Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağ rayonunda böyük iməcilik keçirilib - Fotolar

Yanvarın 20-dən başlayaraq Bakı şəhərinə yağan ilk qardan sonra Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xidmətləri tərəfindən Qaradağ rayonunda qış mövsümünə hazırlıq tədbirləri planına uyğun operativ tədbirlər həyata keçirilib.

Qar yağmış ərazilərdəki küçə və yollar gecə saatlarında növbədə olan xüsusi təyinatlı texnika və kommunal xidmət əməkdaşları tərəfindən təmizlənmiş, bəzi yerlərə duz səpilib.

23 yanvar 2021-ci il tarixdə səhər saatlarından etibarən rayonun kommunal xidmətləri tərəfindən Qaradağ rayonunda operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanıb.

Kommunal xidmətlərin avtonəqliyyat vasitələri və əməkdaşları tərəfindən yolların və küçələrin kənarlarının çirklənmədən təmizlənməsinə, səki kənarları, bordyurların və buradakı işıq dirəklərinin yuyulmasına, yol kənarlarına yığılan çirkabların təmizlənməsi həyata keçirilib.

Eyni zamanda Yaşıllaşdırma Təsərrüfatı Trestinin əməkdaşları yol kənarlarındakı yaşıllıq zolaqlarını yuyaraq təmizləyib, sınmış ağaclar budanıb, digər lazımi işlər həyata keçirilib.

Qaradağ rayonunun təmizliyinin lazımi səviyyədə saxlanılması üçün bütün tədbirlər həyata keçirilir. Görülən işlər Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılır.

Qeyd edək ki, əvvəlcədən elan edilmiş iməciliyə qəsəbələrdə sahibkarlarda qoşulub.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar