Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağ Rayon İcra Hakimiyyətində tədbir

17 avqust – Azərbaycanda Sərhəd Qoşunları işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilmişdir

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Emil Abbasov 18 avqust - Sərhədçilərin peşə bayramı münasibətilə bütün sərhəd qoşunları əməkdaşlarını təbrik etmişdir. Öz çıxışında Azərbaycan Sərhədçilərinin uzun, tarixi və şərəfli bir yol keçdiyini vurğulayaraq Sərhədçilərin müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd etmişdir. Bu gün də Hörmətli Prezidentimiz İlham Əliyev də sərhədçilərə həmişə diqqət və qayğıkeşliklə yanaşır.

Tədbirdə qeyd edilmişdir ki, Prezident İlham Əliyevin bu sahəyə diqqəti nəticəsində, dövlət sərhədlərinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri baza yaradılmışdır. "Hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərindən başlayır" deyən Cənab Prezident Azərbaycan kimi daxili sabitliyi ilə fərqlənən ölkələrin təhlükəsizliyi, ilk növbədə, sərhədin möhkəm olmasından asılı olduğunu bildirib: "Azərbaycanda ictimai-siyasi sabitlik, təhlükəsizlik, əmin-amanlıq ölkəmizin inkişafı üçün əsas şərtdir. Biz elə etməliyik ki, sərhədlərimiz tam şəkildə qorunsun. Dostlarımız üçün qapılar açıq, düşmənlər üçün bağlı olmalıdır. Sərhəd mühafizəsinin təşkili nəticəsində, Azərbaycanda daxili təhlükəsizliyin təmin edilməsi daha da yüksək səviyyədə təşkil olunur".

Son illərdə yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminat sahəsində də mühüm tədbirlər görülmüşdür. Sərhəd dəstələrində videonəzarət sistemlərinin yaradılması, sərhəd zastavalarında müşahidə kameralarının quraşdırılması və görüntülərin dəstə qərargahına ötürülməsi nəticəsində, bilavasitə sərhəd xəttində xidmətin təşkilinə nəzarət gücləndirilmişdir.

2010-cu il dövlət sərhədi sistemində tarixi hadisə kimi yadda qalan Dövlət Sərhəd Xidmətinin Akademiyasının istifadəyə verilməsi, Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılan Akademiya Dövlət Sərhəd Xidməti üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrların, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, onların ixtisasının artırılması, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək baxımından əhəmiyyətli olması barədə tədbir iştirakçıları xüsusi vurğuladılar.

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən bir neçə Sərhəd qoşunlarının işçisinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar