Cümə, 16 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Qaradağ RİH-də yeni yaradılmış şöbəyə təyinatlar olub

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə təyinatlar olub...

Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun müvafiq sərəncamına əsasən aprel döyüşçüsü, qazi Həsrət Almasov Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə, aprel döyüşçüsü, qazi Röyal Əşrəfov Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilib.

H.Almasov 1990-cı il mayın 1-də Yardımlı rayonunda anadan olub. O 2010-cu ildən Müdafiə Nazirliyinin zabiti kimi hərbi xidmətə başlamış, 2010-2015-ci illərdə cəbhənin müxtəlif istiqamətlərində xidmət etmişdir. 2015-ci ildə Müdafiə Nazirliyinin Xüsusi Təyinantlı Qüvvələr Kursunu bitirmişdirş. 2016-cı il tarixində aprel döyüşləri zamanı cəbhənin Tərtər rayonu Qapanlı-Seysulan kəndi istiqamətində əməliyyat zamanı yaralanmışdır. 2017-ci ildə yaralandığına görə Müdafiə Nazirliyindən ehtiyata buraxılmışdır.

Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin Çağırış şöbəsinə mütəxəsis vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün Müdafiəsi ilə əlaqədar olaraq əlil olmuşdur, Prezident təqaüdçüsüdür.

“Hərbi Xidmətdə fərqlənməyə görə”, “Vətən naminə”, “Fədai”, “Vətənpərvərlik işinin təşkilinə görə” və “Silahlı Qüvvələrin yüz illiyi” medalları ilə təltif edilib.

Röyal Əşrəfov 2010-cu ildən Müdafiə Nazirliyinin zabiti kimi hərbi xidmətə başlamış, 2010-2017-ci illərdə cəbhənin müxtəlif istiqamətlərində xidmət etmişdir. 2016-cı il tarixində aprel döyüşləri zamanı cəbhənin Ağdərə rayonu Talış kəndi istiqamətində əməliyyat zamanı yaralanmışdır. 2017-ci ildə yaralandığına görə Müdafiə Nazirliyindən ehtiyata buraxılmışdır. Daha sonra BORCH WERF MMC şirkətində işləmişdir.

Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün Müdafiəsi ilə əlaqədar olaraq əlil olmuşdur, Prezident təqaüdçüsüdür.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Baş tutmayan çevriliş cəhdi və qələbəni gözdən salmaq planları

Azərbaycanda 2 qadın kişinin əl-ayağını bağlayıb, təcavüz etdi - Video

Ərdoğanın Putinə məşhur məktubu Abbas Abbasovun mətbəxində qələmə alınıb?..

Dilqəmlə Şahbaz arasında nə baş verib? - “Ona iki sillə vurdum, çünki...”

“Nəbinin heç bir xəstəliyi yox idi, müalicəsi gec başladı”

Gülü əsəbləşdi: "Ev də mənimdir, maşın da !"

Lukaşenkonun Bakıya qəfil səfərinin pərdəarxası

Günel Həsənli ilə videosu yayılan Mahir: "Sizə kim ixtiyar verib bu nömrəni yığmağa?"

Bərdədə azyaşlı uşağın cinsiyyət orqanına xəsarət yetirən qadına cinayət işi açıldı - Yenilənib

Ən çox oxunanalar