Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı karantin rejimi ilə bağlı maarifləndirmə kampaniyasında iştirak edir - Foto

Qaradağ rayonunda maarifləndirmə işlərinə ciddi nəzarət edilir. Bu məqsədlə Qaradağ Rayon İcra Hakimiyyətində mobil qruplar yaradılıb...

Qaradağ rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq sanitar epidemioloji normalara əməl olunması üçün Qaradağ Rayon İcra Hakimiyyətində mobil qruplar yaradılıb.

Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Lökbatan qəsəbəsində gün ərzində əhali arasında təbliğat işləri aparacaq mobil qrupların üzvləri ilə görüşüb, onlara əhalinin maarifləndirilməsi üçün öz tövsiyə və tapşırıqlarını verib.

Daha sonra İcra başçısı özü də Lökbatan və Sahil qəsəbələrini gəzib. Çöldə olan sakinlərlə fərdi qaydada söhbətlər aparıb. İcra başçısı sakinlərə izah edib ki, bu günlər Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə tabe olmaq lazımdır.

Qaradağ Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, bələdiyyə üzvləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən sakinlərdən ibarət olan könüllülər səs ucaldıcı vasitələrlə yerli əhalini evdə qalmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə tabe olmağa çağırırlar.

Könüllülər tərəfindən son günlər gündəlik olaraq rayonunun bütün qəsəbələrində aparılan bu işlər əhalinin toplaşdığı yerlərdə, məhəllələrdə aparılır. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilir.

Xatırladaq ki, artıq bir neçə gündür ki, rayon ərazisindəki bütün istirahət parklarının girişləri bağlanılmış və parklara giriş məhdudlaşdırılıb. Qəsəbələrdə yaradılmış abad məhəllələrdə sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqlardan, uşaq-əyləncə və idman qurğularından da istifadəyə qadağa qoyulub. Eyni zamanda, rayon ərazisində gündəlik olaraq dezinfeksiya işləri də aparılır.

Qaradağ rayon icra hakimiyyət tərəfindən ictimai-iaşə obyektlərinin işinə nəzarət gücləndirilib və diqqət mərkəzində saxlanılır.

Bütün təbliğat, maarifləndirmə və dezinfeksiya işlərinin aparılması gün ərzində davam etdirilir.

pia.az

 

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar