Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaşıqçı cinayətində yeni qalmaqal...

Birləşmiş Millətlər Təşkilatı 2018-ci ilin oktyabrında, İstanbul şəhərində öldürülən Səudiyyə Ərəbistanlı jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı yeni hesabat yayımlayıb. Sənəddə yeni qalmaqallı faktlar ortaya çıxarılıb

Cinayəti törədən qrupun 6 üzvünün məhkəmədə təqsirləndirilən şəxs olaraq cəlb edilmədiyi göstərilib.

Bunların içində Səudiyyə Ərəbistanının İstanbul baş konsulu Üteybi də var.

Lakin işin heyrətləndirici tərəfi cinayətin əsas şübhəli şəxsi, vəliəhd şahzadə Məhəmməd bin Salmanın yaxın müşaviri Səud Əl-Kahtaninin də adının müttəhimlər siyahısında olmamasıdır.

Bundan öncə Səudiyyə Ərəbistanın baş prokurorluğunun 2019-cu ilin yanvarın 3-də prosesə müttəhim kimi göstərilən 11 şəxsin adını açıqlamaması şübhələri daha da artırmışdı.

BMT-in xüsusi məruzəçisi Anyes Kalamrın hesabatında isə həmin 11 adamın adı açıqlanıb.

Bunlar Fəhd Şəbib A. əl-Bələvi, Türki Müşərrəf Əl-Şəhri, Vəlid Abdulla m. Əl-Şəhri, Mahir Əbdüləziz M. Mutrəb, Salah Məhəmməd Əbduh əl-Tübeyki, Mənsur Osman M. Əl- Hüseyn, Məhəmməd Səəd H. əl-Zəhrani, Mustafa Məhəmməd Əl-Mədəni, Seyd Səəd K. El-Kahtani, Əhməd Məhəmməd Əsiri və Müflih Şaya əl-Müslihdir.

Bu adlardan baş konsulluğun əməkdaşları olduğu deyilən Müflih Şaya Əl-Müslih və keçmiş Kəşfiyyat İdarə rəisinin müavini Əhməd Əsiri xaric, hamısı Camal Qaşıqçını ödürmək üçün gələn qrupda yer alan şəxslərdir.

Qaşıqçı haqqında cəza dəstəsinin rəhbəri, “mənə o köpəyin başını gətirin” deyən Səud Əl –Kahtaninin hətta prosesdən kənarlaşdırlması artıq yeni beynəlxaq qalmaqala səbəb olub. Bilindiyi üzrə İstanbul prokurorluğu onun haqqında “xüsusi vəhşiliklə adam öldürmə” maddəsi ilə cinayət işi açıb.

BMT raportuna görə, bundan başqa İstanbula gələn və qətli törədən qrupun digər üzvlərində Naif Həsən S. əl-Arifi, Əbdüləziz Məhəmməd M. Əl-Havsavi, Xalid Əhəd. G. Əl-Taibi, Məşəl Səəd M. Əl-Bostani, Qalib T. El-Hərbi və Bədr Lafi M. Əl-Üteybi də Səudiyyə məhkəməsi tərəfindən cəlb olunmayan şəxslərdir.

Məhkəmə prosesində müttəhimlərin vəkillərinin onların dövlət adamı olması və yuxarılların əmrlərinə qarşı gələ bilmədiklərini vurğulamaları da olduqca diqqət çəkib.(musavat.com)

pia.az

 


Etiket: Qaşıqçı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar