Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstan portalları Mehriban Əliyevanın fəaliyyətindən yazdı

Qazaxıstanın "Newsroom” və "Saraptime” portallarında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva haqqında məqalələr dərc edilib.

Məqalələrdə Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətini səciyyələndirən əsas məqamlar oxucuların diqqətinə çatdırılır.

AZƏRTAC-ın "Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır” sərlövhəli məqaləsi əsasında hazırlanan yazılarda xüsusilə də onun dünya mədəni irsinin qorunması, sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi işinə verdiyi töhfələr qeyd edilir. Siyasəti mərhəmət və şəfqət kimi bəşəri dəyərlərlə zənginləşdirən, hər bir sahədə xoş məramı ilə fərqlənən Mehriban Əliyevanın Vətəninin tərəqqisinə xidmət etdiyi, ölkəsinin mədəniyyətinin, təhsilinin, səhiyyəsinin, idmanının inkişafına çalışdığı vurğulanır. Həmçinin Mehriban Əliyevanın Azərbaycan tarixini, mədəni irsini, həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində mühüm işlər gördüyü qeyd olunur. Onun fəaliyyətinin dünyada sülh, sabitlik, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəldildiyi bildirilir.

Qeyd edilir ki, Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsində əsas diqqəti sosial məsələlərə, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə yönəldib.

Bundan başqa, məqalələrdə Birinci vitse-prezidentin rəhbərliyi ilə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərindən, Heydər Əliyev Fondunun dəstəyi ilə modul tipli xəstəxanaların istifadəyə verilməsindən də bəhs olunur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar