Çərşənbə axşamı, 20 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Qaşıqçı cinayəti yenidən gündəmdə: Bayden niyə Salmanı cəzalandırır?..

Bayden və arxasındakı güc mübarizə aparacağı nöqtələrlə təmas qurmamaq prinsipini mənimsəyib. Türkiyə də buna daxildir. Yeni prezident əvvəlcə Rusiya və Çinlə mübarizə aparacağını açıqladı. Görünür, birinci Səudiyyə vəliəhdindən başladı...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 2 mart 2021-ci il

Co Bayden hakimiyyətə gəlməklə dəyişikliyi mərkəzdən başlatmış oldu. ABŞ “Dərin dövlət”inin Çin və Rusiya ilə mübarizə apardığı hamıya məlum idi. Tonlar fərqli olsa da, Vaşinqton Moskva ilə Pekinin birləşməsini istəmir. Artıq “İpək Yolu” üzərindən Çinin öz ərazilərini genişləndirməsinə etiraz edir. Aralıq dənizinə, Afrikaya, Türkiyəyə və Avrasiyaya qədər uzanan bir Çin mənzərəsi onu çox narahat edir.

Bu yanaşma indi də Qaşıqçı məsələsi ilə fərqli bir tərzdə qarşımıza çıxır.

ABŞ prezidenti Donald Tramp Camal Qaşıqçı cinayətindən təxminən 4 ay sonra jurnalist Bob Vudvorda: “Məhəmməd ibn Salmanı Konqres istintaqından mən qorudum”, deyib. Vudvordun “Watergate” qalmaqalını ortaya qoyan “Qəzəb” adlı kitabı da çox səs-küy yaradıb. Buradakı reportajlardan biri də prezident Trampla həyata keçirilib.

Kitab çapa hazırlanarkən Bob Vudvord dekabr-iyul aylarında Trampla düz 18 dəfə görüşüb. Prezident Tramp kitabın sətirlərində olduğu kimi, “Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salmanı mən xilas etdim” deyirdi.

Tramp onu qoruyur və beləcə, vəliəhd Salman yıxılmırdı. Halbuki Salman tamamilə fərqli bir şəxsiyyət idi.

Tramp Ağ Evə gəldikdən sonra ilk səfərini Səudiyyə Ərəbistanına etmişdi. Bu səfərin bitməsindən qısa müddət sonra Səudiyyə Ərəbistanının vəlihəd şahzadəsi korrupsiya səbəbiylə daxildə böyük bir əməliyyat başlatdı. Məşhur Ritz-Karlton oteli həbsxanaya çevrildi. Ölkədəki 11 şahzadə nəzarətə alındı. Onlar iş adamlarını və ailələrini də dünyanın ən lüks həbsxanasına sürükləyirdilər.

Nəzarətə alınanlar arasında “Forbes” jurnalının “Dünyanın ən varlı 100 adamı” siyahısında olan şahzadə Əl-Vəlid ibn Talal da var idi.

Əslində, baş verənlərin arxasında kral deyil, vəliəhd Salman dururdu. O, hər kəsin pulunu ələ keçirirdi. Tramp-Kaşner cütlüyündən aldığı cəsarətlə tez zamanda irəlilədi.

Bir müddət sonra isə Məhəmməd Salman özünün Qaşıqçı problemini cinayətlə həll etdi. Bəlkə də, indi çox adam xatırlamır, amma ilk vacib dəstək Rusiyadan gəlmişdi: “ABŞ Səudiyyə Ərəbistanındakı taxta çıxmaq prosesinə müdaxilə etməməlidir”, deyə Moskvadan bəyam etmişdilər.

Moskva bu cinayətə baxmayaraq, Salmanı dəstəkləyir və onun kral Salman ibn Əbdüləzizdən sonra taxta keçmək haqqına sahib olduğunu elan edirdi. Argentinada keçirilən G20 zirvəsində Səudiyyə şahzadəsi ilə Putin arasındakı səmimi görüntülər heç kimin diqqətindən yayınmayıb. Bu yaxınlıq Salmanın Rusiyaya getməsi ilə daha da vurğulandı. Salman, eyni zamanda ABŞ üçün həyati əhəmiyyəti olan “Aramco” üzərində dövlətin təzyiqini artırır və bu da Vaşinqtona zərər verirdi.

Bütün bunlar vəliəhd Salmanın ABŞ xəttindən qopmaq üçün bir fürsət axtardığını göstəritdi. Onun Rusiya və Çinə olan marağı sirr deyildi. Ancaq ən yaxınında Kaşner var idi. Rejim qapalı olduğu üçün, dəqiq bilməsək də, bu müddətdə 50-dən çox çevriliş cəhdi olmuşdu. Çox insan həbs olunmuş və işgəncələrə məruz qalmışdı. Bu məqaləni oxuyarkən belə hər an çevriliş cəhdi ola bilər.

Bir çox insanın pulu da Salmanın hesabında idi. Neft qiymətlərinin düşməsi və ya artması Salmanın əlində idi. Yəmən müharibəsi, Qətər siyasəti və Misirə olan baxış da Salman imzası ilə işlənmişdi.

ABŞ, hətta verdiyi silahlardan da şikayətlənirdi. Tramp ABŞ-ın qazandığı pula baxsa da, Bayden fərqli düşünür. Salmanın təhlükəli olduğunu bilir və Qaşıqçı cinayəti ilə bağlı məlumatları paylaşaraq onun axırına çıxmaq istəyir. Telefonu birbaşa götürüb kral Salman bin Əbdüləzizə zəng etməsi də bunun əlaməti idi.

Ötən gün yazdığım kimi, Cared Kaşnerin Whatsapp yazışmaları Baydenin əmri ilə ortaya çıxsa, bu məsələ Tramp ailəsinə qədər gedib çatacaq. Bunun isə Qaşıqçı məsələsinə qədər uzanıb-uzanmayacağını dəqiq bilmirik. Ancaq Salmanın Putinə olan marağının arxasında Kaşnerin olduğunu anlamaq çətin deyil.
Bayden və arxasındakı güc mübarizə aparacağı nöqtələrlə təmas qurmamaq prinsipini mənimsəyib.
Türkiyə də buna daxildir. Yeni prezident əvvəlcə Rusiya və Çinlə mübarizə aparacağını açıqladı. Görünür, birinci Səudiyyə vəliəhdindən başladı.

Türkiyə isə S-400 üzərindən Salman siyasətinə bənzər bir hadisələrə şahid olacaq. Bayden gücü təmsil edən Salmanı gözdən çıxarıbsa, Türkiyədə də eyni şeyi etmək istəyəcək. Əlaqə qurmaq üçün ən rahat koordinat isə müxalifətdir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycana Rusiyadan Duqinin dili ilə tələb - Ölkəmiz KTMT və Aİİ-yə üzv olacaq?

Azərbaycana raket zərbələrini Rusiyanın endirdiyi etiraf edildi! - Video

Ramazan bayramı ərəfəsində qeyri-iş günləri açıqlandı, karantin rejimində dəyişiklik edildi

Peskov yenə ağzına gələni danışır - Kremlin boğazında sümük qalıb

“Azercell Telekom”a yeni prezident təyin olunub

Qoşqar Təhməzli durğunluqda olan biznesini koronavirusun hesabına kompensasiya edir – Fakt

İnsan hansı orqanları olmadan yaşaya bilər? - Siyahı

Aeroport yolunda qəzada ölən və xəsarət alanların adları məlum olub - Yenilənib

Yerevanda Azərbaycan əleyhinə bəyanat verən separatçı "vəzifədən" qovuldu

Ən çox oxunanalar