Cümə axşamı, 09 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Qaradərili əhali ABŞ seçkilərinə necə təsir göstərəcək?..

2020-ci ildə 7 milyon ağ olmayan amerikalı gənc səsvermə hüququ qazanacaq. Bu, bütün siyasi balansı dəyişdirə bilər...

Abdullah Muradoğlu

“Yeni Şafak” qəzeti, Türkiyə, 2 iyun 2020-ci il

ABŞ-da zənci amerikalı Corc Floydun öldürülməsinə görə qalxan etirazlar hələ də davam edir. Bəzi şəhərlərdə etirazlar talana və yağmalanmaya çevrilib. Respublikaçılar bu talançılığa görə radikal solçu qrupları günahlandırırlar, Demokratlar isə “Ağ irqçi” təxribatçıların etirazların daxilinə sızdığını iddia edirlər.

ABŞ bir pandemiyanın ortasındadır və buna görə, 100 mindən çox insan ölüb. 30 milyondan çox insanın işsiz qaldığı ABŞ-da iqtisadiyyata ağır zərbə dəyib. ABŞ 1929-cu ildəki Böyük Durğunluq dönəmindən bəri ən pis vəziyyətini yaşayır. Trilyonlarla dollara başa gələn tədbirlərə baxmayaraq, iqtisadiyyatın qısa müddət ərzində bərpa olunacağı gözlənilmir.

ABŞ-da 5 ay sonra, noyabr ayının ilk həftəsində prezident seçkiləri keçiriləcək. Bəs görəsən, qaradərili etirazçılar seçkilərə necə təsir göstərəcəklər? Bəzi analitiklərin fikrincə, talana və yağmalanmaya çevrilən etirazlar ağ seçicilərdən Trampa gələn dəstəyi artıracaq. Bəzi analitiklərin fikrincə isə etirazlar səs verməyən milyonlarla qaradərili və ağ olmayan miqrant qruplarını səfərbər edəcək. Bu hərəkətlənmə də Demokratların səs nisbətini artıracaq.

ABŞ-da əhalinin hərəkətliliyi “Bəyaz Amerika”nın əleyhinədir. Tədqiqatlara görə, ağ amerikalılar 20-25 ildə azlığa düşəcəklər. Tramp da 2016-cı il seçkilərində bu nəticədən siyasi bir arqument kimi istifadə etdi. Əhalinin ağ olmayan amerikalılara qarşı olması da Demokratların işinə yarayır. Çünki ölkədəki qaradərililər, hispaniklər və digər ağ olmayan miqrant qrupların (yəhudi amerikalılar da daxil olmaqla) əksəriyyəti Demokratlara səs verir.

Hazırda qaradərili insanlar ABŞ əhalisinin təxminən 15%-ni təşkil edir. Latın Amerikasından olan hispaniklər isə əhalinin təxminən 18%-ni təşkil edirlər. Doğuş nisbətləri ilə müqayisədə ən yüksək artım göstərən qrup isə Asiya mənşəli insanlardır. Ölkədəki ağ amerikalıların sayı 60%-dən bir az çoxdur. Qaradərili və hispanik şəhərlərinin sayı isə “daxili köç” səbəbiylə getdikcə artır. Ağ Amerika əhalisinin sayısının 2045-ci ildə 50%-dən aşağı düşəcəyi təxmin edilir.

ABŞ-da səsverməyə getməyən böyük bir auditoriya var. Bil Klintonun dövründə Əmək Nazirliyini idarə edən və ictimai iqtisadiyyat professorlarından olan Robert Rayk bu kütləni “ABŞ-ın ən böyük partiyası” kimi xarakterizə edib. Raykın yanvar ayında yazdığı bir məqalənin adı “Amerikanın heç eşitmədiyiniz ən böyük siyasi partiyası” şəklində idi. Rayk vurğulayır ki, əgər “seçici olmayan amerikalılar” səs versə, ABŞ-ın siyasi sistemində kəskin dəyişiklik olacaq.

2016-cı il seçkilərində 100 milyon insanın seçkiyə getmədiyini qeyd edən Reykin sözlərinə görə, bu böyük kütlə ağ olmayan amerikalılar, gənclər və az gəlirli qruplardır. Rayk, həmçinin, bu kütlənin kövrək siyasi sistemdən, iqtisadi bərabərsizlikdən və səsverməni çətinləşdirən qanunlardan ən çox əziyyət çəkən qruplar olduğunu qeyd edib (bununla yanaşı, Tramp poçtla səs verilməsinə qətiyyətlə qarşı çıxır).

2020-ci ildə 7 milyon ağ olmayan amerikalı gənc səsvermə hüququ qazanacaq. Rayk bildirir ki, bu 7 milyon gənc bütün balansı dəyişdirə bilər. Buna görə, Demokratlar seçicilərin iştirakını artırmaq üçün təşviqat aparırlar.

Respublikaçı Cef Sesyons Ədalət Naziri olduqdan sonra Alabama əyalətində bir senatın kreslosu boş qalmışdı. 2017-nin dekabrında Demokrat namizəd Doq Cons yenilənən seçkilərdə rəqibi Roy Muru cəmi 20 min səs fərqi ilə məğlub etmişdi. 60%-in ağ olduğu Alabamada qaradərililərin nisbəti təxminən 26% idi. Alabamada irqçi düşüncələri ilə tanınan və Respublikaçıların sarsılmaz qalası olaraq bilinən Mur əvvəl səs verməyən qaradərili seçicilərin hərəkətə keçməsi ilə məğlub oldu. Beləcə, Alabamanın qaradərili əhalisi dövlətin keçmişində baş verən qəddar, irqçi siyasətləri unutmadığını göstərmişdi.

Demokratlara dəstək verən analitiklər isə daha çox qaradərili və digər gənc mühacirləri səsverməyə təşviq etmək üçün prezidentliyə namizəd olan Co Baydenin vitse-prezidenti olaraq bir qaradərili qadını seçməli olduğunu vurğulayırlar. 2020 seçkiləri Tramp və Respublikaçılar üçün heç də asan olmayacaq. Kritik vəziyyətlərdə, hətta kiçik səslər belə çox böyük dəyişiklik yarada bilirlər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Ramiz Mehdiyev təcili həbs edilməlidir” - Partiya sədrindən ittiham dolu açıqlama

Keçmiş komsomol həmkarı Ramiz Mehdiyevi canlı debata dəvət etdi: "Cüzi də olsa, cəsarət..."

Oğlunu Həzrəti Əli ilə müqayisə edən Siyavuş Novruzova cavab

Daha iki rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq

Deputat İcra başçısının tələbinə etiraz etdi: "Qeyri-qanunidir"- Video

Oqtay Şirəliyevin Bakıda 1 hektarlıq villasının görüntüləri yayılıb – Foto

Oqtay Gülalıyevin oğlundan sensasion açıqlamalar

DİN rayonlarda “Subsidiya” əməliyyatına başladı, 10-dan artıq şirkət rəhbəri saxlanıldı - Yenilənib

"Ramiz Mehdiyev indi öz işinlə məğul ol" - Sabiq deputat

“Əsəb, stress, gərginlik qırmızı həddə yaxınlaşıb” - Xəbərdarlıq

Hansı rayonda neçə koronavirus xəstəsi var? - Siyahı

loading...

Ən çox oxunanalar