Bazar, 18 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Qatlanan “iPhone” haqqında yeni təfərrüatlar məlum olub

İlk qatlanan "Apple" smartfonu 2023-cü ilə buraxılacaq. Bu barədə "9to5mac" nəşrinin məşhur bloger Min-Çi Koya istinadən məlumatında deyilir.

PİA.az ictnews.az-a istinadən bildirir ki, "TF International Securities" şirkətinin analitikinin hesabatına görə, yeni qurğunun buraxılışı ilə "Apple" bükülən aparatların əsas problemini həll etməyə hazırlaşır. Söhbət istismar müddəti adi monolit panellərdən az olan elastik ekran matrisalarının zəif möhkəmliyindən gedir. "Apple" bu problemi aradan qaldıran texnologiyanı hazırlaya bilməsə, şirkət riskə getməyəcək və qurğunun buraxılışını təxirə salacaq.

Bundan başqa, açıqlanan məlumatlarda qurğu haqqında yeni detallar sadalanıb. Min-Çi Ko əmindir ki, "Apple" 7,5 və 8 düymlük diapazon arasında "iPhone" modelinin buraxılışını planlaşdırır. Bir müddət əvvəl analitiklərin verdiyi məlumata görə, qatlanan smartfon 7,3-7,6 düymlük ekrana malik olacaq və elektron qələmlə (stilus) işi dəstəkləyəcək.

Blogerin fikrincə, yeni bazar seqmentinə daxil olmaq üçün ABŞ şirkəti əvvəlcə tədarükü təşkil etməli və komponent hissələrin kütləvi çatışmazlığı ilə bağlı problemi həll etməlidir. Məsələn, ilin əvvəlində mütəxəssislər mikroprosessor çatışmazlığının davam etməsini bildiriblər.

Ekspert əlavə edib ki, "Apple" texnoloji və istehsal kimi hər iki problemi həll etsə, qatlanan "iPhone" modelinin təqdimatı 2023-cü ildə baş tutacaq.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Göyçayda əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

Mətanət İsgəndərli: “Bakıya qayıtmağı düşünmürəm”

Böyrəkləri bərpa edə biləcək məhsullar hansılardır

Kimsə namusumu ləkələyə bilməz" - Hadisədən Rza Zərrab açıqlamas

Lukaşenkonu “Ənvər Sadat kimi öldürmək” istəyiblər - Video

Unudulmuş Qaralov.. – Onun cəzası da günahları qədər ağır olmalıdır!

Mübariz Mənsimovun gizli əmlakını Türkiyə detektivləri axtaracaq

“Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan

Ən çox oxunanalar