Çərşənbə axşamı, 19 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Qarabağ” Qəbələdə xal itirdi, Bakıda bərabərlik oldu - Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci dövrəyə, 8-ci turun oyunlarına start verilib...

Lider “Qarabağ” səfərdə “Qəbələ” ilə qarşılaşıb. Meydan sahibləri 3-cü dəqiqədə Qismət Alıyevin vurduğu erkən qolla hesabı açsalar da, qonaqların cavabı çox gecikməyib. 9-cu dəqiqədə İsmayıl İbrahimli hesabı bərabərləşdirib. Oyunun qalan hissəsində komandalar çox çalışsa da, hesab dəyişməyib və "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib.

Günün digər matçında “Keşlə” dogma meydanda “Sabah”ı qəbul edib. Meydan sahibləri uzun müddət hesabda öndə olsalar da, qonaqlar son dəqiqələrdə tarazlığı bərpa edə biliblər.

Qeyd edək ki, tura sabah keçiriləcək “Neftçi” - “Zirə”, “Səbail” - “Sumqayıt” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

19 oktyabr

17:00. “Qəbələ” – “Qarabağ” - 1:1

Qollar: Q.Alıyev, 3, - İ.İbrahimli, 9

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev.

Qəbələ şəhər stadionu

19:15.“Keşlə” – “Sabah” - 1:1

Qollar: V.İsgəndərli, 16 - H.Ekstein, 90

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı.

“ASCO Arena”

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar