Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarpızı 9 qəpiyə qədər endirən səbəblər: Süni qiymət artımı, yoxsa nəzarətsizlik?

Prezidentin tənqidi çıxışından sonra bazarlarda mövsüm meyvələrinin qiymətində eniş hiss olunmaqdadır...

Ekspert: “Əgər qiymətlər bazarların strukturundan asılı olsaydı, qiymətlər hər bölgədə fərqli olamalıdı idi”.

“Bir qayda olaraq fermerlərdən malları monopolistlər alırlar və bu monopolistlər özlərini gizlətsələr də, əslində böyük şirkətlərdir və bu şirkətlər şəbəkə şəklində çalışırlar. Logistik olaraq yanaşdıqda da bütün infrastrukturlar bu monopolist şirkətlərin əlindədir və onların əlində kifayət qədər nəğd vəsait var”.

Bu sözləri iqtisadçı-ekspert Toğrul Maşallı ölkədə davam edən süni qiymət artımını PİA.AZ-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, son vaxtlarda ölkəmizdə süni qiymət artımı baş alıb gedir. Məsələ ilə bağlı iyulun 31-də Azərbaycan Respublikası Prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirə zamanı prezident İlham Əliyev süni qiymət artımını tənqid atəşinə tutub. Prezident qeyd edib ki, ölkədə süni qiymət artımına rəvac verən amillərin aradan qaldırılması ilə bağlı müxtəlif zamanlarda ən yüksək səviyyədə xəbərdarlıqlar edilib, tapşırıqlar, tövsiyələr verilib. Prezident, həmçinin bildirirb: “Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır”.

Qeyd edək ki, prezidentin bu çıxışından sonra bazarlarda mövsüm meyvələrinin qiymətində eniş hiss olunmaqdadır. Pomidor və xiyarın qiymıtində təqribən 10-20%, meyvələrin qiymətində isə təqribən 10% düşmə müşahidə olunur. Hətta ənənəvi olaraq 40 qəpiyə satılan qarpız dünən Bakının bir sıra supermarketlərində 9 qəpiyə satılıb və bu da son illərin ən aşağı qiymət rekordu hesab oluna bilər. Bəs bazarda nə baş verir?

Məlumdur ki, süni qiymət artımı əsasən monopolistlərin anlaşması üzərində baş verir və bu monopolistlər birbaşa olaraq dövlət qurumlarından dəstək alırlar. Bazarda rəqabət olmadığı halda isə, qiymət siyasətini inzibati qaydada aparmaq üçün münbit zamin yaranır. Bəs bu halda, bazarda rəqabətə qarşı daha çox hansı dövlət qurumları çıxış edirlər və Azərbaycana rəqabət sistemini gətirmək üçün hökümət ilk növbədə hansı addımları atmalıdır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert Toğrul Maşallıya müraciət edib.

Toğrul Maşallı: “Fermerlər birbaşa olaraq heç bir yerə çıxmırlar. Onların heç bir variantı yoxdur ki, nə isə satsınlar”.

Ekspert mövzu ilə bağlı PİA.az-a açıqlamasında qeyd edib ki, süni qiymət artımı anlayışı yoxdur. Çünki qiymət artımı ya baş verir, ya da baş vermir. Yəni bunun sadəcə bəzi səbəbləri var. Səbəbləri isə kimsə süni və ya təbii adlandıra bilər. Amma bu, bazardakı vəziyyətdən asılıdır:

Azərbaycanda, əsasən, qiymət artımı bir çox amillərlə bağlı olur. Xüsusən də, kənd təsərrüfatı məhsulları barədə deməliyik ki, bu məhsulların bazara kimlərlə və necə çatdırılması barədə statistik məlumatlar yoxdur və eyni zamanda, fermerlərin öz mallarını bazara çıxarmaq üçün bərabər imkanları yoxdur. Məsələn, şəhərdə keçirilən yarmarkalarda çox vaxt fermerlər iştirak etmirlər. Orda daha çox peşəkar alverçilər otururlar. Yəni fermerlər birbaşa olaraq heç bir bazara çıxmırlar. Onların bunun üçün heç bir imkanları da yoxdur və bir qayda olaraq onlardan malları monopolistlər alırlar və bu monopolistlər özlərini gizlətsələr də, əslində böyük şirkətlərdir və bu şirkətlər şəbəkə şəklində çalışırlar. Logistik olaraq yanaşdıqda da bütün infrastrukturlar bu monopoist şirkətlərin əlindədir və onların əlində kifayət qədər nəqd vəsait var.

Dövlət qurumlarına gəlincə isə deyə bilərəm ki, dövlət qurumları, əslində, inhisarçılığa qarşı mübarizə aparmalıdırlar. Çünki bu, onların işidir. Biz bazarlarda nəyi müşahidə edirik, bütün bazarda, məsafədən asılı olmayaraq - Bakının mərkəzində ya da Sumqayıtda - bir çox hallarda qiymətlər eyni olur. Yəni həm qarpızın, həm əriyin, həm də digər meyvələrin qiymətləri Azərbaycanın hər yerində eynidir. Bakıda da, Gəncədə də biz əriyin eyni qiyməti ilə rastlaşırıq. Əslinə qalsa, əgər qiymətlər bazarların strukturundan asılı olsaydı, qiymətlər hər bölgədə fərqli olmalı idi. Amma hal-hazırda hər yerdə qiymətlər eynidir. Bu isə o deməkdir ki, ya inhisar var, ya da bəzi şirkətlər arasında razılaşma əldə olunub.

Buna qarşı mübarizə aparmaq üçün təbii ki, dövlət qurumları çalışmalı və nəzarət etməlidirlər. Çünki bütün ölkə üzrə qiymətlər eyni ola bilməz. Əgər dövlətin müvafiq qurumları üzərlərinə düşən vəzifələri icra etsəydilər, bu vəziyyət də yaranmazdı.

Toğrul Maşallı: “Hökumət fermerlər üçün infrastruktur və bərabər imkanlar yaratmalıdır”.

Qiymət artımına təsir edən amillər arasında Vergilər Nazirliyinin fəaliyyəti önəmlidir. Ona görə də, Vergi Məcəlləsində sonuncu dəfə dəyişikliklər edildikdən sonra bəzi əlavə vergilər yaranıb. Nəticədə isə kiçik sahibkarlar üçün daha ağır sistemə keçmək və uçot aparmaq xərcləri ciddi şəkildə artırır.

Digər tərəfdən isə Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti də qənaətbəxş deyil. Onların fəaliyyəti, əsasən, bəzi pambıq, tütün kimi sahələrin inkişafına yönəlib. Bu siyasət nəticəsində digər sahələrə ziyan dəyir. Nəticə etibarilə bu da qiymət artımına təsir edir.

Əvvəldə qeyd etdiyim kimi, Kənd Təsərrüfatı Nazirliyi qiymət siyasətinə buna qarışmamalıdır. Qarışsa belə, yalnız stimullaşdırma siyasəti aparmalıdır. Yəni birbaşa inzibati olaraq, məcburetmə ilə edilməməlidir.

Başqa tərəfdən isə hökumət fermerlər üçün infrastruktur və bərabər imkanlar yaratmalıdır. Çünki fermerlərin bir çox hallarda şəhərə məhsulu gətirməyə və ya birbaşa olaraq bazara satmağa imkanı yoxdur. Onlar da məcburdurlar ki, bir vasitəçiyə satsınlar. Bu halda da qiymət artır. Hökumət əsas olaraq sahibkarlar üçün bərabər imkanlar yaratmalıdır. Bu işlərə isə əsasən, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi baxmalıdır”.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar