Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda qanunsuz “anti-terror” təlimləri: Bu təlimlərlə sülhməramlı qüvvələr kimlərdən özlərini müdafiə edir?!

"Rusiya "sülhməramli" qüvvələrinin Qarabağda anti-terror təlimlərini keçirməsi, birbaşa Azərbaycan ərazisində qanunsuz hərbi təlimləridi. İlk növbədə sülhməramli qüvvələrin belə bir təlim keçirməsi sual doğrur. Qeyd edim ki, bu kimi təlimlər onların missiyası ilə uyğun gəlmir".

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, Rusiya bu təlimlərə fərqli don geyindirməyə çalışır:

"Rusiya "sülhməramlı" qüvvələri ilk gündən burada hərbi təlimlər keçirib. İndisə, bu təlimlərə fərqli don geyindirməyə çalışır. Bu təlimlərlə sülhməramlı qüvvələr kimlərdən özlərini müdafiə edir?! Hazırda Qarabağda üçtərəfli Bəyannaməyə zidd olaraq silhahlı, qanunsuz erməni silahlı birləşmələri fəaliyyət göstərir. Burada onların əsas planı Azərbaycana qarşı terror və təxribat həyata keçirməkdir. Son Hadrut terror təxribatları buna sübutdur. Və bu təxribatlarda Azərbaycan əsir götürülən silhahlı erməniləri haqlı olaraq terrorçu kimi mühakimə edir. Bu, beynəlxalq hüquq çərçivəsinə uyğundur".

M.Əsədullazadə Rusiyanın erməniləri müdafiə etmək üçün bu addımı atdığını vurğulayıb:

"Rusiya anti-terror təlimlərdə maraqlıdırsa, ilk növbədə burada silahlı erməni birləşmələrinə qarşı və onların buradan çıxarılması üçün anti-terror təlimi keçirilməlidir. Yoxsa, ermənileri müdafiə etmək üçün təlimlər keçirməklə, haqlı olaraq onların fəaliyyəti deusturiktiv qiymətləndirilmədir. Əgər, silahlı erməni birləşmələrini çıxarsalar regionda sülhün və təhlükəsizliyin təminatı kimi çıxış edə bilərdilər. Bununla da Azərbaycan ictimaiyyətinin dəstəyini alardılar. Amma, Rusiya tərəfi vəziyyəti mürəkkəbləşdirir, sülhməramlı kimi deyil, birtərəfli olaraq ermənilərin müdafiəsini həyata keçirir.

Bu kimi "anti-terror" adında keçirilən təlimlərin əsas məqsədi burdakı hərbi kontingentin döyüş hazırlığını inkişaf etdirmək, həmçinin buradakı silahlı erməni birləşmələrinə də təlim keçirməkdir".

"Azərbaycan üçün Qarabağ ətrafında bu il situasiya mürəkkəb olaraq qalacaq. ABŞ administrasiyasının erməni lobbisinin təhriki ilə müəyyən təzyiqləri, Fransanın erməniləri dəstəkləməsi, Rusiyanın Qarabağda hərbi təlimləri göstərir ki, Minsk qrupunun üç həmsədri birbaşa erməniləri müdafiə edir. Bu kimi təzyiqləri neytrallaşdıracaq addımlar Azərbaycan və Türkiyə birgə siyasi-hərbi ittifaqı möhkəmləndirməsi, Pakistanla hərbi ittifaq müqaviləsi bağlanmalıdır.

Azərbaycan və Türkiyə Rusiya ilə sülhməramli qüvvələrinin mandatının müəyyənləşdirilməsi üçün danışıqlar aparır. Müqavilə çərçivəsində burada onların fəaliyyəti nizamlanmalıdır. Rusiya bu təlimlərnən bu kimi müqavilədə maraqlı olmadığını mesajını verir. Rusiya ilə belə bir müqavilə bağlanması, oradakı separtizmə böyük zərbə olacaq. Müqavilənin bağlanması Azərbaycanın Dağlıq Qarabağda vəziyyəti təyin etməsi deməkdir. Ona görə də bu il Rusiya ilə sülhməramlı qüvvələrinin fəaliyyəti ilə bağlı dəqiqləşmələr aparılması və sənəd halına salınmalıdır", - deyə politoloq xüsusi vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar