Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ terrorçuları Ter-Petrosyan və Paşinyanla görüşdü

Qarabağdakı terrorçu rejimin keçmiş başçıları Arkadiy Qukasyan və Bako Saakyan Ermənistanın sabiq prezidenti Levon Ter -Petrosyanla görüşüb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, görüş Qarabağdakı gərgin vəziyyətlə bağlı olub.

Terrorçular çıxış yollarının axtarılıb tapılması ilə bağlı eks-prezidentdən məsləhət almağa çalışıblar. Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin üzvü Araman Musinyan bu barədə məlumatı təsdiləyib.

Bundan əvvəl isə baş nazir Nikol Paşinyan A.Qukasyanı və Bako Saakyanı qəbul etmişdi.

Qeyd edək ki, Robert Köçəryan və Serj Sərkisyana cinayət işi qaldırılandan sonra N.Paşinyanla Qarabağ klanı arasında münasibətlər gərginləşmişdi. Hətta Qukasyanla Saakyan R.Köçəryanın məhkəmə prosesində iştirak etmək üçün İrəvana getmişdilər və onu girov müqabilində zaminə götürmək üçün rəsmi müraciət ünvanlamışdılar.

Göründüyü kimi, Azərbaycan ordusunun sarsıdıcı zərbələri terrorçuları İrəvana qaçmağa vadar edib. Yeri gəlmişkən, bundan əvvəl klanın digər üzvü, sabiq müdafiə naziri Seyran Ohonyan, R.Köçəryan və S.Sərkisyan da Qarabağa gəlmişdilər. Lakin sonradan eks-prezidentlər “silah gətirmək” adı altında döyüş zonasını tərk etdilər. Ohanyan isə dedi ki, Qarabağın “güclü” ordusunun onun dəstəyinə ehtiyacı yoxdur.

Levon Ter-Petrosyan isə vaxtında erməniləri xəbərdar edərək demişdi ki, nə qədər gec deyil, kompromisslərə gedib sülh imzalamaq lazımdır, vaxt gələcək, Azərbaycan onların təkliflərini və şərtlərini qəbul etməyəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar