Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qatar Airways da Ermənistana silah daşıyır

Humanitar yük adı altında Ermənistana silah-sursat daşıyan təyyarələr Yerevan aeroportuna enməkdə davam edirlər.

Bu gün, oktyabrın 19-da gündüz Ermənistan paytaxtına növbəti şübhəli reys gəlib.

Virtualaz.org Ermənistan KİV-lərinə istinadən bildirir ki, saat 12:17-də Qatar Hava Yolları (Qatar Airways) Şirkətinin təyyarəsi Yerevana enib. Ermənistana yüz tondan artıq şübhəli yük gətirilib. Məlumatda bildirilir ki, təyyarə Los-Ancelesdən uçub və "Qarabağın dinc sakinləri üçün nəzərdə tutulmuş humanitar yük" daşıyıb.

Maraqlıdır ki, təyyarə hələ oktyabrın 15-də uçmalı və Türkiyənin hava məkanından keçməli idi. Amma görünür, Türkiyə əsaslı şübhələrə görə, humanitar yük adı altında silah-sursat gətirən təyyarəyə hava dəhlizini bağlayıb. Dörd gün sonra bu təyyarə Zvartnots hava limanına enib.

Virtualaz.org əvvəllər dəfələrlə yazıb ki, mülki təyyarələrdə humanitar yük adı altında Ermənistana silah göndərilir. Bu günlərdə Azərbaycan hərbçiləri qənimət kimi İraqda istehsal olunan minaatan mərmiləri ələ keçiriblər. Bu mərmilər 10 gün əvvəl təyyarələrlə Süleymaniyyədən (İraq Kürdüstanı) Yerevana çatdırılıb, sonra isə Dağlıq Qarabağa gətirilib. Rusiyadan qaçaqmalçılıq yolu ilə silah tədarükü də məlumdur.

Virtualaz.org həmçinin Azərbaycan hökumətinin Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) Ermənistan hökumətinin qeydiyyatdan keçirdiyi mülki hava gəmilərindən istifadə etməklə Ermənistana silah göndərilməsi faktlarının araşdırılması barədə rəsmi müraciəti haqda məlumat verib.

Bu gün, oktyabrın 19-da TASS-a müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana qaçaqmalçılıq yolu ilə silah göndərilməsi məsələsinə də toxunub. Qonşu ölkələrin hökumətlərini silah-sursat qaçaqmalçılığını nəzarətə götürməyə çağırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar