Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağın pərdəarxası: Rusiya Azərbaycanın irəliləməsinə niyə icazə verir?..

Rəhmətlik Elçibəyin şəxsən mənə dediyi “Qarabağ türk dünyasının boğazıdır” sözlərinin işığında Qafqaza bütün türk dünyası ilə birgə yanaşsaq, ABŞ və Rusiyanın nə etmək istədiyini daha aydın başa düşə bilərik...

Arslan Bulut
“Yeniçağ” qəzeti, Türkiyə, 1 oktyabr 2020-ci il

Baş verən son hadisələri obyektiv şəkildə başa düşmək üçün siyasi və ideoloji şablonları bir kənara qoymaq lazımdır.

Ermənistanın arxasında Rusiya var” dediyimiz zaman ilk eşitdiyimiz söz nə olur? Ya Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Paşinyan barədə “Sorosun xidmətçisidir” sözləri dərhal yada salınır, ya da kimsə sizi soyuq müharibə dövrünün yanaşmasını qorumaqda günahlandırır. Lakin bunun heç bir əsası yoxdur. Düzdür, Paşinyanı heç istəmirdilər, amma bu vəziyyət Rusiyanın Ermənistanla bağlı siyasətini dəyişdirə bilərmi?

Üstəlik, illərdir məsələni əsas sahədən izləyən Bakı Səfirliyi Daxili İşlər Nazirliyi Müşavirliyindən təqaüdə çıxan briqada generalı Ali Demir “Hürriyet” qəzetinə verdiyi açıqlamada deyib:

“Paşinyan rəhbərliyi iqtisadi və siyasi qüsurlarını ört-basdır etmək üçün Rusiyanın dəstəyi ilə bu hücumları həyata keçirir. Rusiya isə öz növbəsində Türkiyə ilə Azərbaycan arasındakı hərbi əməkdaşlıqdan narahat olur. Rusiya “Sülh Qüvvəsi” və “Ortaq Nəqliyyat Sistemi” təsis etmək adı altında Azərbaycana qoşun yeritmək istəyir. Bu məqsədlə də Azərbaycana erməni işğalı altında olan 5 rayonun qaytarılmasını gündəmə gətirib. Əsas məqsəd “sülh qüvvəsi” görüntüsü ilə qoşunlarını oraya yerləşdirməkdir. Orada yerləşdikdən sonra isə Türkiyənin görəcəyi çox iş qalmayacaq. Buna diqqət yetirilməlidir. Rusiya əlbəttə ki, Azərbaycan hücumlarının irəliləməsini istəməyəcək. Həmçinin, LaçınKəlbəcər istiqamətində Dağlıq Qarabağın Şuşa, Ağdərə, Xocalı və Xankəndi kimi yaşayış sahələrinə yayılmaması üçün də atəşkəs çağırışlarını gücləndirəcək”.

Bu təsbitlərin mənası nədir? Belə çıxır ki, Rusiya Azərbaycanda hərbi baza yaratmaq naminə Azərbaycan orudusunun Qarabağda bir az daha irəliləməsinə göz yumur. Əlbəttə ki, Azərbaycan ordusu davam etsə, Ermənistan ordusunu əzəcək. Amma Rusiya buna icazə verəcəkmi? Üstəlik, Türkiyə-Ermənistan sərhədində də rus qoşunları var.

Məsələnin bir də ABŞ-ın Böyük Yaxın Şərq Layihəsi ilə bağlı olan bir tərəfi var. Digər bir yazımda PKK-nın Qara dənizdəki rolunu şərh etmişdim:

PKK-ya verilən əsas vəzifə yalnız qaçaqçılıq yollarına nəzarət etmək deyil, həm də BYŞL xəritəsinin reallaşmasına xidmət etməkdir. BYŞL xəritəsinə baxsaq görərik ki, Fəratın şərqi Türkiyədən Körfəzə qədər Böyük Kürdüstan olaraq göstərilir. Fərat Ərzurum dağlarından bəslənir. BYŞL xəritəsi isə Azad Kürdüstana Aralıq dənizindən deyil, Qara dənizdən, yəni Hopa limanından çıxış verir. Kürtün-Doğankənd-Tirebolu xətti, Ziqana keçidi və indi də Ovit keçidi PKK-nın fəaliyyət sahəsi olaraq seçilmiş vəziyyətdədir”.

Nəhayət, Trabzondan və ya Rizədən keçən dəmir yolu hara bağlanacaq? Təbii ki, Ərzincana. Bəs oradan da Ermənistan sərhədinə qədər gedə bilərmi?

Qarabağ münaqişəsi həll olunarsa, Türkiyə, Ermənistanla sərhədi açacaqmı? O zaman Ermənistan sərhədi avtomobil yolu və ya dəmir yolu vasitəsilə Yaxın Şərq ölkələrinə açılacaqmı? Bu yollar da “ABŞ-ın kürd dəhlizi” adlandırılsa belə, əslində “Böyük Ermənistan dəhlizi”dir.

Bəs Böyük Yaxın Şərq Layihəsinin xəritəsində Qarabağ harada görünür? Əlbəttə ki, Azərbaycanda belə görünür.

Bu halda konkret məlumatlarla hərəkət etmək və bütün məlumatları qiymətləndirmək çox vacibdir.

Yeri gəlmişkən, ABŞRusiyanın Suriyanın şimalını necə böldüyünü nəzərə alsaq, Qafqaz məsələsində də güzəştə gedə biləcəklərini bir düşünmək lazımdır. Rəhmətlik Elçibəyin şəxsən mənə dediyi “Qarabağ türk dünyasının boğazıdır” sözlərinin işığında Qafqaza bütün türk dünyası ilə birgə yanaşsaq, ABŞRusiyanın nə etmək istədiyini daha aydın başa düşə bilərik.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar