Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağda dəfn olunan şəhidlərin məzarları köçürüləcək?

“Qaradağ ərazisindəki qəbristanlıqda dəfn olunan şəhidlərlə bağlı məsələyə şəhidlərin o yerdə dəfn olunmasını təşkil edən qurumlar tez reaksiya verməli idilər. Ancaq bu olmasa da, indi vəziyyəti düzəltməyə çalışırlar. Şəhid ailələrinin istəyinə uyğun olaraq bu prroblem həll olunacaq”.

Bunu “Yeni Sabah”a açıqlamasında Qaradağın millət vəkili Aydın Hüseynov deyib. O, bildirib ki, bu problemin qarşısı rahatlıqla alına bilərdi: “Buna baxmayaraq, artıq həlli yolunda addımlar atılıb. Onların Fəxri Xiyabanda dəfn olunacaqları ilə bağlı isə fikir səsləndirə bilmərəm”.

Aydın Hüseynov qeyd edib ki, şəhidləri inzibati bölgüyə əsasən, seçmək düzgün deyil: “Mən onların ruhu qarşısında baş əyirəm. Şəhidlərimizin hər biri bizim üçün əzizdir. Sadəcə olaraq inzibati baxımdan qəbiristanlıq Qaradağ ərazisinə düşür. Şəhidlər özləri isə Yasamaldan, Binəqədidən və digər rayonlardandır. Çünki Qaradağ rayonundakı həmin ərazi şəhər qəbiristanlığı sayılır. Bütün ölkənin hər yerindən orada dəfn olunanlar var.

Orada dəfn olunan şəhidlərin heç biri Qaradağ rayonunda qeydiyyatda olan, hərbi komissarlıqdan çağırılanlar deyil. Qaradağın özündən olan şəhidlər başqa yerlərdə dəfn olunub. Sözügedən problemlə bağlı müvafiq tədbirlər görüləcək. Hər bir şəhid ailəsinə dövlət tərəfindən qayğı göstərilir”.

Millət vəkili bildirib ki, məsələ öz həllini şəhid ailələrinin istəyinə uyğun olaraq tapacaq: “Onlar dəfn olunarkən belə bir hal yox idi. Bakının relyefi elədir ki, yeraltı sular ola bilər. Sosial şəbəkələrdə bunu qabardanlar çox səhv edirlər. Biz böyük bir qələbə əldə etmişik. Həmçinin müharibədən çıxmışıq, itkilərimiz var. Birlikdə olub güclü şəkildə ermənilərə qarşı qələbə çaldığımız kimi, belə məsələlərdə də bir olmalıyıq. Bu halları qabardanlar düşmən dəyirmanına su tökərək, şəhidlərin adından istifadə edərək özlərini gündəmə gətirirlər”.

Xatırladaq ki, 17 şəhid ailəsi övladlarının Qaradağ rayonu ərazisində yerləşən qəbristanlıqda dəfn edilməsinə etiraz edir və onlar müxtəlif dövlət qurumlarının qarşısında məsələ qaldıraraq məzarların köçürülməsini tələb edirlər. Buna səbəb kimi isə övladlarının məzarlarının qurunt sularının altında qaldığını göstərirlər.

pia.az 


Etiket: Şəhid


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar