Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ“ UEFA reytinqində mövqeyini qorudu

Avrokubokların qrup mərhələsinin ilk oyun həftəsindən sonra klubların UEFA reytinqi açıqlanıb.

I tur çərçivəsində baş tutan Çempionlar Liqasında 16, Avropa Liqasında 24 matçdan sonra cədvəldə bəzi dəyişikliklər olub.

Siyahının ilk “100-lüy”ündə yer alan yeganə Azərbaycan klubu “Qarabağ”ın mövqeyi dəyişməyib. İsraildə Təl-Əviv “Makkabi”sinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi 21,000 xalla 64-65-ci yerləri bölüşür. “Qarabağ” Rumıniya “Styaua”sı ilə eyni göstəriciyə malikdir.

Qurban Qurbanovun yetirmələri 61-63-cü olan PSV (Niderland), “Milan” (İtaliya) və “Standard”dan (Belçika) 1 xal geri qalır. Son matçlaradək bu üç komandaya şərik olan Mönhenqladbax “Borussiya”sı isə xal ehtiyatını artıraraq izləyiciləri, o cümlədən “Qarabağ”dan uzaqlaşıb. Almaniyalılar 23,000 xalla 59-cudur.

Xatırladaq ki, reytinqə 113 xala malik Almaniya “Bavariya”sı başçılıq edir.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar