Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağda təbliğat, maarifləndirmə və dezinfeksiya işləri davam etdirilir

Qaradağda xüsusi karantin rejimində təbliğat, maarifləndirmə və dezinfeksiya işləri davam etdirilir...

Qaradağ rayon icra hakimiyyəti tərəfindən təşkil olunmuş könüllülərdən ibarət qrup üzvləri bu gün rayonun bütün qəsəbələrində yaşı 65-dən çox olan və tənha yaşayan 125-dən artıq sakini evlərində ziyarət etmiş, onlara ərzaq və dərman yardımı ilə köməklik göstəriblər.

Qeyd edək ki, Qaradağ rayonun sakinləri xüsusi karantin rejiminə tabe olur, evdən bayıra az çıxırlar. Bu gün də qəsəbələrdə çalışan mobil qrup üzvləri qəsəbələrdə gün ərzində gəzərək xüsusi səsgücləndiricilər vasitələri ilə vətəndaşlara bir daha xüsusi karantin haqqında məlumatlar veriblər.

Könüllülər bu gün də sakinlərin evdə qalmaları üçün təbliğat xarakterli plakatları bütün ictimai yerlərində, o cümlədən yaşayış binalarının giriş qəfəslərində, dayanacaqlarda, mağaza, dükan və iaşə obyektlərində, yaşayış massivlərində, küçə və digər yerlərdə asmağa davam ediblər.

Xatırladaq ki, artıq bir neçə gündür ki, rayon ərazisindəki bütün istirahət parklarının girişləri bağlanılmış və parklara giriş məhdudlaşdırılıb. Qəsəbələrdə yaradılmış abad məhəllələrdə sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqlardan uşaq-əyləncə və idman qurğularından da istifadəyə qadağa qoyulub. Gündəlik aparılan dezinfeksiya işləri də rayonunun bütün qəsəbələri olmaqla, Qızıldaş, Sanqaçal, Qobustan və Müşfiqabad qəsəbələrinin ərazisində də davam etdirilir. Rayonun qəsəbələrində dezinfeksiya işlərini aparan 320 nəfərin hər biri lazımi püskürücü texnika, ləvazimatlar, xüsusi geyim formaları ilə təmin edilib. Dezinfeksiya edən şəxslərə bu texnika və ləvazimatların istifadə şərtləri izah edilmiş, bildirilmişdir ki, bu şərtlərə ciddi əməl olunmalıdır. Aparılan dezinfeksiya işləri gündəlik nəzarətdə saxlanılır.

pia.az

 

Fotolar




Etiket: Qaradağ RİH

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar