Cümə axşamı, 22 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Qarabağ”dan adına layiq qələbə - 3:0

“Qarabağ” ardıcıl 7-ci dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

PİA.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının pley-off mərhələsində qüvvəsini sınayıb.

Çempionlar Liqasında Şimali Makedoniyanın “Sileks” (4:0), Moldovanın “Şerif” (2:1) və Norveçin “Molde” (0:0, pen.5:6) klubları ilə qarşılaşan Ağdam təmsilçisi Polşanın “Legiya” ilə qarşılaşıb. Avrokubok mövsümündə ilk səfər sınağına çıxan “Qarabağ” bir matçdan ibarət mərhələnin matçını Varşavada keçirib.

Oyunun ilk yarısında ərazi üstünlüyünə yiyələnən “Qarabağ” bir neçə qol imkanı yaratsa da, hesabı aça bilməyib. Təmsilçimiz matçın taleyini fasilədən sonra həll edib.

Komandanın bu yay transfer etdiyi Patrik Andrade ikinci hissənin əvvəlində Polşa çempionunun qapısına yol tapıb. Ardınca Abdullah Zubir və Filip Ozobiç də meydan sahiblərini məyus edib. Bununla da “Qarabağ” Varşava səfərində böyükhesablı qələbə qazanıb – 3:0.

Beləliklə, Azərbaycan çempionu 2020/21 mövsümündə Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb. Bunadək bir dəfə Çempionlar Liqası, beş dəfə Avropa Liqasının qrupuna düşən “Qarabağ” ardıcıl 7-ci dəfə avrokubokların əsas mərhələsində oynayacaq.

Qeyd edək ki, qrup mərhələsinin püşkatması oktyabrın 2-də keçiriləcək.


Avropa Liqası
Pley-off mərhələsi
1 oktyabr
22:00. “Legiya” (Polşa) – “Qarabağ” (Azərbaycan) – 0:3

Qollar: Patrik Andrade, 50, Abdullah Zubir, 62, Filip Ozobiç, 70
Hakimlər: Tobias Stieler, Kristian Qittelmann, Rafael Foltin, Daniel Şlager (hamısı Almaniya)

"Legiya": 1. Artur Boruts, 2. Yosip Yuranoviç, 5. İqor Levçuk, 55. Artur Yendjerçik, 25. Filip Mladenoviç, 7. Domaqoy Antoliç, 99. Bartoş Sliç, 21. Rafael Lopeş, 11. Coel Valensiya, 67. Bartoş Kapustka, 9. Tomaş Pekhart.

Ehtiyat oyunçular: 33. Radoslav Tsejnyak, 4. Mateuş Vateska, 8. Valerian Qviliya, 14. Mixal Karbovnik, 22. Pavel Vşolek, 39. Matsey Rosolek, 82. Lukinyas.

Baş məşqçi: Çeslav Mixneviç.

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 55. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k.), 8. Uroş Matiç, 2. Qara Qarayev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Ovusu Kvabena.

Ehtiyat oyunçular: 12. Emil Balayev, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 27. Tural Bayramov, 44. Elvin Cəfərquliyev.

Baş məşqçi: Qurban Qurbanov.

Varşava. Ordu stadionu (Apasport.az)

***

“Qarabağ” 70-ci dəqiqədə Filip Ozobiçlə hesabı böyük fərqə çatdırdı – 3:0

***

Polşada "Legiya" və "Qarabağ" komandaları arasında keçirilən Avropa Liqasının pley-off matçında növbəti qol vurulub.

PİA.az xəbər verir ki, 62-ci dəqiqədə Abdullah Zubir meydan sahiblərinin müdafiəçilərini təkbaşına keçərək, qapıçı Artur Borutsu məyus edib. Bununla da "Qarabağ" hesabı artırıb - 2:0. (report)

***

Polşada "Legiya" və "Qarabağ" komandaları arasında keçirilən Avropa Liqasının pley-off matçında hesab açılıb. "Report" xəbər verir ki, 50-ci dəqiqədə Patrik Andrade Ovusu Kvabenanın ötürməsindən sonra topu qapıya göndərib. Bu qolla "Qarabağ" hesabda önə keçib - 1:0.

***

Polşada "Legiya" və "Qarabağ" komandaları arasında keçirilən Avropa Liqasının pley-off matçının ilk yarısı başa çatıb.

PİA.az xəbər verir ki, komandalar fasiləyə heç-heçə ilə yollanıblar - 0:0.(Report)

***

UEFA Avropa Liqasında pley-off mərhələsinin oyununda üz-üzə gələcək Polşanın "Legiya" və "Qarabağ" komandalarının heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, Azərbaycan klubunun ilk "11-liy"inə zədəsini yenicə sağaldan futbolçulardan yalnız Abdullah Zubir salınıb.

Xayme Romero və Mahir Emreli isə ehtiyatda yer alıb. Əvəzində Donald Gerye pasport problemini həll edərək, Varşavaya yollanmasına baxmayaraq, "18-liy"ə düşə bilməyib.

"Legiya": 1. Artur Boruts, 2. Yosip Yuranoviç, 5. İqor Levçuk, 55. Artur Yendjerçik, 25. Filip Mladenoviç, 7. Domaqoy Antoliç, 99. Bartoş Sliç, 21. Rafael Lopeş, 11. Coel Valensiya, 67. Bartoş Kapustka, 9. Tomaş Pekhart

Ehtiyat oyunçular: 33. Radoslav Tsejnyak, 4. Mateuş Vateska, 8. Valerian Qviliya, 14. Mixal Karbovnik, 22. Pavel Vşolek, 39. Matsey Rosolek, 82. Lukinyas 

Baş məşqçi: Çeslav Mixneviç

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 55. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k.), 8. Uroş Matiç, 2. Qara Qarayev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Ovusu Kvabena

Ehtiyat oyunçular: 12. Emil Balayev, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 27. Tural Bayramov, 44. Elvin Cəfərquliyev

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün Varşavadakı "Wojska Polskiego" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. 

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Koronaviruslu xəstələri müalicə edən həkim rəqsi ilə gündəm oldu - Video

Sabah xoş xəbəri Xocavənd və Ağdərədən ala bilərik – Erməni etirafı

Deputat Azərbaycana ciddi təzyiq olacağından danışdı

Ermənilər Paşinyanın arvadını biabır etdilər - Foto

Ermənilər Nikol Paşinyanın gülünc vəziyyətə düşməyini məsxərəyə qoydular

Paşinyan: “Ya qələbə, ya da məğlubiyyət – orta yol yoxdur”

Müharibədə uduzan Ermənistan niyə sülh istəmir? - Nəyə ümid edirlər?..

“Qarabağ“ UEFA-ya etiraz etdi: “Bu, mümkün deyil“

Erməni qadınların ordu təlimləri gülüş doğurdu - Video

loading...

Ən çox oxunanalar