Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qars Müqaviləsinin imzalanmasından 100 il ötür

Ermənilərin onun ləğvinə yönəlik səyləri əbəsdir; tarixçi: “Şuşa Bəyannaməsi imzalananda xüsusi maddə ilə bildirilir ki...”

Oktyabrın 13-də Qars müqaviləsinin imzalanmasının 100 ili tamamlandı. Bu sənəd Türkiyə və Cənubi Qafqaz respublikaları arasında bir çox məsələlərin, xüsusən də ərazi-sərhəd probleminin həll olunmasına rəvac verdi. Türkiyə şimal-şərq sərhədlərini qoruyub saxladı, Naxçıvanın statusu müəyyənləşdi.

Tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev “Yeni Müsavat”a bildirdi ki, Qars müqaviləsi çoxtərəfli sənəddir: “Naxçıvanın muxtariyyəti əslində bir neçə dövlətin imzası ilə təsdiqlənmişdi. Bir tərəfdən Türkiyə, digər tərəfdən Cənubi Qafqaz respublikaları-Azərbaycan, Gürcüstan və Ermənistan. Bu müqavilə 1918-ci ildən 1921-ci ilə qədər Naxçıvan uğrunda Ermənistanla Azərbaycan arasında gedən müharibəyə son qoydu. Qars müqaviləsindən əvvəl 1921-ci il martın 16-da Moskva müqaviləsi imzalanmışdı. Hər iki müqavilə ilə sərhədlər müəyyən olunmuşdu. Eyni zamanda müqavilələr müddətsizdir. Yəni bu günə qədər hüquqi qüvvəsini saxlayır”.

Tarixçinin sözlərinə görə, Ermənistan hesab edir ki, bu müqavilə ilə Sovet Rusiyası guya Ermənistanın “tarixi torpaqlarını” Türkiyə və Azərbaycana güzəştə gedib: “Ermənilərin digər iddiasına görə, Naxçıvan və Qarsın verilməsində İosif Stalinin rolu olub. Digər bir ittiham da budur ki, nə Sovet Rusiyası, nə də Türkiyə hökuməti beynəlxalq hüququn subyekti deyildilər. Buna görə də bu müqavilələrin imzalanması üçün hüquqları yox idi. Bu günə qədər Rusiya Federasiyası və Türkiyə Cümhuriyyəti arasında münasibətlərdə Qars və Moskva müqavilələri hüquqi fundament rolunu oynayır”.

İlqar Niftəliyev

Müsahibimiz bildirdi ki, həm Rusiya, həm də Türkiyə Qars və Moskva müqavilələrinin legitimliyini qoruyur: “Hətta Şuşa Bəyannaməsi imzalananda xüsusi maddə ilə bildirilir ki, Azərbaycan və Türkiyə Qars müqaviləsinin qüvvədə qalmasını razılaşdırıblar. İkinci Dünya müharibəsindən sonra 1945-ci ilin mart ayında SSRİ-nin rəhbəri İosif Stalin Türkiyəyə münasibətlərə yenidən baxmağı təklif etmişdi. Amma o dövrdə bu münasibətlər 1925-ci il dekabrın 17-də imzalanan Paris müqaviləsinə yenidən baxılmasını nəzərdə tuturdu. Müharibədən sonra Stalin ərazi məsələlərinə yenidən baxılması ilə bağlı məsələ qaldırmışdı. Hətta Gürcüstan və Ermənistana keçmiş Rusiya imperiyasının hansı torpaqlarının Türkiyəyə keçməsi ilə bağlı xüsusi bir arayış hazırlanması tapşırılmışdı. Lakin bu plan baş tutmadı. Çünki 1947-ci ildə Trumen doktrinası qəbul olunmuşdu. Bu da sovetlərin Türkiyəyə qarşı ekspansionist planlarına qarşı yönəlmişdi. 1965-ci ildə ermənilər ”soyqırım"ın 50 illiyini keçirdikdən sonra yenidən ərazi iddiaları irəli sürməyə başladılar. Bu da nəticəsiz qaldı, çünki Türkiyə NATO-nun üzvü idi.

Ermənilər dəfələrlə Dağlıq Qarabağın Azərbaycandan ayrılması ilə bağlı cəhdlər edəndə Naxçıvanın da adı çəkilirdi. Qars müqaviləsi beynəlxalq müqavilədir, qüvvədən düşməsi üçün onu imzalayan bütün dövlətlər razılığa gəlməlidirlər. Bu isə mümkün deyil", - deyə tarixçi vurğuladı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar