Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qasım Süleymani öldürüldü - Video

İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanının yaxınlığına bir neçə raket atılıb, nəticədə azı 8 nəfər ölüb...

PİA.az xəbər verir ki, bu barədə “AFP” agentliyi İraq təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.

Yüklərin olduğu əraziyə düşən üç raket iki nəqliyyat vasitəsinin partlamasına səbəb olub. Qeyd olunub ki, raketlərdən biri uçuş-eniş zolağına düşüb və bu səbəbdən hava limanı bağlanıb.

“Əl-Ərəbiyyə”, "Əl-Cəzirə" və "Sky News" telekanallarının verdiyi məlumata görə, hava limanına endirilən raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani həlak olub.

Öz növbəsində ABŞ Bağdadda İranla əlaqəli iki hədəfə zərbə endirildiyini təsdiq edib. Bu barədə “Reuters” ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Lakin Pentaqon “TASS” agentliyinin raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymaninin ölməsi ilə bağlı sorğuya hələlik rəsmi cavab verməyib.

İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymaninin Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində öldüyünü təsdiq edib.

“Report” xəbər verir ki, bu barədə “PRESS TV” məlumat yayıb.

Qeyd olunub ki, atılan raketlərdən biri generalın olduğu avtomobil karvanının üzərinə düşüb.

Pentaqon da ABŞ-ın raket zərbəsi nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymaninin öldüyünü rəsmi olaraq təsdiq edib.

Nazirlik raketlərin ABŞ Prezidenti Donald Trampın əmri əsasında atıldığını bildirib.

“General Süleymani ABŞ diplomatlarına, İraq və digər ölkələrdəki hərbçilərə hücum planları üzərində fəal işləyirdi. Süleymani bu həftə Bağdaddakı ABŞ səfirliyinə edilən hücum planını da təsdiq etmişdi”. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar