Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağın status məsələsi nə zamana qədər aktiv mövzu olaraq qalacaq?

44 günlük müharibədə əldə olunan zəfərdən sonra Ermənistanın yerli yersiz qaldırdığı və Azərbaycan xalqını da narahat edən status məsələsi nə zaman gündəlikdən çıxarılacaq?..

Politoloq: “Qarabağın status məsələsi gələcəyə hesablanmış təxribatdır. Dünya gücləri bu təxribatdan Qafqaz regionunda qarşılıqlı istifadə üçün zəmin hazırlayırlar”.

“Hikmət Hacıyev prezident İlham Əliyevin status məsələsi barədə dediyi məlum fikirləri əsas gətirərək bu fikri söyləyib”.

Bu sözləri politoloq Azər Qasımov demək olar hər gün gündəmə gələn Qarabağın statusu məsələsini PİA.az-a şərh edərkən qeyd edib.

Hikmət Hacıyev ABŞ-da yerləşən aparıcı beyin mərkəzi “Atlantic Council”in virtual formatda keçirilən müzakirəsində bildirib ki, ATƏT-in Minsk Qrupu yeni reallığa uyğunlaşmalıdır.

ATƏT-in Minsk Qrupunun Azərbaycandakı reputasiyasına toxunan Hikmət Hacıyev onun aşağı olduğunu, bunun əsas səbəbinin isə təşkilatın 25 ildən artıq bir müddətdə münaqişənin həllinə real töhfə verə bilməməsi ilə bağlı olduğunu vurğulayıb.

O bildirib ki, artıq ATƏT-in Minsk Qrupunun bu münaqişə ilə bağlı keçmiş narrativləri işləmir, çünki regionda situasiya tamamilə dəyişib.

Hikmət Hacıyev həmçinin ATƏT-in Dağlıq Qarabağın status məsələsini yersiz şəkildə qabartdığını, bunun isə Ermənistanda yanlış və gərəksiz gözləntilər yaratdığını bildirib. O, Minsk Qrupunun gələcəkdə müxtəlif layihələr vasitəsilə sülh quruculuğuna töhfə verə biləcəyinin mümkünlüyünü qeyd edib

44 günlük müharibədə əldə olunan zəfərdən sonra Ermənistanın yerli yersiz qaldırdığı və Azərbaycan xalqını da narahat edən status məsələsi nə zaman gündəlikdən çıxarılacaq?

Status məsələsini PİA.az-ın əməkdaşı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Status məsələsinin gündəmdən çıxarılmasının əsas yolu Azərbaycanın tezliklə sülhməramlı missiya yerləşdirilmiş ərazilərdə də öz suverenliyini faktiki olaraq bərpa etməsidir”.

Ermənilərə hansısa səviyyədə muxtariyyat verilməsinin tərəfdarı olduğunu bildirən politoloq PİA.az-a açılanmasında qeyd edib ki, bu, Rusiya və digər qüvvələrin regionda qalması üçün oynadıqları oyunların qarşısını alar və məsələni kökündən həll edərdi:

“Hikmət Hacıyev prezident İlham Əliyevin status məsələsi barədə dediyi məlum fikirləri əsas gətirərək bu fikri söyləyib. Başqa cür də ola bilməzdi.

ATƏT proseslərdən kənarda qaldığını gördüyü üçün tərəflərin ən vacib hesab etdiyi status məsələsi üzərindən gündəm yaratmaqla yenidən proseslərə qoşulmaq istəyir. Əslində fikrimcə, bu, Rusiyanın təhriki ilə baş verən haldır. Rusiya problemin həllində ən ağrılı status məsələsində özünü kənara çəkməklə kölgədə qalmaq istəyir ki, məsələ hər hansı problem üzərindən uzansın və gərginlik qalsın və bunulada bölgədə hərbi-siyasi cəhətdən mövcudluğunu qoruya bilsin.

Bu baxımdan Azərbaycanı Qarabağ məsələsində ən çox narahat edə biləcək problem də status məsələsidir. Amma Prezident status məsələsinin bizi narahat edən məsələ olmadığını dəfələrlə qeyd edib. Qarabağın status məsələsi gələcəyə hesablanmış təxribatdır. Dünya gücləri bu təxribatdan Qafqaz regionunda qarşılıqlı istifadə üçün zəmin hazırlayırlar.

Bu məsələnin gündəmdən çıxarılmasının əsas yolu Azərbaycanın tezliklə sülhməramlı missiya yerləşdirilmiş ərazilərdə də öz suverenliyini faktiki olaraq bərpa etməsidir. Bu, bütün kənar qüvvələrin fikirlərinin və niyyətlərinin üstündən bir dəfəlik xətt çəkər. Bu məqsədlə Azərbaycan qəti şəkildə bu ərazilərdəki separat hərəkətlərə son qoymalı, özünün dövlət fəaliyyətlərini burada həyata keçirməlidir.

Azər Qasımov: “Şəxsi fikrimə gələndə isə ermənilərə hansısa, səviyyədə muxtariyyat verilməsinin tərəfdarıyam. Hesab edirəm ki, bu, rus və digər qüvvələrin regionda qalması üçün oynadıqları oyunların qarşısını alar”.

Hazırkı vəziyyətdə, burda yaşayan erməni əhalinin hüquqlarını qorumaq adı altında regiona yerləşən rus qüvvələrini və dünya ictimaiyyətini neytrallaşdırmaq Azərbaycan dövlətinin əsas vəzifələrindən biridir. Biz bölgədəki erməni əhalinin təhlükəsizliyini daha yaxşı və etibarlı şəkildə qoruya biləcəyimizə dair iradə ortaya qoymalıyıq və bu iradə dünya ictimaiyyəti üçün etibarlə təminat olmalıdır. Bizim üçün bu problem mövcuddur və biz bu problemi həll etməyə çalışmalıyıq. Heç kimə sirr deyil ki, bütün bu illər ərzində Azərbaycanda 30 mindən artıq erməni yaşayıb və bu günə qədər də onların təhlükəsizliyi üçün heç bir problem ortaya çıxmayıb. Bu faktoru əsas kimi ortaya qoymaq olar və sübut etmək olar ki, Azərbaycan xalqı ermənilərlə birgə yaşayır və bununla bağlı heç bir problemdə yoxdur.

Şəxsi fikrimə gələndə isə ermənilərə hansısa, səviyyədə muxtariyyat verilməsinin tərəfdarıyam. Hesab edirəm ki, bu, rus və digər qüvvələrin regionda qalması üçün oynadıqları oyunların qarşısını alar və məsələni kökündən həll edərdi. Biz artıq çalışmalıyıq ki, ermənilərlə vasitəçilər olmadan, özümüz münasibət quraq və qarşılıqlı etimad platforması formalaşdıra.

Müharibədən qabaq onsuz da erməniyə dünyada mövcud olan ən yüksək statusu verməyə razı idik. Hesab edirdik ki, bu, normal çıxış yolu idi. Hal-hazırda da məsələni tam həll edə bilmədiyimiz üçün son nöqtəni bu yolla həll edə bilərik ki, heç kimin bəhanəsi qalmasın. İndi isə şərtlərin dəyişdiyini nəzərə alaraq ermənilərə mədəni muxtariyyət təklif edə bilərik və məncə bunu vasitəçilər olmadan etməliyik”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar