Çərşənbə, 21 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Qaralov Prezidentə yalan məlumat vermişdi” - “Sumqayıt işi” ilə bağlı sensasiya

Tanınmış vəkil Aslan İsmayılov Sumqayıt hadisələri və bu proseslə bağlı işin gizlədilməsini özündə əks etdirən məsələlərlə bağlı sensasion açıqlamalar verib.

Bakupost.az -ın məlumatına görə, A.İsmayılov deyib ki, 2010-cu ildə Prezident İlham Əliyev tərəfindən keçirilən yığıncaqda Baş Prokuror Zakir Qaralov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Ədliyyə naziri Fikrət Məmmədov, Daxili İşlər naziri Ramil Usubov, Milli Təhlükəsizlik naziri Eldar Mahmudovu toplayıb.

Vəkilin sözlərinə görə, dövlət başçısı onlara Sumqayıt hadisələri ilə bağlı suallar verib, lakin toplantıda iştirak edənlər Sumqayıt hadisələrinin Azərbaycanda deyil, Moskvada baxıldığını və bundan xəbərsiz olduqlarını bildiriblər:

"Həmin iclasda Fuad Ələsgərov da iştirak edib. Ondan sonra Fuad Ələsgərov mənimlə əlaqə saxladı. Mən işə burada baxıldığını, bu barədə materialın Azərbaycanda olduğunu demişəm. İşin tapılmasına köməklik etmişəm. Ona görə ki, Zakir Qaralov o işi gizlətmişdi. Yalan məlumat vermişdi ki, o iş burada yoxdur. Həmin iş Respublika Prokurorluğunda idi".

"Yığıncaqdan sonra Zakir Qaralovun böyük bir bəyanatı oldu. Prokurorluğun bəyanatı oldu ki, Sumqayıt hadisələrinin istintaqı yenidən başlayır. Əhaliyə müraciət olundu ki, kimdə bu barədə nə material var bizə desin. Mən Aslan İsmayılov olaraq o dövr Baş Prokurorun Birinci müavini işləyən Rüstəm Usubova dərhal zəng etdim. Ki məndə bu barədə kitab da var, arxiv materialları da var, təqdim etməyə hazıram. Əlavə olaraq başqa bir şey xahiş etdim. Rüstəm Usubova dedim ki, Sumqayıt hadisələrini məndən yaxşı Əsədağa Abdullayev bilir, çünki mən təkcə Qriqoryan işində iştirak etmişəm, amma o həm burada iştirak edib, həm də Moskvada güllələn Əhməd Əhmədovun işində iştirak edib. Rüstəm Usubova zəng etdim ki, Əsədağanı dindirin, o ağır xəstədir, ölür. Xəbər çıxmadı.

“Bu gün Real TV-yə başçılıq edən Vətəndən, nə bilim cəsarətdən dəm vuran Mirşahin Ağayevə şəxsən zəng etdim və dedim "Mirşahin, hakimiyyət heç nə etmir, sən bir jurnalist göndər kamera ilə göndərin, gedin Əsədağanı danışdırın. O hər şeyi bilir, qoy arxivdə qalsın. O, heç bir şey etmədi. Bu hadisələrdən sonra mənə gecə-gündüz zəng edib, Aslan müəllim kitabınızı verin, mənə bu hadisəni izah edin deyən, "Almaniyanı dağıdan" İbrahim Məmmədov məndən gəlib müsahibə götürəndə demişəm ki, İbrahim məndən yaxşı bunu Əsədağa bilir. Mən də müsahibə verəcəm, amma təcili gedin Əsədağanı dindirin, onun vəziyyəti ağırdır. Onlarla adama müraciət elədim. Yeganə lap ağır vaxtında ondan qısa müsahibə alan jurnalist Natiq Cavadlı oldu. Əsədağa bildiyinin bəlkə onda birini ona demişdi".

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sülhməramlıların hərbi parad keçirməsi beynəlxalq qaydalara nə qədər uyğundur?..

Aeroport yolunda qəzada ölən və xəsarət alanların adları məlum olub - Yenilənib

Vilayət Eyvazov deputatın oğluna yeni vəzifə verdi

Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı yataqxanadan çıxarıldı - Foto

Azərbaycanın KTMT-yə üzvlüyü qaçılmaz bir məcburiyyətə çevrilə bilərmi? - Müsahibə

Ramiz Mehdiyevin işdən çıxardığı əməkdaş başqa vəzifəyə təyin olundu

Rüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulub

"Kurtlar vadisi"nin "Güllü"sü Hərbi Qənimətlər Parkında - Foto

İlham Əliyev pambıq tarlasında səpin prosesini izlədi - Yenilənib, Fotolar

Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət qaydası dəyişir

Ən çox oxunanalar