Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxda karantin qaydalarını pozan 9 nəfər müəyyən edilib

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən digər dövlət qurumları ilə birgə kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Qazax Rayon Prokurorluğundan "Report"a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 451 nömrəli, 19 noyabr 2020-ci il tarixli qərarına əsasən, koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, respirator və sair) istifadənin məcburi olduğu halda, 28 və 30 noyabr 2020-ci il tarixlərdə Qazax Rayon Polis Şöbəsindən rayon prokurorluğuna daxil olmuş materiallardan ümumilikdə 9 nəfər şəxs tərəfindən bu tələbin pozulduğu müəyyən edilib.

Qazax rayon prokuroru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci ( epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən, inzibati xəta haqqında işlər üzrə icraatın başlanılmasına dair müvafiq qərarlar qəbul edilməklə toplanmış materiallar inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün aidiyyəti üzrə rayon polis şöbəsinə göndərilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar