Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ yenə həmsədr dövlətlərin hədəfində : hegemon dövlətlər separatçıları necə müdafiə etməyi planlayır?

Qarabağ ətrafında beynəlxalq diplomatik səylər intensivləşib. 44 günlük müharibə dövründə və ondan sonrakı aylarda fəaliyyətsiz olan Qərb ölkələri yeni fəallaşıblar. Pərdəarxası hansı oyunların getdiyi yavaş-yavaş üzə çıxır.

Müharibə dövründə ABŞ-da prezident seçkilərinin keçirilməsi, Tramp hakimiyyətinin erməni lobbisinin təsiri altında olmaması Vaşinqtonun Azərbaycana qarşı təzyiqlərinin nisbətən aşağı səviyyədə qalmasına səbəb oldu...

Fransa Paris Azərbaycana qarşı beynəlxalq təzyiqlərin formalaşması üçün əlindən gələni etsə də, Almaniya və Britaniya kimi güclü oyunçulardan dəstək ala bilmədi. Ona görə də Makron hökumətinin İrəvana dəstəyi müharibənin getişatına təsir etməyən mənvəi-siyasi təsəllidən başqa bir nəticəyə səbəb olmadı.

Müharibədən sonra ABŞ-da hakimiyyətə gələn demokrat Bayden hökuməti isə erməni lobbisinin tam təsiri altındadır. Bu da Vaşinqtonun Parislə səylərini birləşdirməsinə, eyni mövqedən çıxış etməsinə, fəaliyyətlərinin koordinasyasına gətirib çıxarıb.

Qarabağ məsələsi ilə bağlı Vaşinqton və Parisin fəallaşmasının əsas səbəbi də bununla bağlıdır. Vaşiqnton və Paris Minsk Qrupunun fəaliyyətinin aktivləşdirmək, Madrid prinsiplərinin yenidən dövriyəyə qaytarmaq, hətta separatçı erməni azlığı üçün status məsələsini gündəmə gətirməyə çalışırlar.

“Həmsədrlərin əsas hədəfi Azərbaycanı danışıqlara cəlb etməkdir”

Konfliktoloq Elxan Mehdiyev bununla bağlı bildirib ki, hazırki ABŞ hökümətində Erməni Milli Komitəsinin ən yaxın dostları təmsil olunur: "Yaranmış fürsətdən istifadə edən bu qüvvələr, eləcə də Ermənistan da daxil olmaqla ümumdünya erməni dairələri indiki dönəmdə ABŞ və Fransanın həmsədr statusundan yararlanaraq, 44 günlük savaşın nəticələrini diplomatik yolla-masa arxasında öz xeyirlərinə dəyişmək, onların dəstəyi ilə məsələni arzuladıqları istiqamətə yönləndirmək niyyətindədirlər.

Əsas hədəf statusla bağlı planı həmsədrlər tərəfindən ortaya atıb, Azərbaycanı bu layihə ətrafında danışıqlara cəlb etməkdir. Belə olarsa, Azərbaycanın bilavasitə keçmiş Dağlıq Qarabağ ərazisində əldə etdiyi bir sıra hərbi qazanclar da danışıq mövzusuna çevriləcək, Ermənistan yenidən Azərbaycanla, həmsədr ölkələrin siyasi dəstəyi ilə status davasına girəcək.

İndi rayonlar əllərindən getdiyindən, yaranmış mövcud vəziyyətdən ermənilər diplomatik yolla maksimum qazanc əldə etməyə çalışırlar. Onlar artıq rayonları deyil, Laçından yol olmaqla keçmiş DQMV ərazisi üzərində beynəlxalq qarantiyalı ərazi-əsaslı siyasi status əldə etmək arzusundadırlar. Onlara ümid verən amil də Rusiya qüvvələrinin bölgəni nəzarətdə saxlamasıdır.

İkincisi, ABŞ özü də Rusiyanın birtərəfli rol oynamasını və bölgədə tam hakim olmasını istəmir. Üçüncüsü, ABŞ və Fransa bölgədə Türkiyənin rolunu azaltmaq istəyirlər".

Lavrov İrəvana və Bakıya Qərbin "yeni təşəbbüslərini" müzakirə etmək üçün gəlir?

Azərbaycana qarşı Vaşinqton və Parisin təzyiq siyasətinə Rusiyanın da öz maraqları konteksində etiraz etməməsi rəsmi Bakının işini daha da çətunləşdirir. İki gün əvvəl Fransanın Ermənistandakı səfiri Conatan Lakot bildirmişdi ki, Rusiya Prezidenti Vladimir Putin və Fransanın dövlət başçısı Emmanuel Makron tezliklə Qarabağ məsələsinin davamlı həllinə yönəlmiş konkret təşəbbüslərlə çıxış edəcəklər.

O, aprelin 26-da E.Makron ilə V.Putin arasında telefon danışığının baş tutduğunu xatırladıb.

Diplomatın sözlərinə görə, Fransa prezidenti hərbi əsirlər, humanitar yardım və mədəni irsin qorunması məsələlərində konkret irəliləyiş əldə edilməsinin vacibliyini vurğulayıb.

Prezidentlər vəziyyətin davamlı həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupu çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəliblər. Yaxın gələcəkdə bu istiqamətdə konkret təşəbbüslər irəli sürüləcək”, – o deyib.

Səfir vurğulayıb ki, Minsk qrupu həmsədrlərinin 13 aprel açıqlamasında da göstərildiyi kimi, danışıqların bərpası həmsədrlər üçün prioritetdir.

Şübhəsiz ki, Fransanın Qarabağa dair yeni "təşəbbüsləri" Vaşinqtonla razılaşdırılıb. Bölgədə hərbi-siyasi situasiyaya nəzarət edən Rusiyanın prosesə cəlb edilməsi Makron hökumətinə həvalə edilib.

Hazırki ABŞ-Rusiya qarşıdurması dövründə tərəflərin hansısa beynəlxalq mövzularda müzakirə aparması inandırıcı görünmür. Bu ümumi işi Putin hökuməti ilə sıx rabitə saxlayan Fransa prezidenti E. Makron həyata keçirir.

Sözügedən "təşəbbüslərin" mahiyyətinin nədən ibarət olması tezliklə bəlli olacaq. Böyük ehtimalla Rusiya Xarici işlər naziri S.Lavrovun dünən və bu gün İrəvanda Ermənistan rəsmiləri ilə müzakirə edtdiyi əsas mövzu bununla bağlı olub.

Məlumdur ki, Lavrov bu səfərdən sonra Moskvaya dönəcək və Mayın 10-11-i Azərbaycana səfərə gələcək.

Onun İrəvandan geri qayıtması müzakirə edilən məsələlər üzrə əldə olunan sonuncların ABŞ və Fransa siyasi dairələri ilə bir daha masaya yatırılacağından xəbər verir. Ehtimal ki, Lavrov Bakıya da Qərblə birgə hazırladıqları yeni ideyalarla gələcək.

Rusiya Türkiyəni məlumatlandırır, çünki...

Moskva proseslərlə bağlı Türkiyə rəhbərliyini də məlumatlandırır. Sergey Lavrov İrəvanda danışıqlar apardığı saatlarda Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışması və onunla Qarabağı müzakirə etməsi təsadüfi deyil.

Görüşlə bağlı yayılan xəbərdə deyilir: “Prezidentlər Ağdamda yerləşən Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti və münaqişə zonasında bütün hərbi fəaliyyətlər kontekstində Dağlıq Qarabağ nizamlanması probleminə toxunublar”.

Əlbəttə, Minsk Qrupunun hər üç həmsədri Türkiyənin Qarabağ məsələsindən mümkün qədər kənarda tutmaqla bağlı ortaq maraqları var. Amma məsələ Rusiya üçün bir qədər fərqlidir, çünki 44 günlük müharibə dövründə Ankara ilə sıx təmaslar içərisində olub, əldə olunan razılaşmalarda Türkiyənin ciddi təsiri və imzası var.

Azərbaycan bu məsələrdə strateji müttəfiqinə güvənir və bütün addımlarını onunla koordinasiya edir. Ona görə də Ankaranı hər hansı yeni prosesdən kənarda tutmaq mümkün deyil.

Rusiya da bunu nəzərə almalı olduğunu, Ankaranı artıq prosesdən kənarda qoya bilməyəcəyini anlayır. Ona görə də, ölgədə öz maraqlarını tam təmin edəcək plana bütün tərəfləri razı salmağa çalışr.

Azərbaycanın rədd etdiyi köhnə təklifləri masaya qaytarmaq cəhdləri var

Beləliklə, Parisin hazırladğı, ABŞRusiya ilə razılaşdırdığı "yeni təşəbbüslərin" mahiyyəti Qarabağ münaqişəsinin yenidən Minsk Qrupu formatına qaytarmaqdı.

Tam əvvəlki şəkildə olmasa da, Madrid prinsiplərini yenidən qaytarmağa, Qarabağdakı separatçı erməni azlığına yüksək muxtariyyət statusu verilməsinə nail olmağa çalışırlar. Bu zaman işğaldan azad edilmiş Hadrutun da “muxtariyyətin” tərkibinə qaytarılmasına cəhdlər edilir. Əvəzində isə azərbaycanlılar həmin ərazilərə qaytarılmasına razılıq veriləcəyi, “muxtariyyətin” dünya birliyi tərəfindən Azərbaycan ərazisi kimi tanınacağının təklif ediləcəyi gözlənilir.

Yəni, Qarabağda separatçların nəzarətindəki ərazilərin formal olaraq Azərbaycanın tərkibində qalması, ancaq faktiki erməniləri idaretməsinə buraxılması təklif olunur. Azərbaycan bu təkliflərə heç vaxt razılaşmayıb.

Qalibiyyətlə çıxdığı, Ermənistan ordusunu məhv etdiyi 44 günlük müharibədən sonra onu müzakirə masasına yaxın qoyması ümumiyyətlə mümkün görünmür.

Hazırda sepsaratçılar ölkə ərazinin 3 faizindən də az hissəısində çıxışıb qalıblar. Dünyanın hansı nöqtəsində ölkənin bir küncünə toplanmış separatçı, cinayətkar azlığa dövlətə bərabər status verilməsi praktikası var?

Həmsədrlərin bu təklifləri tamamilə absurd olmaqla bərabər regionda yaranmış yeni situasiyaya qətiyyən uyğun deyil. Odur ki, rəsmi Bakı tərəfindən rədd ediləcəyi şübhə doğurmur.

Bunu Paris və Vaşinqtonda da bildiklərindən rəsmi Bakıya qarşı siyasi təzyiqləri işə salacaqları şübhə doğurmur. Həm beynəlxalq platformalarda Azərbaycanda insan haqqları, demokratiya sahəsində problemlər olduğunu iddia edərək, sanksiyalarları gündəmə gətirə, həm də ölkə daxilində və xaricdə əməkdaçlıq etdikləri müxalifəti fəallaşdıra bilərlər.

Vətən müharibəsindən sonra bir müddət səsləri kəsilən xaricdəki “söyüş müxalifətinin” yenidən fəallaşması, Azərbaycanın şanlı ordusunu qəhrəman zabitlərini hədəfə alması, dövlətə qarşı nifrət püskürmələri prosesə start verildiyini göstərir...

Rusiya Qərbin bu oyununda niyə iştirak edir?

Sual oluna bilər ki, bəs bölgədə hərbi-siyasi üstünlük qazanan Rusiya Paris və Vaşinqtonun planında niyə iştirak edir?

Bunun çox sadə izahı var: Moskva bütün hallarda bölgədə yeganə hərbi güc kimi qalacağını bilir. Əgər Qərb Azərbaycana və Türkiyəyə ciddi təzyiq göstərib erməni azlığına yüksək muxtaiyyat almağa nail olarsa, bu Moskvanın tam maraqlarına cavab verəcək.

Çünki bu plan baş tutarsa, həm Kremlin nəzarətində olan Azərbaycan ərazilərinin həcmi az da olsa genişlənəcək, həm də Rusiya öz hərbi qüvvəsini uzun illər bölgədə saxlamaq üçün beynəlxalq mandat əldə etmiş olacaq. Çünki nə ABŞ, nə Fransa, nə də onların diqtəsi ilə oturub-duran ölkələrin bölgəyə hərbi qüvvə göndərməsi mümkün deyil. Nə ğzləri belə təşəbbüs edəcək, nə də Moskva buna razılaşacaq...

Əvəzində Kremldən idarə olunan Dağlıq Qarabağda indiki kimi heç bir statusa malik olmayan separatçı rejim yox, beynəlxalq müstəvidə qəbul edilən “muxtar dövlət” ola və Rusiyanın oradakı bütün fəaliyyəti beynəlxalq legitimlik qazana bilər...

Göründüyü kimi Azərbaycan üçün xeyli mürəkkəb vəziyyət yaranıb. Beynəlxaq güclər briləşib Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbəni görməzdən kəlmək, erməni separatçılarına yenidən nəfəs verməyə çalışırlar. Bu zaman beynəlxalq hüququ, BMT prinsiplərinin tapdamaqdan da çəkinmirlər...

Azərbaycan bu xain planlara qarşı hansı addımları ata bilər?

Azərbaycan bu situasiyada nə edə bilər? Atılan ilk addımlardan biri siyasi manevr imkanlarını saxlamaq üçün Qərbin israrçı olduğu "hərbi əsirlərin" qaytarılması istiqamətində kiçik addım atılıb. Məlumdur ki, erməni lobbsinin qaldırdığı bu məsələ əksər beynəlxalq təşkilatların, ABŞ və Brüsselin Bakıdan əsəs tələblərindən birinə çevrilmişdi.

Bakı xoş məramını göstərmək üçün Xocavənddə tərk-silah edilmiş üç terrorçu-diversant Ermənistana göndərib. Bunun qarşılığında Ermənistan ordusunun Qarabağdan çıxarılması istiqamətində addımların atılmasına nail olunduğuna dair məlumatlar var. Ancaq hələlik rəsmi açıqlama yoxdur...

Diplomatik müstəvidə hazırda yürüdülən xarici siyasətin davam etdirləməsi zəruridir. Rəsmi Bakı Minsk Qrupunu fəaliyyətini ancaq bir şərtlə qəbul edə bilər ki, onun tərkibi yenidən təşkil olunsun və Türkiyə də masada əyləşsin.

Əlbəttə, ABŞ, Fransa və Rusiya bu təklifi qəbul etmək istəməyəcək. Bu halda Azərbaycan həmsədrlərin vasitəçiliyindən imtina edə, Qarabağ münaqişəsini indi olduğu kimi daxili məsələ sayaraq, problemin birdəfəlik həlli üçün uyğun əlverişli beynəlxaq vəziyyəti gözləməkdə davam edə bilər.

Təbii ki, qeyd etdiyimiz kimi, bu zaman ciddi beynəlxalq təzyiqlə üzləşə bilərik. Ancaq Türkiyə ilə müttəfqiliyi daha da möhkəmləndirmək, qardaş dövlətin Azərbaycanda hərbi iştirakına nail olmaqla bu təzyiqlərə müqavimət təşkil etmək olar.

Ordunu gücləndirmək, cəmiyyətdə milli birliyin qoruyub-saxlamaq Azərbaycanın əsas silahlarından biridir. Düşmənin və havadarlarının xain planlarını ancaq birliyimiz və Türkiyə ilə daha möhkəm əlaqələr qurmaqla poza bilərik! ("AzPolitika.info")

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar