Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağ İH-dən məscidin hasarının sökülməsi məsələsinə rəsmi münasibət - Fotolar + Video

Qaradağ Rayon İcra Hakimiyyəti Ümid qəsəbəsində yerləşən məscidin divarlarının sökülməsi ilə bağlı xəbərlərə münasibət bildirib

İcra hakimiyyətindən Musavat.com-a bildirilib ki, məscidin hasarlarının sökülməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Xatırladaq ki, Ümid qəsəbəsində yerləşən məscidin icma sədri Ramin Həsənli "Yeni Müsavat"a bildirmişdi ki, rayon icra başçısının göstərişi əsasında mayın 23-də əraziyə gələn İH əməkdaşları, məscidin həyətyanı ərazisinin hasarını söküblər. Onun sözlərinə görə söküntü prosesində icra başçısının müavini və arxitektor iştirak edib. Bildirib ki, İH rəsmiləri sökülmə ilə bağlı icmaya hər hansı bir rəsmi sənəd təqdim etməyiblər:"Bir neçə gün əvvəl əraziyə gələn rayonun icra başçısı məscidin ərazisinin geniş olduğunu, bu qədər ərazinin məscid üçün çox olduğunu deyərək əməkdaşlara ərazini kiçiltməyi göstəriş verib".

Səslənən ittihamlara cavab olaraq, icra hakimiyyətindən aşağıdakı münasibət bildirilib:"Qaradağ rayonunun Ümid qəsəbəsində qəsəbə məscidinin tikintisi üçün hazırlanmış eskiz plan əsasında Ümid Bələdiyyəsinin torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarı olmadan, ümumi sahəsi 1440 kv.m olmaqla verilmiş layihə əsasında torpaq sahəsi ayrılıb. 2000-ci ildə həmin ərazidə 113,4 kv.m məscid, o cümlədən yataqxana, sanitar qovşağı və digər yardımçı binalar inşa olunub.

Məscidin ərazisi barədə verilmiş eskiz plan, bələdiyyə sədri tərəfindən torpaq sahəsinin ayrılmasına dair qərar verilib, müqavilə bağlandıqdan sonra qüvvədə hesab olunmalı idi.

4 iyun 2014-cü il tarixində Qafqaz Müsəlmanları İdarəsi ilə Ümid qəsəbə məscidnin Dini İcmasının sədri Həsənzadə Ramin Abdulla oğlu tərəfindən bağlanmış müqaviləyə əsasən həmin məscid 5 il müddətinə İcmanın əvəzsiz istifadəsinə verilib.

Ümid qəsəbə məscidinin icması tərəfindən məscidin ərazisindən kənar yerdə (yerli və beynəlxalq əhəmiyyətli, o cümlədən yüksəktəyziqli qaz, elektrik və digər kommunikasiya xətləri keçən hissə) qanunsuz olaraq zəbt olunmuş ərazinin tor məftillərin yeri dəyişilərək məscidə aid olan ərazidə bərpa edilib. Məscidin eskiz layihəsində ərazinin sahəsi 1440 kv.m göstərilib. Hazırda isə real sahə ən azı 25000 kv.m-dir. Bildiririk ki, bu barədə bəzi sosial informasiya şəbəkələrində və mətbuatda yayımlanan məlumatlar tam əsassızdır".

İcra hakimiyyətindən Musavat.com-a məscidin eskiz plan layihəsi də göndərilib. Planın fotolarını təqdim edirik:

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar