Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qatil siyasətçilər: ABŞ prezidentlərinin cinayətləri müttəfiqlərinin əməllərindən az fərqlənir

Cefri Saks

“Project Syndicate”

Əsrlər boyu bütün dünyada prezidentlər və şahzadələr qatil və ya qətl aksessuarları olub. 1170-ci ildə Kentenberi arxiyepiskopunun öldürülməsinə təşviq edən II Henri deyirdi: “Bu nifrətamiz kahindən məni heç kim xilas edə bilməz?”

Belə hökmdarlar ən çox inkara üstünlük verir. Səudiyyəli jurnalist Camal Xaşuqcinin öz hökuməti tərəfindən öldürülməsi, İngiltərədə yaşayan sabiq rus casusunun zəhərlənməsi və İnterpol rəhbəri Men Honveyin Çində oğurlanması ilə bağlı faktları ört-basdır etməyə çalışan Riyadda, Moskvada, hətta Pekindəki hakim siyasi sinif kimi.

Ancaq heç kim məsum deyil, Amerika prezidentlərinin tarixində qətl hadisələri var. Donald Trampın sevimli sələfi Endrü Cekson soyuqqanlı qatil, quldar və yerli amerikalıları etnik təmizləmədən keçirən şəxs idi. Harri Truman Hiroşimaya atom bombası atdırmaqla Yaponiyaya müdaxilənin baha başa gələcəyini iddia edir və bununla bəraət qazanmaq istəyirdi. Lakin Naqasakiyə atılan ikinci atom bombası bəraətə yer saxlamırdı və böyük ehtimalla bu, Trumanın əmri olmadan icra olunmuşdu.

1947-ci ildən etibarən prezident cinayətlərinin təkzib edilməsi ABŞ rəhbələri üçün gizli ordu vəzifəsini yerinə yetirən CIA-nın işini asanlaşdırıb. CIA dünyanın hər yerində qətl və xaos icraçısı olub və hətta BMT baş katibi Daq Hammarşöldün öldürülməsini də onun ayağına yazırlar.

CIA yalnız bir dəfə hesabat verib – 1975-ci ildə ABŞ Senatında Frank Çörçün rəhbərlik etdiyi dinləmələr. O vaxtdan etibarən, CIA zorakılıqlarını, bəli, ölümcül işlərini davam etdirib və həm də heç bir məsuliyyət daşımadan və ona hərəkət sərbəstliyi verən prezidentlərə hesabat vermədən.


Əlbəttə, oğul-Buşun İraqdakı kütləvi qırğınları daha yaxşı bilinir, çünki bu müharibə televiziya şousunu xatırladırdı. “Mədəni bir ölkə” başqa bir ölkənin hökumətini devirib, həm də saxta ittihamlarla. Nəticədə yüz minlərlə qraqlı vətəndaş ölüb.Prezidentlərin törətdiyi kütləvi qırğınlara ənənəvi hərbi qüvvələr cəlb edilib. Lindon Conson Vyetnamda ABŞ hərbi müdaxiləsini əsaslandırmaq üçün Şimali Vyetnamın Tonkin körfəzinə hücumunu bəhanə gətirib. Riçard Nikson Vyetnam, Kamboca və Laosu bombalamaqla, Sovet İttifaqını qorxutmaq istəyirdi (Bəlkə də bu, Niksonun dəliliyinin sübutudur). Nəhayət, Hind-Çində Conson-Nikson müharibələri milyonlarla günahsız insana ölümünə bais olub.

Barak Obama yumşaq rəftara görə geniş şəkildə hücuma məruz qalıb, amma o, günahsız ölənlərin sayını artırıb. Onun rəhbərliyi təkcə terrorçuları deyil, müsəlman ölkələrində Amerikanın qanlı müharibələrinə qarşı çıxanlar, o cümlədən ABŞ vətəndaşları öldürülüb. Obama Suriya hökumətini devirmək üçün Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq barədə CIA-nı səlahiyyətləndirən əmri imzalayıb. Bu “gizli” əməliyyat vətəndaş müharibəsinə gətirib çıxarıb ki, nəticədə yüz minlərlə mülki şəxs ölüb və milyonlarla adam qaçqın olub.

NATO-nun Liviyaya hava hücumları Qəddafinin devrilməsi ilə bitib.

Tramp dönəmində ABŞ, Səudiyyə Ərəbistanını Yəməndə (uşaqları da daxil olmaqla) kütləvi cinayətlərə təşviq edib. Konqres və ya ictimaiyyət tərəfindən demək olar ki, heç bir şüurlu, nəzarət və ya hesabatlılıq olmadan.

Xaşuqcinin qətlindəki pərdə açıldıqda biz dünyanı olduğu kimi gördük. “Washington Post” qəzetinin köşə yazarı tələyə salınıb, qəddarcasına öldürülüb və cəsəd Amerikanın “müttəfiqi” tərəfindən parçalanıb. ABŞ-İsrail-Səudiyyə yalanı budur ki, İran qlobal terrorun mərkəzidir, halbuki təkzibedilməz əks-iddia utancverici Xaşuqci qətlidir. Əməliyyata əmr verən varis şahzadə Məhəmməd bin Salman “istintaq”a rəhbərlik edir. Səudilər bir neçə məmuru vəzifəsindən kənarlaşdırıb və Tramp, yalan ustası, tutuquşu kimi rəsmi Səudiyyənin hiyləgər əməliyyatı ilə əlaqədar hekayəti təkrarlayır.

ABŞ konstitusional demokratiya olmağından qürur duyur, amma xarici siyasətə gəldikdə, prezident istənilən müstəbiddən az fərqlənir. Tramp ABŞ Konqresinə heç nə bildirmədən nüvə silahlarına dair müqavilədən çıxır.

##relatedPostMilli##

Siyasi elmlər aşağıdakı hipotezi yoxlamalıdır: (ABŞ-da olduğu kimi) prezidentlərin və (Səudiyyə Ərəbistanı kimi) hakimi-mütləqlərin rəhbərlik etdiyi dövlətlər (parlamentlər və baş nazirlərin rəhbərlik etdiyi dövlətlər deyil) ölümcül siyasətə meyllidirmi? ABŞSəudiyyə Ərəbistanında olduğu kimi, Bir adamın rəhbərliyi xarici siyasətdə kütləvi qırğını təmin edir.

Amerikalılar haqlı olaraq Xaşuqcinin qətlindən dəhşətə gəliblər. Lakin öz hökumətinin öldürücü üsulları ondan az fərqlənir.(Tərcümə: Strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar