Cümə, 27 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Qarabağ“ UEFA-ya etiraz etdi: “Bu, mümkün deyil“

"Qarabağ" UEFA-ya müraciət ünvanlayıb.

Ağdam klubu Avropa Liqasının qrup mərhələsinin ev oyunlarının neytral meydanda keçirilməsinə dair məlum qərardan narahatlığını ifadə edib.

Bilindiyi kimi, AzərbaycanErmənistanda UEFA bayrağı altında oyunların keçirilməsinə qadağa qoyulub. Qitə futbol qurumu Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq belə qərar verib. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə olacağı göstərilib.

AFFA və Ermənistan Futbol Federasiyasına beynəlxalq oyunlar keçirmək üçün alternativ yerlər təklif etmələri tövsiyə olunub

O da qeyd olunub ki, İcraiyyə Komitəsinin bugünkü qərarı Avro-2020-nin gələn ilin iyununda Bakıda nəzərdə tutulan oyunlarının planlaşdırılmasına təsir göstərməyəcək.

"Qarabağ" Avropa Liqasında ilk ev oyununu oktyabrın 29-da Tofiq Bəhramov adına Respublika stadionunda "Vilyarreal"a (İspaniya) qarşı keçirməli idi.

Hazırkı qərara əsasən Ağdam klubu “Sivasspor” (Türkiyə) və “Makkabi” (İsrail) ilə ev oyunlarını da neytral meydanda keçirməlidir.

"Qarabağ" UEFA-ya göndərilən məktubda yeni qərarın qısa müddətdə iki dəfə dəyişdirilməsinin anlaşılmaz olduğunu bildirib, bunun onlara ciddi problemlər yaratmasını qeyd edib.

Bildirilib ki, istər sənədləşmə, istərsə də vaxt baxımından yaranacq çətinlikləri aradan qaldırmaq real deyil. UEFA-dn xahiş olunub ki, bu məsələ ilə bağlı ölkəmizin və klubun mövqeyi nəzərə alınsın. "Qarabağ" alternativ meydan variantının ön plana çəkilməsini istəyib.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımadı

Kəlbəcərdə azərbaycanlı və erməni hərbçilər arasında qarşıdurma yaşanıb - Video

Ağsunun icra başçısı koronavirusdan vəfat edib

Zabitimizdən ermənilərə: "Sabah gələndə sizi burda görməyək!" – Video

Putinlə Paşinyanın danışığının təfərrüatları üzə çıxır: Laçın rayon mərkəzi və Zabux kəndi Ermənistana verilir?!

Ermənistan MN: Kəlbəcərdə Azərbaycanla sərhəddə müvəqqəti qapılar qoyulub

BDU Dövlət Bayrağını təhqir edən tələbə ilə bağlı məlumat yaydı

Ermənistan bu əraziləri də Bakıya verməlidir - Rusiyadan açıqlama

Laçının Qarıqaya kəndində 28 ildir qanunsuz yaşadıqları evlərə od vurub çıxan mülki işğalçılar - Fotolar

Yeni nazir yüz faiz Rusiyanın adamıdır: Bakıda təhsil alıb

loading...

Ən çox oxunanalar