Total.kz-nın məlumatına görə, “Sarbaz” sərhəd gəmisi radarla dənizdə naməlum obyekt aşkarlayıb.

Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Mətbuat xidmətindən verilən məlumata görə, sərhədçilər gəminin işıqlarını yandırıb dayanmağı tələb edən siqnallar versələr də, buna məhəl qoyulmayıb.

Nəticədə, cənub-qərb istiqamətində hərəkət edən “Bayda” tipli qayıq Qazaxıstanın dövlət sərhədçiləri tərəfindən saxlanılıb.

Gəmidə 1971, 1975, 1978 və 1983-cü il təvəllüdlü dörd azərbaycanlı olub.

Onlar Qazaxıstan dövlət sərhəddini qanunsuz keçdikləri üçün məsuliyyətə cəlb olunublar.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar