Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qaşıqçı cinayəti”ndə əsas günahkarın məhkəmədən yayındığı məlum olub

Səudiyyə Ərəbistanlı jurnalist Camal Qaşıqçının 2018-ci ilin oktyabrında İstanbulda vəhşicəsinə qətlə yetirilməsinə görə həbs olunan 11 nəfərin məhkəmə prosesi paytaxt Ər-Riyadda davam etdirilir

Lakin Qərb mediası cinayəti planlaşdıran şəxsin, yəni şahzadə Məhəmməd Bin Salmanın keçmiş müşaviri Səud Əl-Kahtaninin ümumiyyətlə, məhkəməyə gəlmədiyini bildirir.

PİA.AZ musavat-a istinadən xəbər verir ki, "Reuters" agentliyi bildirir ki, Səud Əl-Kahtani yanvar ayından bu yana keçirilən 4 məhkəmə prosesinin heç birində iştirak etməyib.

Xatırladaq ki, hələ noyabr ayında yaxalanan və adları çəkilməyən 11 şübhəli şəxs haqqında prokurorluq ittiham aktı hazırlayıb və onlardan 5 nəfər barədə edam cəzası istənilib.

Səud Əl-Kahtani rəsmən və formal olaraq şahzadə Məhəmməd bin Salmanın müşaviri vəzifəsindən azad edilib. ABŞ Maliyyə nazirliyi isə onu sanksiya tətbiq olunan şəxslərin siyahısına salıb.

Prokurorluq Əl-Kahtaninin bu cinayəti ölkə kəşfiyyatının ikinci şəxsi hesab edilən Əhməd Əl-Asiri ilə planladığını bildirərək, dəstənin hərəkətlərini "skype" video platformundan koordinasiya etdiyini bildirib.

Qeyd olunur ki, məhkəmə prosesinə sadəcə, ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin və Türkiyə diplomatları buraxılır.

Diplomatlar hər iclasdan olduqca qısa müddət öncə xəbərdar edilir və yanlarında tərcüməçi gətirilməsinə də icazə verilmir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar