Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarşıdakı 100 ilin mərkəzində Aralıq dənizi olacaq - Bölüşmə problemi...

Pentaqonda belə III Dünya müharibəsinin mərkəzinin Aralıq dənizi olacağı ehtimal edilir...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 18 iyun 2019-cu il

Bütün Türkiyə Binəli İldırımla Əkrəm İmamoğlunun efirdəki debatını izləyib. Xəbər hələ də aktualdır. Mövzu hər nə qədər 23 iyun seçkiləri ilə bağlı olsa da, əsas məsələ daha dərindir.

İstanbul böyük bir həmlədir. İstanbulda CHP seçilsə başqa, AKP seçilsə tamamilə başqa bir səhifə açılacaq. Yəni İstanbul hal-hazırda qlobal çəkişmənin bir hissəsidir.

ABŞ-ın İrandakı əməliyyatının, YPG-nin gücləndirilməsinin, yüzlərlə silah göndərilməsinin, Türkiyənin F-35 proqramı ilə təhdid edilməsinin, S-400 böhranının və Çinə qarşı aparılan ticarət müharibələrinin mərkəzində Aralıq dənizi var. Həqiqətən də, qarşıdakı 100 ilin mərkəzində Aralıq dənizi olacaq.

İşsiz bir universitet məzunu olan tunisli Buəzizi özünü yandırdıqdan sonra “Ərəb Baharı”nın başlanması və hadisələrin Suriyaya gedib çatması Aralıq dənizi ilə əlaqədardır. Nəticədə, Suriyada xaos baş qaldırıb. Belə də olmalı idi, çünki ABŞ-a Aralıq dənizində güclənmək üçün bir səbəb lazım idi. Suriyada da xaos yarandığına görə ABŞ artıq Aralıq dənizi sakini olub. Yüzlərlə ölmüş insan, evindən didərgin düşmüş milyonlarla insan və kimyəvi silahlar heç kimin marağında deyil. İndi isə bölgədə böyük bir çəkişmə yaranıb.

Önəmli enerji şirkətləri olan “EXXON Mobile”, “Quatar Petroleum”, “Noble”, “Eni”, “Kogas”, “Delek” arasında bölgəyə görə gərginlik yaşanır.

“EXXON Mobile” - “Qatar Petroleum” birliyi üçün əsas hədəf 10-cu bölgədir. Bu ərazi, həmçinin, İsrailin önəmli bir oyunçusu olan “Delek” üçün də çox vacibdir.

Amerikanın “Noble” şirkəti ilə İsrailin “Delek” şirkəti və Misirin “Dolphin Energy” şirkəti arasında da ortaqlıq var. 10-cu bölgə, yəni “Glafkos” 8 trilyonluq, təxminən 200 milyard barrellik təbii qaz ehtiyatlarına sahibdir.

Həmçinin, 2-ci, 3-cü, 8-ci, 9-cu və 13-cü bölgələr də çox dəyərlidir. Məhz burada ABŞ-ın hədəfi Türkiyədir. Türkiyəni 2,3,8,9-cu və 13-cü bölgələrdən kənarda saxlamaq üçün S-400 məsələsini daha da sərtləşdirib. Məsələ təkcə bölgə çəkişməsi deyil, digər tərəfdən “EastMed” boru xətti üçün də toqquşmalar baş verir. Layihə çərçivəsində İsrail və Kiprin ətrafından çıxarılacaq təbii qaz “EastMed” adlı boru xətti ilə Kiprdən əvvəl Krit adasına, oradan Peloponnes yarımadasına, daha sonra isə İtaliyaya göndəriləcək. İsrail Aralıq dənizindəki önəmli bölgələrdən istifadə etmək hüququ əldə etsə, “EastMed” vasitəsilə Avropanın qaz ehtiyacını qarşılayacaq.

Bəs bu halda kim nə itirəcək? Əsas məsələ budur.

Əgər İsrail öz məqsədinə çatsa, zərər çəkən Türkiyə və Rusiya olacaq. Rusiya ilə Türkiyənin birlikdə inkişaf etdirdiyi “Türk Axını” layihəsinə zərər vermək istəyən “EastMed”i isə Pentaqon dəstəkləyir. Pentaqon bu xətt vasitəsilə Avropanı qaz ehtiyatlarına görə Vaşinqtondan asılı hala salacaq. Daha sonra isə Avropanın Çinlə olan münasibətlərini özü tənzimləyəcək. Buna görə də, Aralıq dənizi hər gün daha da dəyər qazanır. 50 ölkə Aralıq dənizi ilə bağlı planlar qurur. Bir çox ölkə isə Aralıq dənizi ilə heç bir əlaqəsi olmasa belə, ərazi qazanmaq üçün müharibə gəmilərini bölgəyə göndərib.

2,3,8,9-cu və 13-cü bölgələrdə ən güclü ölkə Türkiyədir. Türkiyə bu vəziyyəti gördüyü üçün buradakı zənginliyi heç kimlə bölüşmək istəmir. Ankara burada tək başına siyasət aparmaq istəyir. Bütün təzyiqlərə rəğmən, Türkiyə qətiyyən geri addım atmır. Lakin Türkiyə irəlilədikcə bir tərəfdən üstümüzə F-35 gəlir, digər tərəfdən də S-400 böhranı yüksəlir və iqtisadi göstəricilər dəyişir.

Rusiya da 2,3,8,9-cu və 13-cü bölgələrdə Türkiyə ilə yeni bir ortaqlıq qurmaq istəyir. Əgər Rusiya Türkiyə ilə böyük bir müqavilə imzalasa, Aralıq dənizi yeni bir müharibə meydanına çevriləcək. III Dünya müharibəsi, bəlkə də, Aralıq dənizindən başlayacaq.

Pentaqonda belə III Dünya müharibəsinin mərkəzinin Aralıq dənizi olacağı ehtimal edilir. Yəni vəziyyət bu qədər kritikdir. Aralıq dənizində müharibə gəmiləri hərəkət edir. Bu durum belə riskin hər gün artdığını göstərir. Pentaqon bildirib ki, Amerika donanmasının yeni istiqaməti Aralıq dənizi olacaq. Son məlumatlara görə, Aralıq dənizində 90-dan çox gəmi var. Çünki bu region həm ehtiyatlarına, həm də geosiyasi mövqeyinə görə hər bir ölkə üçün əlverişlidir.

Pentaqona 20 il əvvəl təqdim olunan hesabatlarda da Aralıq dənizinin önəmi xüsusilə vurğulanmışdı. İraqın işğal olunması belə Aralıq dənizi ilə bağlı ilk addım idi. Sonradan baş verən hadisələri izləyərkən Vaşinqtonun hədəfinin Aralıq dənizi olduğunu başa düşmək olur. Bu gərginlik qarşıdakı günlərdə bir qığılcıma səbəb ola bilər.

Bu isə yeni bir dönəmin başlanğıcı olacaq. Hər oyunçu dövlət bu qığılcımı nəzərə alaraq planlarını qurur. Türkiyə də bu dövlətlərdən biridir.

İranda neft daşıyan tankerlərin vurulması xəbəri gündəmdə olarkən Aralıq dənizində hər an bir toqquşma baş verə bilər. İranda gözlənilən toqquşma Aralıq dənizində baş verə bilər. Bu ehtimalı bir çox dövlət nəzərə alır.

Bölüşdürülmə problemi bu qədər qızışarkən Türkiyə də öz donanmasını Aralıq dənizinə yerləşdirib. Bununla da, 2,3,8,9-cu və 13-cü bölgələri heç kimə verməyəcəyini elan edib.

Aralıq dənizi elə bir bölgədir ki, onun vasitəsilə ABŞ həm Avropaya, həm də Çinə nəzarət edə bilər.

Türkiyə burada öz addımları ilə önə çıxır. Ankara fəaliyyətini və ciddiyətini göstərdikcə plan quran bütün dövlətlər üstümüzə gəlməyə çalışır. Üstəlik, bu, təkcə ABŞ-a yox, bütün dövlətlərə aiddir.

İstanbul seçkilərindən sonra Türkiyə hədəflədiyi və qoruduğu bölgələrdə yeni bir ortaqlıq yarada bilərmi? Aralıq dənizi Ərəb Baharına, liderlərin devrilməsinə və Suriyanın məhv olmasına səbəb olub və görünür, Türkiyə bu böyük oyunu pozacaq. Bundan narahat olanlar, yəqin ki, daxili siyasətə müdaxilə etmək istəyəcəklər. Bəlkə də, süni gündəmlə başımızı qatıb öz məqsədlərinə çatmaq istəyirlər.

Tərcümə PİA.az-ındır.

Orijinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar