Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ: Türkiyə və Rusiyanın vəziyyətə uyğun tərəfdaşlığı

Analitiklərin Azərbaycanın öz ərazilərinin Ermənistanın işğalından azad edilməsi üzrə hazırki əməliyyatı fonunda Rusiya və Türkiyə arasında hərbi qarşıdurma mümkünlüyü ilə bağlı məsələyə marağı 30 illik Ermənistan-Azərbaycan münaqişəsinin hazırki hərbi fazasının inkişafını izləyən heç kəsin diqqətindən yayına bilməzdi.

Ermənistanın baş naziri Nikol Paşinyanın hərəkətləri də bu qarşıdurma ehtimalını gücləndirirdi. O, bütün doğrularla və yanlışlarla KTMT-ni, yəni Rusiyanı münaqişəyə cəlb etməyə çalışırdı. Bunun üçün hətta atəşi öz üzərinə çəkmək və bununla da Rusiyanın kollektiv təhlükəsizlik haqqında müqaviləyə uyğun olaraq Ermənistanın tərəfində münaqişəyə daxil olmasını əsaslandırmaq üçün Ermənistan ərazisindən Azərbaycan şəhərlərinə raket hücumları da olub.

Amma Kreml əvvəlcədən hərbi münaqişəyə müdaxiləsini məhdudlaşdıran çərçivələri çizib, regionda Ankara ilə qarşılıqlı fəaliyyət göstərdiyini və fövqəladə qərarlar qəbul etməyə tələsmədiyini göstərib. Sonradan bu davranış xətti sabitliyini qoruyub saxlayıb.

Oktyabrın 5-də RF prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın mövqeyini açıqlayıb, bəyan edib ki, “Rusiyanın Azərbaycan və Türkiyə ilə Dağlıq Qarabağdakı vəziyyətlə bağlı dialoqu yüksək səviyyədə və daimi əsaslarla həyata keçirilir”.

O, zərurət olduqda prezident Vladimir Putinin Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək üçün Azərbaycan və Türkiyə liderləri – İlham Əliyev və Tayyip Erdoğanla telefonla danışacağını istisna etməyib. “Lazım gələrsə, heç şübhə yoxdur ki, prezident Putin öz həmkarları ilə bu mövzunu müzakirə edəcək”, deyə Peskov bildirib.

O, həmçinin cari həftə ərzində prezidentlərin əlaqə saxlaması ehtimalı ilə bağlı suala cavab verərək deyib: “Hələlik belə bir dəqiq plan yoxdur, amma söhbət müharibədən gedir və əlbəttə ki, Qarabağda vəziyyət sürətlə inkişaf edir, buna görə burada təxmin etmək çətindir. Vəziyyətin necə inkişaf edəcəyindən asılı olaraq dialoq ehtiyacı formalaşacaq”, deyə prezident Putinin mətbuat katibi bildirib.

Sonradan belə dialoqlar olub, amma onlar Qarabağ hərbi əməliyyatlar teatrında Moskva və Ankaranın hərəkətlərinin razılaşdırılmış olduğunu bir daha nümayiş etdirib. Bu əməliyyatların inkişafı bu məsələdə iki region dövləti arasında qarşılıqlı anlaşma olduğunu göstərir. İlk dəfə olaraq Ermənistanın işğalçı qüvvələrinin Azərbaycandan çıxarılmasını tələb edən İran da bu xətti dəstəkləyib.

Ümumilikdə, son 5 ildə Türkiyə-Rusiya münasibətlərinə nəzər salsaq, münasibətlərin vəziyyətdən asılı hal aldığını müşahidə etmək olar və hər iki dövlət Ön Şərq regionunda müxtəlif münaqişələrdə uğurla qarşılıqlı fəaliyyət göstərir. 2015-ci ildə Türkiyənin İraqSuriyaya daxil olması, Rusiya və Türkiyənin hərbi-siyasi tarazlayıcı rolunu oynadığı Liviya münaqişəsinə birbaşa cəlb olunması bunun əyani nümunəsi ola bilər.

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi üzrə əməliyyatlara başlamasından təxminən 10 gün əvvəl, 14-15 sentyabr Ankara danışıqlarının nəticələrinə görə Rusiya və Türkiyə Liviya məsələsində, yəni böhranın bu ölkədəki təsir və maraqlar zonalarına əsasən birgə nizamlanması barədə razılıq əldə ediblər.

Bir qədər də əvvəl Suriya üzrə belə qarşılıqlı fəaliyyət qeydə alınıb. Burada münaqişəni gələcəkdə hərbi məcradan siyasi məcraya keçirmək məqsədilə vəziyyəti gmüvəqqəti olaraq sabitləşdirmək mümkün olub.

Bu tərəfdaşlıq 600 il ərzində təsir zonası uğrunda regional müharibələr aparan Osmanlı və Rusiya imperiyalarının dağılmasından sonra Moskva və Ankara arasında mövcud olan xüsusi münasibətlər sayəsində mümkün olub. Bu zonalardan biri də əldən-ələ keçən Qafqaz idi, bu da iki dövlətin regiona münasibətində iz qoyub, onların hər biri öz tarixi iştirak hüququna iddia edir. Son 100 ildə Türkiyə və Rusiya müharibə meydanında qarşı-qarşıya gəlməyib. Buna əsasən hər iki ölkənin bir-birinə qarşı olan hərbi-siyasi bloklara bağlılıqlarına və beynəlxalq öhdəliklərinə baxmayaraq, öz hərəkətlərində və hətta qarşılıqlı fəaliyyətlərində nisbi müstəqilliyi qoruyub saxlamaq cəhdi şərait yaradıb. Bu, 1975-ci il Kipr böhranı zamanı özünü aydın şəkildə göstərib, Türkiyə NATO-dan olan qonşusu ilə – Yunanıstanla qarşı-qarşıya gəlib, amma Şimali Atlantika blokunun inadına Moskva tərəfindən dəstəklənib, bu da Ankaranın yunan “qara polkovniklər” xuntasının Kipri Yunanıstana birləşdirmək və Kipr türklərini qovmaq planının qarşısını almasına imkan verib.

Putin-Erdoğan dövründə ikitərəfli əməkdaşlıq daha da güclənib, hər iki lider 21-ci əsrin əvvəllərində ölkələrində kəskin böhran dövründə – bənzər təhdidlərin, məqsədlərin və iqtisadi vəziyyətin sabitləşdirilməsinə və hər iki dövlətin bütövlüyünün qorunub saxlanılmasına yönəlmiş bənzər addımların olduğu dövrdə hakimiyyətə gəliblər. Xarici siyasətdə hər iki lider Avropa İttifaqı, ABŞ ilə meydan oxurcasına münaqişəli münasibətlər nümayiş etdirməyə başlayıblar. Bu bənzər siyasət suveren iqtisadi inkişaf, daxili sabitlik və xarici iqtisadi maraqların həyata keçirilməsi ünsürü ehtiva edən regional təhlükəsizlik zərurətinə əsaslanırdı. 2005-ci ildə Rusiyada “suveren demokratiya” doktrinası ortaya çıxıb. Türkiyə belə bir doktrina elan etməsə də, onun açıq-aşkar suveren addımları, o cümlədən Aralıq Dənizində dəniz şelfinin işlənilməsi məsələsində atdığı addımlar, Azərbaycana açıq-aşkar siyasi dəstəyi Erdoğanın da Putinin kursuna bənzər müstəqil kursu olduğunu nümayiş etdirir.

Yuxarıda bəhs edilən, hər iki ölkənin maraqlarını birləşdirən regional maraqlarla yanaşı, ikitərəfli ticari-iqtisadi münasibətlər də kifayət qədər əhəmiyyətli hesab olunur. Statistik məlumatlara görə, 2019-cu ildə Rusiya və Türkiyənin ticarət dövriyyəsi 2,5% artıb və 21 mlrd. dolları aşıb, bunun 17,75 mlrd. dolları Rusiyanın, 3,46 mlrd. dolları isə Türkiyənin payına düşür. Ticarət dövriyyəsində ən yüksək səviyyə 2014-cü ildə qeydə alınıb – 31,1 mlrd. dollar, 2015-ci ildə bu göstərici, çoxlarının səhvən hesab etdiyi kimi Rusiyanın SU-34 təyyarəsinin vurulması hadisəsi ilə deyil, dünya böhranı ilə əlaqədar 19 mlrd. dollara qədər düşüb. Ticarətin kəskin şəkildə azalması və turizmdə azalma təyyarə böhranından xeyli əvvəl qeydə alınıb, Turan Analitika Xidməti “Rusiya-Türkiyə: Yaxınlaşma haqqında danışmaq tezdir” sərlövhəli məqalədə bu barədə yazmışdı.

Putin-Erdoğan dövrü qarşılıqlı maraqları nəzərə alan böyük sövdələşmələrlə səciyyələnir. Tərəflər strateji əhəmiyyətə malik olan və uzunmüddətli xarakterli bir sıra sazişlər bağlayıb. Söhbət Türkiyənin 22 mlrd. dollar dəyərində ilk “Akkuyu” AES-nin və 2019-cu ildə ümumilikdə 31 mlrd. kubmetr qaz nəql edən “Mavi axın” və “Türk axını” qaz kəmərlərinin tikintisindən, habelə Türkiyənin 2,5 mlrd. dollar dəyərində Rusiya istehsalı olan S-400 HHM sistemləri ilə təchiz edilməsindən gedir.

2019-cu ildə Türkiyə kurortlarına gedən turistlərin rekord sayı (7 mln. nəfərdən çox) rusların Türkiyəyə rəğbətinin artdığını göstərir. Bu, Rusiyanı vətəndaşları Türkiyə turlarına ən çox səyahət edən ölkələr arasında birinci yerə yüksəldib.

Nəzərə almaq lazımdır ki, “anti-Qərb” Türkiyənin keçmiş SSRİ məkanına və xüsusən Rusiyanın türkdilli regionlarına və Mərkəzi Asiya və Qafqaz ölkələrinə Rusiyanın siyasi və iqtisadi maraqlarına ziyan vurmadan, yumşaq şəkildə daxil olması Moskvanı qane edir. Burada da vəziyyətdən asılı olan ittifaqlar və hər iki ölkənin qarşılıqlı fəaliyyət göstərdiyi sülhyaratma layihələri ortaya çıxır. Məsələn, 2003-cü ildə Azərbaycanda hakimiyyətin ardıcıllıq yolu ilə keçməsinin təmin edilməsi, Suriya üzrə Astana sülh prosesi, Qırğızıstanda, Şimali və Cənubi Qafqazda böhranların nizamlanması.

Türkiyə və Rusiya Avrasiya dövlətləridir və həm coğrafi, həm də siyasi cəhətdən Avropa və Asiya sivilizasiyalarının ziddiyyət və vəhdətinin ortaq xüsusiyyətlərini daşıyırlar. Və maraqlıdır ki, Rusiya mental cəhətdən Avropaya daha yaxındır, baxmayaraq ki, siyasi sistemi Asiyanın siyasi sisteminə yaxındır, Türkiyədə isə əksinə – mental cəhətdən Asiyaya yaxındır, amma Avropa siyasi məkanına daxildir. Bəlkə də bu gizli qalmış amillər sivil qarşılıqlı fəaliyyət imperativlərini formalaşdırır və coğrafiyadan və məsələnin siyasi-iqtisadi əhəmiyyətindən asılı olmayaraq, iki ölkənin razılaşmaq və təmas nöqtələri tapmaq qabiliyyətinin əsasını təşkil edir.

Bu gün Cənubi Qafqaz təkcə Türkiyənin tarixi keçmişi deyil, həm də bugünüdür. İndi onları BTC neft kəməri, BTZ qaz kəməri, BTE dəmir yolu birləşdirir. Rusiyaİranın gələcək Şimal-Cənub dəmir yolu, qaz kəməri layihələri də onlara qoşulur. Yəni region başda regional sabitlik olmaqla, həm iqtisadi, həm də siyasi maraqları təmin edən nəqliyyat, energetika maraqlarının və digər maraqların kommunikasiya qovşağına çevrilir. Bu, uzunmüddətli inkişaf və qarşılıqlı maraqların təmin edilməsi üçün əlverişli şərait yaratmağa imkan verən əsas məsələdir.

Regionda qeyd edilən strateji layihələrin istehsal və nəqliyyat habı Azərbaycandır. Onun hər iki dövlətlə eyni səviyyədə siyasi-iqtisadi əlaqələri var və o, onların iştirakı ilə çoxistiqamətli regional əlaqələr və ittifaqlar formalaşdırmaq iqtidarındadır. Ermənistan istisna olmaqla, Azərbaycanın Qara Dəniz – Xəzər regionunda bütün qonşuları ilə praqmatik və münaqişəsiz münasibətləri var. Amma Moskva və Ankaranın maraqlı olduğu layihələrin inkişafında Yerevan əsas maneə kimi çıxış edir. Ermənistan siyasətçiləri və ictimai xadimləri Ermənistanın Azərbaycan, Gürcüstan, İran və Türkiyənin şəxsində bütün qonşuları ilə münaqişə vəziyyətində olduğunu etiraf edirlər. Qarabağ münaqişəsinin moderatoru olan Ermənistan regionda müxtəlif ölkələrin və ilk növbədə, əlbəttə ki, region dövlətlərinin – Rusiya və Türkiyənin maraqlarının həyata keçirilməsində ləngidici amilə çevrilib. Buna görə Azərbaycanın qanuni addımlarının Ankaranın açıq və Moskvanın gizli dəstəyini alması təəccüblü deyil. Ermənistanın problemi ondadır ki, o, öz maraqlarını bütün digər ölkələrin maraqlarından üstün tutub və onun regional düşmənçilik siyasəti regionda ziddiyyətlər yumağı əmələ gətirib və indi onu parçalamağın zamanı gəlib.

Gələcəkdə Türkiyə və Rusiyanın regionda qarşıdurmasını deyil, qarşılıqlı fəaliyyətinin güclənməsini gözləmək olar, xüsusən, Qarabağ münaqişəsi nizamlandıqdan sonra. Həm Rusiyanın, həm də Türkiyənin siyasi dairələrinin təxminləri, həm də Putin-Erdoğan dövrünün bünövrəsini qoyduğu təmayüllər bunun üçün əsas verir.

Beynəxalq münasibətlər üzrə ekspert, doktor Gökmen Kılıçoğlu hesab edir ki, Ermənistan Qafqaz regionunda Rusiya üçün böyük əhəmiyyət kəsb edir, amma Türkiyə də həmişə onun üçün əhəmiyyətli olub.

Rusiyalı ictimai xadim, politoloq Sergey Markov yazır ki, “Rusiya-Türkiyə münasibətlərinin əsas trendi … ondadır ki, hər iki ölkə öz suverenliyinin möhkəmləndirilməsinə və öz daxili və xarici siyasətinin müstəqilliyinin artırılmasına getdikcə daha çox diqqət yetirir. Bu paralel istiqamətlərdən gedən, bir-birinə kömək edən Moskva və Ankara getdikcə daha çox yaxınlaşır. Əməkdaşlıq paralel istiqamətlərdə davam etdiriləcək, ya Rusiya və Türkiyə sıx tərəfdaşlıq münasibətlərindən müttəfiqlik münasibətlərinə keçəcək? Bu məsələnin hələlik cavabı yoxdur. Amma Türkiyənin Avropa İttifaqına qoşulması mümkünlüyünü istisna etmək olmaz. Bu, baş verərsə, Avrasiyanın geosiyasi xəritəsi əsaslı şəkildə dəyişəcək”. (Turan)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar