Çərşənbə axşamı, 22 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bilindi 

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Azərbaycanı təmsil edən “Qarabağ” klubu Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq

Buna İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində aydınlıq gəlib.

Təmsilçimiz ilk oyununu səfərdə keçirəcək.

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar LiqasıAvropa Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Oxu.Az xəbər verir ki, qitənin ən ali turnirində Azərbaycanı ölkə çempionu “Qarabağ” təmsil edəcək.

Ağdam təmsilçisinin mümkün rəqibləri “Valletta” (Malta), “Sarayevo” (Bosniya və Herseqovina), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya) və “Saburtalo” (Gürcüstan) klublarıdır.

Avropa Liqasında isə ölkəmizi “Neftçi”, “Səbail” və “Qəbələ” komandaları təmsil edəcək.

“Neftçi”nin potensial rəqibləri “Hibernians” (Malta), “Rujomberok” (Slovakiya), “Pandev Akademiyası” (Makedoniya), “Speranta” (Nisporeni, Moldova) və ya “Zeta” (Monteneqro), “Səbail”in isə “Universitatya Krayova 1948” (Rumıniya), “Baltsan” (Malta), “Laçi” (Albaniya), “Şkupi” (Makedoniya), “Petrokub-Hincesti” (Moldova) və ya “Narva Trans” (Estoniya) klublarıdır.

Mübarizəyə II təsnifat mərhələsindən başlayacaq Azərbaycan Kubokunun qalibi “Qəbələ”nin rəqibi isə iyunun 19-da müəyyənləşəcək.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyul, Avropa Liqasında isə iyulun 11-i və 18-də keçiriləcək.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar