Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağda parad keçirməyə mənəvi və hüquqi haqqı olan tək hərbçi Azərbaycan əsgəridir”

Samir Əsədli: “Rus sülhməramlılarının fəaliyyəti Azərbaycan suverenliyinə qarşıdır”

Xankəndi aeroportunda Rusiya hərbçilərinin Qələbə Günü paradına hazırlıq başlanıb. Sülhməramlı kontingenti 2-ci Dünya Müharibəsində keçmiş Sovet İttifaqının qələbəsini qeyd edəcək. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Xankəndi şəhərindəki aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub. Mayın 9-na planlaşdırılan paradda hər biri 45 hərbçidən ibarət 10 dəstə iştirak edəcək. Azərbaycan ərazisində xarici ölkə hərbçisinin parad keçirməsi, ümumiyyətlə sülhməramlı adlanan hərbi birləşmənin fəaliyyəti ilə bağlı VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli fikirlərini bildirərək qeyd edib ki, baş verənlöər Azərbaycan suverenliyinin tam şəkildə əleyhinədir: “Qarabağda sülhməramlı adı ilə yerləşdirilən rus hərbçiləri gerçək missiyasını unudaraq özlərini Abxaziyada, Krımda olan həmkarları kimi aparır. Başda Rüstəm Muradov olmaqla bu şəxslərə izah etmək lazımdır ki, onlar Azərbaycan ərazisindədirlər və fəaliyyətləri yalnız bölgədə hərbi qarşıdurmaya yol verməməkdən ibarətdir. Rus hərbçisinin Xankəndində parad keçirməsi Sisyanov, Yazovdan başlanan imperalist rus düşüncəsinin təzahürüdür. Qarabağda parad keçirməyə mənəvi və hüquqi haqqı olan tək hərbçi Azərbaycan əsgəridir”.

Samir Əsədli bu kimi olayların sülhməramlı məsələsinə cəmiyyətdə mənfi rəy yaratdığı önə çəkərək geniş ictimai müzakirələrin vacib olduğunu bildirdi: “Sülhməramlı qüvvələrin və müşahidəçi missiyasının fəaliyyəti ilə bağlı bir çox iradlar var. Axı bunların səlahiyyətləri və vəzifələri nədən ibarətdir? Beynəlxalq təcrübə bu məsələləri tənzimləyən xüsusi bir sənədin mövcudluğunu nəzərdə tutur – bu, Mandatdır. Bu mandat missiyanı qəbul edən ölkə ilə razılaşdırılır və daha sonra Anlaşma Memorandumu imzalanır ki, bu da hüquqi cəhətdən razılığın verilməsi deməkdir. Bundan sonra missiyaya dəstək olaraq ya BMT Təhlükəsizlik Şurasının qətnaməsi, ya da Təhlükəsizlik Şurası Prezidentinin Bəyanatı qəbul edilir. Daha sonra, ölkənin daxili qanunvericiliyinə uyğun olaraq, bir qayda olaraq Parlament tərəfindən təsdiqlənir. 10 noyabrdan sonra bu, olduqca vacib olan məsələni səmərəli istiqamətə yönəltmək məqsədilə məsləhətləşmələr prosesini başlamaq üçün qanunauyğun və məqsədə müvafiq addımlar atılmır. Belə ki, mandatın işlənməsi məsələsinə dair Azərbaycan, Rusiya və Türkiyə arasında danışıqlar hələ başlamayıb. Bəlkə də mandatın mətninin Milli Məclisdə müzakirəsinə başlamaq məqsədə uyğun olardı, çünki ictimai müzakirə zamanı cəmiyyət üçün məqbul variantın parametrlərini müəyyənləşdirmək olardı”.

VHP funsioneri hazırki situasiyanın Azərbaycandakı vətəndaş həmrəyliyinə ciddi təhdid olduğunu qeyd etdi: “Belə bir hüquqi qeyri-müəyyənlik İkinci Qarabağ Savaşı dövründə cəmiyyətin və hakimiyyətin birliyinin qazandığı siyasi təşəbbüsün itirilməsinə şərait yaradır. Savaş dövründə ölkənin bütün siyasi qüvvələrinin eyni ümummilli mövqedə durduğunun şahidi olduq. Amma indi 3-5 rus əsgərinə görə Qarabağ məsələsində fikir ayrılığı yarana bilər. Hazırki halda Rusiyanın təkbaşına sülhməramlı adı altında qoşunlarını Qarabağa yerlışdirməsi işğal sayılır. Rusiyanın Qarabağa bu qədər sərmayə yatırtmasında nə marağı var? Və eyni zamanda Rusiyanın Qarabağa nə gətirməsinə, nə tikmısinə bizim nəzarət mexanizmimiz yoxdur. Bu Rusiyanın öz qanunvericiliyinə də ziddir, Dövlət dumasında və federasiya şurasında hələ də təsdiq olunmayıb. Rusiyadan fərqli olaraq, Türküyə, bütün qanunvericiliyə uyğun olaraq, TBMM-in qərarı ilə öz hərbiçilərini ölkəmizə göndəriblər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Ən çox oxunanalar