Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaz və işığa qoyulan limit ləğv olunsun! — “Zərbə kasıblara dəyir...”

Qaz və işıq limiti ilə bağlı məsələ uzun müddətdir vətəndaşlar tərəfindən sosial şəbəkələrdə müzakirə edilir, şikayətlər dilə gətirilir

Bununla əlaqəli Milli Məclisin iclaslarında deputatlar bir neçə dəfə problemi qaldırsa da, hələ ki, hökumətdən reaksiya gəlməyib.

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə mütəxəssisi Nüsrət Qasımov “Yeni Sabah”a danışarkən deyib ki, qaza, işığa limit tətbiq edilməsi məsələsi dünyanın heç yerində yoxdur:

“Bu, bazar iqtisadiyyatı qanunlarına uyğun deyil. Əksinə, əgər bir şeyə tələbat çoxdursa, istehsalçı qiymətini aşağı salmalıdır. Məsələn, 80 qəpiklik kartofdan 50 kilo alırsansa, satıcı bunu 70 qəpikdən verə bilər.

Amma Tarif Şurası tələbat artdıqca qiyməti qaldırır. Bunu hansı qanundan götürüblər? Bazarda elə şey yoxdur axı..

1700 kubmetrdən artıq qaz işlədən istehlakçı 10 qəpik əvəzinə hər kubmetrə 20 qəpik, istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik verirlər. Guya ekonomiya edirlər. Bu, tamamilə yanlış düşüncədir.

Bizim ofisə də çoxlu şikayətlər gəlir. Amma xalqımız dözümlüdür, bir az da utancaq, yazmırlar, danışmırlar. Elə bil Tarif Şurası hökumətdir. Axı o sadəcə bir qurumdur. Fazil Mustafa, Fəzail Ağamalı, Elmira Axundova, Vahid Əhmədov və başqa deputatlarımız da Milli Məclisdə bu problemi qaldırıblar. Lakin məsələyə yenidən parlamentdə baxılmalı və həll edilməlidir”.

N.Qasımov qeyd edib ki, Tarif Şurasının qərarı insanların cibinə zərbə vurmağa hesablanıb:

“İmkanlı şəxslər bilirsiniz, yalnız şəhərdə, böyük binalarda yaşayırlar. Onlar dördgözlü sobadan istifadə edirlər. İstilik mərkəzləri qaydasındadır. Kombini işlətməsələr belə həmin binalarda istilik itkisi olmur. Biri 5-ci mərtəbədə yaşayır, alt, üst mərtəbə, balkon, pilləkan qəfəsləri də qızır. Elə adam var ki, ayda 100-200 kubmetr qaz yandırmır.

Zərbə kasıblara dəyir. Məsələn, kənd yerlərində kasıbların 3-4 otaqları olur, bu da yerdən tikilmə evlərdir, istilik itkisi çoxdur. Ay yarıma 1700 kubmetr qazı yaxud 300 kilovat işığı istifadə edib qurtarırlar. Çox adam limiti keçən kimi qaz xəttini bağlayır və meyvə ağaclarını qırıb dəmir peçlərdə yandırmağa başlayırlar. Yaxud küçədə şam ağaclarını qırırlar, taxta parçaları tapırlar və.s. Bu da ekologiyaya ziyandır. Təəssüf edirəm ki, bəzi media qurumları əhalinin səsinə səs vermir, bu problemə toxunmurlar. Tarif Şurası Allah deyil ki, o da səhv edə bilər. Əgər vəziyyət belədirsə, qoy səhvini düzəltsin. Digər tərəfdən Tarif Şurasının qərarı bəzi insanları oğurluğa sövq edir. Evdə uşaqlarını qızdıra bilməyənlər ya oğurluq edirlər, sayğaclara müdaxilə edirlər. Ya da dövlətdən narazı qalırlar”.

Xatırladaq ki, qaz və işıqla bağlı limit 2016-cı ildən tətbiq edilib. Aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün ödəniş 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün 10 qəpik, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyən olunub.

pia.az


Etiket: qaz işıq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar