Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradərili amerikalılar və ABŞ-ın müstəqillik günü - “Amerika Əsri” başa çatır..

“Amerika Əsri” bitibsə, bəs o, nə ilə əvəzlənəcək? Bir hissəsi ABŞ-dan ibarət olan olan bəşəriyyət, bu xaosdan xilas olmaq üçün daha ədalətli və humanist bir sistem qura biləcəkmi?..

Abdullah Muradoğlu

“Yeni Şafak” qəzeti, Türkiyə, 5 iyul 2020-ci il

Amerika Birləşmiş Ştatları 4 iyul 1776-cı ildə 13 ingilis koloniyasının İngiltərədən ayrılması bəyanı ilə qurulmuşdu. Buna görə, 4 İyul ABŞ-ın Müstəqillik günü kimi qeyd olunur.

Amerikanın zənginləşməsi isə 1600-cü illərdən bəri Afrikadan zorla gətirilən qaradərililər sayəsində mümkün olub. Amerikada torpaqdan əldə edilən qazancın hər bir qəpiyində qaradərili insanların əməyi var. 2016-cı ildə aparılan bir araşdırmaya görə, 250 il davam edən qul sistemi çərçivısində qaradərili insanlar Amerika iqtisadiyyatına trilyonlarla dollar pul qazandırıblar. Bəzi analitiklərin fikrincə, əgər “sistemli köləlik” yaradılmasaydı, ABŞ-ın əsası belə qoyula bilməzdi.

ABŞ-da köləlik 4 iyul 1776-dan təxminən 90 il sonra, yəni 1876-cı ildə ləğv edildi. “Vətəndaş Hüquqları Hərəkatı”nın etirazları nəticəsində isə 1965-ci ildə qaradərili insanlar səsvermə hüququ əldə etdilər. Lakin qaradəlilərin məruz qaldığı “ağların” irqçi təqibi həmişə davam etdi. Ağ dərili amerikalılar qaradərililərlə eyni hüquqlara sahib olduqlarını heç cür qəbul edə bilmədilər və bunu indi də qəbul edə bilmirlər.

Bildiyiniz kimi, qaradərili amerikalı Corc Floydun mayın 25-də ağ dərili polis məmuru tərəfindən boğularaq öldürməsi ölkə daxilində geniş etirazlara səbəb olub. Bu qəzəbin başqa bir səbəbi də Covid-19 olaraq bilinən virusun ən çox əsrlər boyu əzilmiş qaradərili insanları öldürməsi idi.

Bu gün ABŞ-da təxminən 40 milyon afro-amerikalı yaşayır. 4 iyul ağ amerikalılar üçün xoşbəxt bir gündür. Ancaq qaradərililər üçün vəziyyət fərqlidir. Çünki qaradərililər həmişə bilirdilər ki, müstəqil Amerika qul iqtisadiyyatı siyasətini 90 il daha davam etdirmişdi. Buna görə, qaradərili amerikalılar 4 İyul tədbirlərini uzaqdan izləməyi və ya heç izləməməyi üstün tuturlar.

Bu ilki 4 İyul şənlikləri nisbətən zəif keçirildi. Virusun yayılması ilə yanaşı, həm də qaradərili amerikalılara və digər ağ olmayan amerikalılara qarşı ayrı-seçkilik əleyhinə edilən üsyana görə belə bir vəziyyət yaranıb. “Qaraların Həyatları Dəyərlidir” (Black Lives Matter) hərəkatının rəhbərliyi ilə keçirilən etiraz aksiyalarında irqçi çağırışları ilə tanınan simalara məxsus abidələr və digər simvollar dağıdılıb..

Guya “xalqların öz müqəddəratını təyinetmə hüququnu” da özündə cəmləşdirən “Vilson Prinsipləri”nin memarı olan, keçmiş ABŞ Prezidenti Vudrou Vilsonun adı da dünyanın ən nüfuzlu universitetlərdən biri olan Prinston Universitetindəki şərəf kürsüsündən çıxarılıb. Liberal Amerika Müdaxiləçiliyinin yaradıcılarından biri hesab edilən Vilson irqlər arasındakı bərabərliyə inanmayan və hər fürsətdə bunu açıq şəkildə dilə gətirən bir siyasətçi idi.

Qaradərililərə qarşı irqçi davranışları ilə tanınan Vilson ABŞ Prezidenti olmadan əvvəl 8 il ərzində Prinston Universitetinin rektoru olmuşdu. Vilson, həm də qaradərili tələbələrin universitetə ​​qəbul olmasının qarşısını almışdı. 2016-cı ildə qaradərili universitet tələbələri Vilsonun adının kürsülərdən çıxarılmasına cəhd ediblər, lakin universitet rəhbərliyi buna müsbət cavab verməyib. Ancaq bu il iyun ayının sonunda universitet rəhbərliyi Vilsonun adının kürsülərdən çıxarıldığını rəsmi olaraq elan edib. Qurumun ilk kolleci olan “Wilson College”in də adı “First College” olaraq dəyişdirilib. Universitet rəhbərliyi bu qərarında Corc Floyd və digər qaradərili amerikalılara qarşı olan irqçi zorakılığın rol oynadığını etiraf edib və digər tərəfdən, Vilsonun irqçi olduğunu da elan edib.

Vilsondan əvvəl ABŞ Prezidenti olan Teodor Ruzveltin heykəli ilə yanaşı, bir çox digər tarixi abidələr və heykəllər də eyni səbəblərə görə hədəf alınıb. Həm Ruzvelt, həm də Vilson “Amerika Əsri” olaraq xarakterizə edilən 20-ci əsrin ilk rübünün simvolik simaları arasında idilər. Hazırda ABŞ siyasi və mədəni cəhətdən parçalanmış vəziyyətdədir.

Pandemiya başlayandan bəri ABŞ mediasında “Amerika Əsri”nin sona çatması ilə bağlı davamlı olaraq yazılar dərc olunur. Bir çox amerikalı yazıçı “Amerikanı yenidən inşa etməyin vaxtıdır”, başlıqlı məqalələr yazır. Bəs “Amerika Əsri” bitibsə, o, nə ilə əvəzlənəcək?

Amerika Əsri” bitibsə, bəs o, nə ilə əvəzlənəcək? Bir hissəsi ABŞ-da ibarət olan olan bəşəriyyət, bu xaosdan xilas olmaq üçün daha ədalətli və humanist bir sistem qura biləcəkmi?..

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar