Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda hərbi caninin siyasi revanşı

Xəbər verildiyi kimi, Azərbaycan ərazilərinin işğalına başçılıq edənlərdən biri, Qarabağda çoxsaylı hərbi cinayətlər törətmiş odioz səhra komandiri, general Samvel Babayan qondarma “dqr”də “təhlükəsizlik şurasının” rəhbəri təyin edilib...

Bu, general Samvelin təxminən 4 illik siyasi mübarizədən sonra yenidən Azərbaycanın işğal altındakı ərazilərində qurulan qanunsuz rejimdə hakimiyyətə qayıdışıdır. Onu Yerevanda baş nazir Paşinyanla görüşdən sonra yeni “dqr prezidenti”, oliqarx Araik Arutyunyan həmin vəzifəyə təyin edib. Bu təyinat Ermənistanın özündə də birmənalı qarşılanmayıb.

General Samvel kifayət qədər qaranlıq və kriminal keçmişə malik olan biridir, onun dinc azərbycanlılara qarşı hərbi cinayətlər törətməsinə dair çoxsaylı dəlillər mövcuddur.

Samvel Babayan terrorçu Monte Melkonyanla

Samvel Babayan bir o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin sakini olub, Xankəndində doğulub , 1988-ci ildən etibarən Dağlıq Qarabağın Ermənistana birləşməsini tələb edən separatçı Miatsum hərəkatında fəal iştirak edib. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı silahlı mübarizə aparan “Dağlıq Qarabağ Özünümüdafiə Qüvvələri”-nin (bu qüvvələr birbaşa Ermənistandan dəstək alırdı) komandir müavini vəzifəsini daşıyıb. Laçın dəhlizi və Şuşa şəhərinin işğal edilməsi əməliyyatlarında aktiv şəkildə iştirak edərək separatçı qüvvələr arasında tanınmağa başlayıb.

Maraqlıdır ki, bu döyüşlərdən, səhra komandiri kimi tanınmazdan əvvəl, 1991-ci ildə Samvel Babayan sovet ordu komandanlığı tərəfindən Dağlıq Qarabağda erməni hərbi dəstələrinin silahsızlaşdırılması əməliyyatında həbs edilmişdi və 6 aydan çox Bakıda həbsxanada saxlanılıb. Daha sonra əsirlərin mübadiləsi çərçivəsində qarşı tərəfə qaytarılıb.

Samvel 20 il əvvəl Qukasyana sui-qəsdə cəhd etmişdi...

1994-cü ildə atəşkəs əldə olunanda Samvel artıq general paqonları daşıyırdı, qondarma rejimdə “müdafiə ordusunun baş komandanı” idi və kifayət qədər nüfuzlu səhra komandirlərindən sayılırdı, ermənilər onu Qarabağın “milli qəhrəmanı” elan etmişdilər. Atəşkəsdən sonra isə Babayan digər səhra komandirləri, o cümlədən Serj Sərkisyan və Robert Köçəryanla birlikdə işğal edilmiş Azərbaycan yaşayış məntəqələrinin talanmasına başçılıq edənlərdən biri idi. Və talançılıq yolu ilə əldə edilən sərvətlərin bölüşdürülməsində separatçı rejimin digər mənsubları ilə konfliktlərə də girirdi.

Nəhayət 2000-ci ildə Samvel Babayanı qondarma “dqr” prezidenti Arkadi Qukasyana qarşı sui-qəsd edilməsi səbəb ilə günahlandırılaraq etdilər. O, dörd ilə yaxın həbsdə saxlanılıb və 2004-cü ildə azadlığa buraxılıb. Və bu dəfə Yerevanda “böyük siyasətə” girməyə cəhd edib. 2005-ci ildən Erməni İnqilabi Federasiyası - Daşnaqsütuna bağlı “Daşink” partiyasını təsis edib. Amma Samvelin Ermənistan siyasətində fəaliyyəti uğurlu olmayıb və Rusiyaya gedərək qaranlıq fəaliyyətini orada davam etdirib.

General Samvel Ermənistan siyasətində 2016-cı ilin aprel döyüşlərindən az sonra yenidən “zühur edib”. O, Rusiyadan geri dönərək Serj Sərkisyanın rejimini Qarabağdakı məğlubiyyətə görə ciddi tənqid etməyə başladı. Məhz general Samvel o vaxt Azərbaycan ordusunun ermənilərin müdafiə istehkamını qısa müddətdə necə darmadağın etdiyi haqda açıq danışırdı və aprel döyüşlərinin Ermənistan üçün məğlubiyyət olduğunu deyirdi.

Samvel Babayan Sərkisyan hakimiyyətini ciddi tənqid etməkdə davam edərək Qarabağda fəaliyyətə başladı və orada yenidən hakimiyyətə gəlmək niyyətini ortaya qoydu. Amma Samvelin fəaliyyəti Sərkisyan hakimiyyəti üçün təhlükə yaratmağa başlayanda onu yenidən həbs etdilər. Bu dəfə Samvel Serj Sərkisyana qarşı sui-qəsd təşkil etmək məqsədi ilə Ermənistana qaçaq yolla “İqla” daşınan zenit-raket kompleksini gətirməkdə ittiham edildi.

2017-ci ildə onu silah qaçaqmalçılığı və çirkli pulların yuyulması ittihamları ilə 6 il həbslə cəzalandırdılar. Lakin çox keçmədən Sərkisyan devrildi və Samvel 2018-ci ilin iyun ayında azadlığa çıxdı. O vaxt Sərkisyan hakimiyyətinə qarşı çıxan Samvel Babayanın N. Paşinyan hökuməti tərəfindən azadlığa buraxılması təəccüb doğurmurdu.

Azadlığa çıxandan sonra Babayan yenidən Qarabağda hakimiyyətə gəlmək cəhdləri göstərdi, amma onun qarşısında əngəl yaratdılar. Səbəb kimi keçmiş “dqr” başçısı Bako Saakyan onun “vətəndaşlığının” ləğv olunduğunu göstərmişdi. Babayan namizədliyinin qeydə alınması üçün imza kampaniyası, aksiyalar təşkil etdi, amma nəticəsi olmadı.

Lakin onun özü Qarabağda keçirilən qondarma “seçkilərdə” namizəd ola bilməsə də yeni yaratdığı “Birləşmiş Vətən” partiyası bu ilin aprelində işğal altındakı ərazilərdə keçirilmiş “parlament seçkilərində” 9 yer əldə edib.

Samvel Babayan 90-cı illərdə beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı hərbi, o cümlədən siyasi fəaliyyətlərdə aktiv iştirak edib. Müharibə illərində Azərbaycan vətəndaşları olan mülki əhalinin, o cümlədən torpaqlarımızın müdafiəsini təmin edən hərbi qüvvələrimizin öldürülməsinə birbaşa rəhbərlik edib. Bu tip əliqanlı və müxtəlif növ hərbi və mülki cinayətlərin müəllifi olan Samvel Babayanın qondarma rejimdə yüksək vəzifəyə təyini, Ermənistanın regionda sülh və əminamanlığa xidmət etməyən destruktiv siyasət apardığını göstərir. Samvel Babayan kimi tarixin qara səhifələrində həkk olunan residivist və separatçının siyasi meydana geri qaytarılması, həm də qarşı tərəfin münaqişənin həlli ilə bağlı niyyətini ortaya qoymuş olur.

Gənc separatçı Samvel, o vaxt hələ paqonları yox idi...

Sual olunur : Dağlıq Qarabağın erməni icması Samvel Babayan kimi əliqanlı cinayətkarın yüksək vəzifəyə təyin olunmasına nə üçün etiraz etmir? Dağlıq Qarabağ erməni icmasına sual olunur, -kimdir sizi idarə edən? Münaqişənin sülh yolu ilə həllini dəstəklədiyini hər zaman yüksək tribunlarda bildirən Ermənistan hökuməti nə üçün faşist Samvel Babayanın təyinatına mane olmadı?

Bu sualların cavabı aydındır-Paşinyan Qarabağ məsələsində tamamilə avantürist siyasi xətt seçdiyi bir vaxtda ona ciddi münaqişədə olduğu Qarabağ klanından dəstək hər halda lazımdır. Belə dəstək isə ancaq vaxtilə Sərkisyan və digər səngər yoldaşları ilə münaqişədə olan Babayanın qismində əldə oluna bilərdi.

Lakin Ermənistan dövləti və işğalçı qruplar anlamalıdır ki, nə qondarma seçkilər, nə bu istiqamətdə “siyasi aktivlik” nəticə verməyəcək. Münaqişə yalnız və yalnız beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. 11 iyunda Avropa Parlamentində qəbul edilən sənəd işğalçılıq siyasətinin dünya ictimaiyyəti tərəfindən tanınmadığını bir daha göstərdi.

Habelə Ermənistan rəhbərliyi bunu bilməlidir ki, Dağlıq Qarabağda etdiyi müharibə cinayətlərinə görə Samvel Babayan Azərbaycan qanunvericiliyinə uyğun olaraq, məhkəmə qarşısında məsuliyyətə cəlb olunmalıdır, beynəlxalq ədalət məhkəməsində cavab verməlidir.

Azərbaycanlıların öldürülməsinə rəhbərlik edən şəxsin qondarma Dağlıq Qarabağ Respublikasında vəzifəyə təyin edilməsi, erməni tərəfinin status-kvonun qorunmasında maraqlı olduğunu göstərir.

Qondarma “Dağlıq Qarabağ” rejimi ilə iş görmək, əməkdaşlıq etmək niyyətində olanlar gələcəkdə bu fəaliyyətə görə mütləq şəkildə cavabdehlik daşıyacaqlar.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar