Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ”ın rəqibləri sabah müəyyənləşəcək

Sabah Çempionlar Liqasında 2019/20 mövsümünün ilk iki təsnifat mərhələsinin püşkü atılacaq

Püşkatma İsveçrənin Nyon şəhərində keçiriləcək.

UEFA-nın mənzil qərargahındakı tədbirdə 43 komanda iştirak edəcək. Azərbaycan çempionu “Qarabağ”ın da rəqibləri bəlli olacaq.

Qurban Qurbanovun yetirmələri öncə I təsnifat mərhələsindəki rəqibini tanıyacaq. Ardınca isə təmsilçimizin yer aldığı cütün qalibi növbəti raundda qarşılaşa biləcəyi iki komandanın kimliyini biləcək.

Tədbir I təsnifat mərhələsinin püşkü ilə başlayacaq. 31 klub və ilkin mərhələnin qalibi 16 cütlük təşkil edəcək. İlkin mərhələdə mübarizə aparacaq 4 komanda iştirakçılardan biri üçün potensial rəqibə çevriləcək.

Bu mərhələdə səpələnmişlər sırasında olan “Qarabağ”ın nisbətən zəif rəqiblə duel gözləyir. Ağdam klubu ümumilikdə 19 komanda ilə üz-üzə gələ bilər. Bunlar səpələnməmiş 15 komanda, həmçinin ilkin mərhələnin iştirakçılarıdır. Ermənistan “Pünik”i isə çempionumuza rəqib ola bilməz. I təsnifat mərhələsinin oyunları iyulun 9-10-da və 16-17-də keçiriləcək.

Ardınca II təsnifat mərhələsinin püşkü atılacaq. Püşkatma iki hissədən ibarət olacaq. Qeyri-çempionlar yolunda mübarizəyə başlayacaq 4 komanda iki cütlük təşkil edəcək.

Çempionlar yolunda da 4 klub bu raunddan mübarizəyə start verəcək. Püşkə bu “dördlük” və əvvəlki raundun 16 cütlüyü qatılacaqlar. “Qarabağ”ın yer aldığı cütlük səpələnmişlərdən olacaq. Bu mərhələnin matçları iyulun 23-24 və 30-31-də keçiriləcək.

Çempionlar Liqası

I təsnifat mərhələsi
Səpələnmişlər: “Seltik” (Şotlandiya), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Lüdoqorets” (Bolqarıstan), “Qarabağ” (Azərbaycan), “Maribor” (Sloveniya), “Srvena Zvezda” (Serbiya), “Şerif” (Moldova), “Rusenborq” (Norveç), HİK (Finlandiya), “Dundalk” (İrlandiya), “Düdelanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), TNS (Uels), “Slovan” (Slovakiya), AIK (İsveç)
Səpələnməmişlər: “Suduva” (Litva), “Valletta” (Malta), “Sarayevo” (Bosniya və Herseqovina), “Pyast” (Polşa), “Pünik” (Ermənistan), ÇFR (Kluj, Rumıniya), “Ferensvaroş” (Macarstan), “Nomme Kalyu” (Estoniya), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya), “Valyur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “HB Torshavn” (Farer adaları), “Riqa” (Latviya), “Saburtalo” (Gürcüstan), ilkin mərhələnin qalibi

II təsnifat mərhələsi Çempionlar yolu
Səpələnmişlər: “Kopenhagen” (Danimarka), “Dinamo” (Xorvatiya), APOEL (Kipr), I təsnifat mərhələsinin 7 qalibi
Səpələnməmişlər: “Makkabi” (Təl-Əviv, İsrail), I təsnifat mərhələsinin 9 qalibi

II təsnifat mərhələsi
Qeyri-çempionlar yolu
Səpələnmişlər: “Bazel” (İsveçrə), “Olimpiakos” (Yunanıstan)
Səpələnməmişlər: PSV (Hollandiya), “Viktoriya” (Çexiya)

Qeyd edək ki, ilkin mərhələnin iyunun 25-dəki yarımfinalında “Feronikeli” (Kosovo) – “Linkoln” (Cəbəllütariq) və “Tre Penne” (San-Marino) – “Santa Koloma” (Andorra) cütləri görüşəcək. Kosovonun Priştina şəhərindəki turnirin finalı isə ayın 28-də baş tutacaq.(APA)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar