Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağa döyüşə gedən ermənilər Gürcüstan üçün böyük təhlükədir

Gürcü jurnalist İranda Kalandadze Gürcüstan ərazisindən işğal altında olan Dağlıq Qarabağa döyüşə gedən erməni muzdlularla bağlı məqalə yazıb.

Məqalədə deyilir ki, bu ilin 28-29 sentyabr tarixlərində Ermənistan vətəndaşları azərbaycanlılara qarşı döyüşmək üçün fəal şəkildə Gürcüstan-Ermənistan sərhədini keçərək Qarabağa yollandılar. İnternetdə və KİV-də yayılan videogörüntülərdə ermənilər gürcü sərhədçilərə birbaşa şəkildə deyirdilər: biz ora turist kimi yox, Azərbaycana qarşı müharibə üçün və Qarabağdakı qardaşlarımıza köməyə gedirik.

Məlum olduğu kimi, erməni döyüşçülər Ninotsminda və Axalkalakidə gizli şəkildə deyil, açıq-aşkar – Ninotsmindada Vladimir və Qayoza Qarliani adına stadionda və Axalakalinin mərkəzində - qeydiyyatdan keçirdilər. Bu "xoş" xəbəri erməni KİV-i böyük sevinclə paylaşdı. Məlum oldu ki, onlar Qarabağın özündən daha çox erməninin yaşadığı Samtse-Cavaxetiyadan və Cavaxetiyadan erməni silahlılarının Qarabağa getməsinə böyük ümid bəsləyirlər”.

Jurnalist Qarabağa döyüşmək üçün gedən ermənilərin geri qayıtdıqdan sonra Gürcüstan üçün böyük təhlükə ola biləcəyini vurğulayıb.

"Məsələ ondadır ki, bu gün erməni millətçiləri Samtse-Cavaxetiyaya ”əsl erməni torpağı” kimi baxır və onu ”Cavax” adlandırırlar. Erməni silahlıları Qarabağ müharibəsində iştirak etmək üçün Gürcüstanı tərk ediblər. Gürcüstanı tərk edən ermənilər evlərinə qayıtdıqdan sonra müharibənin nəticəsinə baxmayaraq, Gürcüstana qarşı çıxış edəcəklər, ancaq bu dəfə daha pis ssenarilərlə.

Bu yaxınlarda sosial şəbəkələrdə Karen Ovanesyanın erməni separatçılarını Samtsxe-Cavaxetiyada qiyama qaldırmaq üçün hazırladığı planı və müraciəti ortaya çıxmışdı. Plan strateji əhəmiyyətli tranzit yolların erməni ekstremistlərinin nəzarəti altına verilməsini nəzərdə tuturdu”.

Kalandadze erməni separatçılarından olan Vaaqan Çaxalyanın sosial şəbəkədə Gürcüstandakı erməniləri Qarabağda müharibəyə çağırması ilə bağlı politoloq Soso Mancavidzenin cavabını dərc edib: "Gürcüstan hökuməti hərbi yüklərin daşınması üüçün dəhlizi bağlamaqla tamamilə düz hərəkət etdi. Gürcüstandan Qarabağa müharibəyə gedənlərə heç kəs mane olmur, amma avtomatik olaraq gürcü vətəndaşlığından imtina etsinlər, əks halda onlar cinayət məsuliyyətindən yayına bilməyəcəklər.

Erməni separatçılarına məsləhət görürəm ki, yalançı erməni tarixçilərinin uydurmalarına inanmaqdan vaz keçsinlər. İndi ermənilər qonşularla münasibətlərini yaxşılaşdırmağa çalışmalı və axmaq blogerlərin təsirinə düşməməlidirlər”. (azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar