Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazax və Ağstafadan olan imkanlı şəxslər ehtiyacı olanlara yardım edirlər - Qazab İB-nin xətti ilə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına və bunun əsasında İctimai Birliyin müraciətinə əsasən Qazax və Ağstafa rayonlarında görülən işlər haqqında “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri İlham Pirməmmədovun məlumatı...

Əziz qazaxlılar və ağstafalılar,

hörmətli İctimai Birlik üzvləri!

Məlumdur ki, koronavirus bəlasəndan birgə xilas olmaq üçün Prezident İlham Əliyev ölkə əhalisinə çağırış etmişdir. Cənab Prezidentin məlum – “Biz birlikdə güclüyük!” çağırışından sonra 11 aprel 2020-ci il tarixdə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin onlayn iclası keçirildi. İclasdan sonra mənim adımdan Birlik üzvlərinə, QazaxAğstafadan olan ziyalılara və iş adamlarına müraciət ünvanlandı. Müraciətimiz İctimiai Birliyin internet saytında (www.qazaxib.az) və digər saytlarda yayıldı. Açığını bildirim ki, öncə böyük tərəddüdlər içində idim ki, görəsən bu taleyüklü məsələdə necə bir araya gələcəyik.

Lakin qısa müddət ərzində müraciətimiz əldən-ələ yayılaraq yüzlərlə adama çatdı və İctimai Birliyin üzvləri, QazaxAğstafadan olan ziyalılar, qeyrətli iş adamları, imkanlı şəxslər zəng edərək, mesaj göndərərək öz yardımları ilə yanımızda olduqlarını bildirdilər.

Qazax mahalının iki canlı korifey insanı, Azərbaycanımızın fəxrləri olan Respublika Ağsaqqallar Şurasının sədr müavini, İctimai Birliyin Ağsaqqallar Şurasının sədri, “Şöhrət” və “Şərəf” ordenli, Əməkdar elm xadimi, akademik Teymur Bünyadov və Xalq şairi, Heydər Əliyev Mükafataı laureatı, professor Nəriman Həsənzadə də bu çağırışlarımıza qoşularaq bizim bu müraciətimizi alqışladılar və bizə öz dəstəklərini göstərdilər.

Həmçinin bizim bu müraciətimizə Qazax rayonundan Milli Məclisə deputat seçilmiş millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, yaxın dostumuz professor Səməd Seyidov da dəstək oldu. Eyni zamanda Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birgə İctima Birliyimizin təşkilati işlərinin hamısında bizimlə birgə oldu. Bizimlə mütamadi olaraq əlaqə saxlayır, dəstəyini əsirgəmir.

Qazax rayon İcra Hakimiyyətinin başçısı, “Qazax” Xeyriyyə İctimai Birliyinin yaxın dostu, hörmətli Rəcəb Babaşov və Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini hörmətli Lalə xanım Eyyubova Prezidentin çağırışına dəstək təklifi ilə həyata keçiriləcək yardım təşəbbüsümüzü yüksək qiymətləndirdilər. Hər bir kəndin icra nümayəndəliyi və bələdiyyələr tərəfindən birgə hazırlanan həssas təbəqədən olan ailələrin siyahısı İctimai Birliyin QazaxAğstafada olan səlahiyyətli nümayəndələrinə təqdim olundu və onlar bu siyahılar əsasında kəndlərdəki ailələrə göstəriləcək yardımlar üzrə bölgülər apardılar.

Diqqətinizə çatdırım ki, Qazax rayon İcra Hakimiyyəti tərəfindən və bir çox şirkətlər, iş adamları, nazirlik, komitə və təşkilatların yerli strukturlarının dəstəyi ilə rayonun digər kəndlərindəki həssas təbəqədən olan ailələrə yardımlar olunur.

Qazax” Xeyriyyə İctimai Birliyinə təqdim edilən siyahılar əsasında bu günə qədər

Daş Salahlı kəndində – 110 ailə;

I Şıxlı kəndində – 60 ailə;

II Şıxlı kəndində – 117 ailə;

Qaymaqlı kəndində – 102 ailə;

Alpout-Abbasbəyli kəndlərində – 60 ailə.

Bu ailələrin hər birinə 50-55 manat dəyərində olan ərzaq və yeyinti məhsulları verilmidir.

Bundan başqa yaxın iki gün ərzində isə

Aslanbəyli kəndində – 168 ailə;

Kosalar kəndində – 100 ailəyə köməklik etmək nəzərdə tutulur.

Həmçinin xüsusi olaraq qeyd etmək istərdim ki, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri olan Kamran Nəbizadə (300 ailə üçün), Elçin Carçıyev (386 ailə üçün), Fuad Hacıyev (114 ailə üçün), Vasif Məhərrəmli (70 ailə üçün) və digər müəssisə və şirkət rəhbərləri isə əlavə olaraq Qazaxda məcburi köçkün, sərhəd kəndlərində yaşayan və həssas təbəqədən olan ailələrə dəstək olaraq onlara gündəlik tələb olunan ərzaq yardımı ediblər.

Ümumilikdə isə “Qazax” Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı və dəstəyi ilə Qazax rayonunda 717 ailə, Ağstafa rayonu üzrə isə 472 ailə olmaqla ümumilikdə 1189 həssas təbəqədən olan ailəyə yardım göstərilmişdir.

Qeyd edim ki, bu iş bu gün də davam etdirilir, əminəm ki, biz bu işləri davamlı şəklidə həyata keçirəcəyik. Çünki bu Prezidentimizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli həmrəyliyimizin göstəricisi olan çağırışlara bir dəstəkdir.

14 aprel 2020-ci il tarixində Prezident İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədəki çıxışından sonra iş adamları və imkanlı vətəndaşlar onların əməyinə ölkə prezidentinin böyük qiymət verməsindən daha da ruhlanaraq bu xeyriyyəçilik işlərini daha geniş şəkildə həyata keçirəcəklər.

Cənab Prezident çıxışında bu məsələyə məxsusi olaraq belə toxunmuşdur:

“Biznes dairələri öz təşəbbüsləri ilə imkansız adamlara kömək göstərirlər və mən bunu alqışlayıram. Bu, biznesin sosial məsuliyyətinin təzahürüdür. Kimin nəyə gücü, imkanı çatırsa kimsəsiz insanlara, ahıl insanlara, həssas təbəqədən olan insanlara kömək göstərin. Əlbəttə ki, dövlət öz üzərinə bu funksiyanı götürüb, bunu edir və edəcək. Ancaq biznes dairələrinin bu şəraitdə bu işlərə qoşulması və ayrı-ayrı insanların öz təşəbbüsü ilə ehtiyacı olan insanların yanında olması məni hədsiz sevindirir, onlara öz təşəkkürümü bildirmək istəyirəm. Yerli icra orqanları şərait yaratmalıdır ki, onlar bu yardımı daha böyük həcmdə etsinlər.”

Mənim İctimai Birlik üzvərinə müraciətimin sonunda əlaqə telefonu və email ünvanımız göstərildiyindən bizə çoxlu sayda fərdi müracitlər də olunmuş və bu müracitlərin hər birinə həssas yanaşaraq ehtiyacı olan hər kəsə dəstək göstərilmişdir ki, bu gün də bu müraciətlər davam etməkdədir.

Həmçinin bizim müraciətimizdən sonra əslən Qazax mahalından olan, Bakıda və digər şəhərlərdə yaşayan insanlar da İctimai Birlik üzvlərinə müraciətlər edərək durumları ilə bağlı məlumatlar vermişlər və həssas təbəqədən olan ailələr Birlik üzvlərinin diqqət mərkəzinə götürülmüşdür.

Səhətində problemlər yaşanan dəyərli sənətkarımız, Xalq artisti Lətifə xanım Əliyevanın müraciətindən sonra Birliyin üzvləri 15 aprel 2020-ci il tarixində onu evində ziyarət edərək, ona həm maddi, həm də mənəvi dəstək olmuşlar.

Artıq biz bu yardımları almış hər bir ailənin siyahısını hazırlayırıq və bunu da yaxın günlərdə öz saytımızda sizlərin diqqətinə çatdıracağıq.

Fürsətdən istifadə edərək “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri olan iş adamı, hüquqi və fiziki şəxlərə ölkə Prezidentinin çağırışına və bunun əsasında İctimai Birliyin müraciətinə qoşulun birlik nümayiş etdirmiş hər kəsə İdarə Heyəti adından və şəxsən öz adımdan təşəkkürümü bildirirəm.

Xüsusi olaraq bu işdə bizə daha yaxından kömək edən akademik Teymur Bünyadova, Xalq şairi Nəriman Həsənzadəyə, millət vəkili Səməd Seyidova, Məmməd Musayevə, Kamran Nəbizadəyə, Əhməd Vəliyevə, Mustafa Babanlıya, Fuad Hacıyevə, Alı Qocayevə, Puşkin Əhmədova, Qasım Abdullayevə, Tağı Əhmədova, Salatın Əhmədliyə, Tacəddin Mustafayevə, Akif Abbasova, heykəltaraş Natiq Əliyevə, Mədət Səttarova, Elçin Carçıyevə, Namiq İsmayılova, Kamal Axundova, Arzuman Abbasova, Rövşən və Ramiz Göyüşov qardaşlarına, Elmir Mehdiyevə, Firdovsi Umudova, Həsrət Pirməmmədova, Fərman Qaramanlıya, Əməkdar artist Vasif Məhərrəmliyə, iş adamları Nadir Nəsibova, Vüqar Əsədoğluya, Elşad Məmmədova, Fikrət Hacıyevə, Abid Məmmədova, İlqar Həsənova, Allahverən Piriyevə, Zahid İsayevə, Məqsəd Qocamanova, Valeh Nəsibliyə, Bəhruz Qaraqoyunluya, Sultanxanım Nəsibovaya, Əhməd Hontuoğluna (dostları ilə birgə), Elxan Nəbiyevə (dostları ilə birgə), Əli Rəhimova və adlarını çəkmədiyim çoxlu sayda insanlara dərin təşəkkürümüzü bildiririk.

Təşkilati məsələlərdə bizə göstərdiyi böyük dəstəyə görə Qazax rayon İcra Hakimiyyətinin başçısı hörmətli Rəcəb Babaşova, Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini Lalə xanım Eyyubovaya, kənd icra nümayəndələrinə, bələdiyyə sədrlərinə, könüllülərə və İctimai Birliyin bu işdə əməyi keçən hər bir üzvünə dərin minnətdarlığımızı bildirirk.

Böyük qürur hissi ilə bildirirəm ki, İctimai Birliyimiz bu çətin məqamlarda adına uyğun olaraq sizlərin sayəsində həmrəylik və birlik göstərərək bir daha “Qazax” Xeyriyyə İctimai Birliyinin el-obanın, imkansız insanların yanında olduğunu, dövlətə, dövlətçiliyə, Prezidentə sadiq olduğunu nümayiş etdirdi.

İctimai Birliyin dəyərli üzvləri, sizlərin gördüyü bu böyük işlər hər bir qazaxlının və ağstafalının yaddaşında əbədi yaşayacaq və siz bu əməllərinizlə daim el-obada üzü ağ, başı uca gəzəcəksiz.

Allah dövlətimizi, xalqızımı, Prezidentimizi qorusun. Vaxtında atılmış qabaqlayıcı tədbirlərin yaxın vaxtlarda bəhrəsini görəcəyik. Səbrli olaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Ən çox oxunanalar