Bazar, 28 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Qarabağ qazisindən erməninin intiqamını alanlar və ya maskalanmış eybəcərliklər... - Video

“A-dan Z-yə Aqil Ələsgərlə” ikinci sezonunda 14-cü buraxışı ilə görüşünüzə gəlib...

Hərbi Prokurorluğun Qarabağın azad olunmasında müstəsna rol oynayan zabitlərə qarşı aqressiv münasibəti, deputat Zahid Orucun “oğru məmur” açıqlamasına, maskalanan eybəcərliklərə dair həftənin müzakirə edilən mövzularına Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.

Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus tərzdə şərh edir.


Buraxılışın mətni:

Bu gün sizə öncəliklə Vəlidən danışacam, Vəlidən. Gündəmimizdə çox məsələ var, ancaq Vəlinin yaşadıqları və yaşatdıqları hamısından öncə gəlir nümunə olaraq bəzilərinə…

***

Allahı axtaran Allahsız Vəli

Bəli, Naxçıvanın bir milli təhlükəsizlik naziri vardı.

Vəli Ələsgərov. Zülmə-işgəncəyə məruz qoyduqları “Allah” deyib, dad etdiklərində, telefonunu masaya buraxıb, “Zəng elə, çağır Allahını, gəlsin səni qurtarsın” deyirmiş.

Ancaq dövran döndü və zülm etdikləri ilə yanaşı əmrində olanlar belə üzünə nəinki dayandılar, hətta növbə ilə tüpürdülər.

Çünki zülm ilə abad olanın sonu bərbad olar. Nədən Vəlini xatırladım? Çünki bir Vəli içəridə olsa da, digər vəlilər hələ də bayırdadır və dövlətlə millətin arasında Çin səddi tikməyə, vətən üçün canlarını fəda edənləri intihar həddinə çatdırmağa çalışırlar.

***

Vəlidən Vəliyevə: Dəyişməyən işgəncə

Vətəni sevdiyinə görə, insan peşman edilirmi? Bir zabit düşünün. Ən yaxın dostları qolları arasında can verib. Özü Qarabağın bir çox önəmli nöqtələrinin, xüsusilə Şuşanın alınmasında şəxsi şücaət göstərib, mükafatlandırılıb. Ən son ağır yaralanaraq, hospitala yatırılıb. Normal ölkələrdə bu Qazi əl üstündə tutulur. Bəs bizdə? Bəlkə də Xanlar Vəliyev xəbərsiz olacağını deyəcək, ancaq Hərbi Prokurorluğun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ağakişi Acalovun tapşırığı ilə bu zabitə və onlarla onun kimi vətən fədaisinə hazırda Hərbi Prokurorluqda divan tutulur. Xəstəliyinin şiddətinə baxmayaraq, qandallanaraq, yeni bir şey tapmadıqda, əski dəftərlər açılaraq, onlar həbsə atılır, döyüş yoldaşlarının üzünə durmasa, zindandan çıxarılmayacağı ilə hədələnir. Bu zülmü Allah götürərmi? Vəliyevin yaxud Acalovun Vəlidən nə fərqi qaldı? Dünən Vəli günahsızları zorla, hədələyərək, şantaj edərək, əzab verir, qondarma ittihamlara razı olmağa məcbur edirdi, bu gün də Vəliyev! Həmdə nəinki Vəlinin, heç qardaşının başına gələnlərdən dərs çıxarmadan…

***

Məmura “oğru” demək haqsızlıqdır, ancaq kimə?

Deputat Zahid Oruc isə deyir ki, sosial mediada və mətbuatda dövlət məmurlarının “oğru” obrazı yaradılır və bu, haqsızlıqdır.

Əlbəttə, haqsızlıqdır. Hətta böyük haqsızlıqdır oğrulara qarşı. Kabinetində rüşvət alan, evindən banderollarla avrolar, dollarlar çıxanlara, əhaliyə min bir zülm edənlərə “oğru” demək çox humanist münasibətdir. Onlar quldurdurlar, qaniçəndirlər, cəlladdırlar. Onlara “oğru” demək, Oğru Dünyasına həqarətdir. Çünki həqiqi oğruların bir raconu, qayda-qanunu var. Bunların isə Allahı belə yoxdur.

Ayrıca, kimsə quldur olmayan ilə bağlı o ifadəni işlətməz. Zahid müəllim sorğuları necə və hansı şəraitdə keçirir, deyə bilmərəm. Ancaq and içmədən də yaxşı məmuru xalq bilir və dəyərləndirir. Elin gözü bu səbəbdən tərəzidir.

Əgər Hərbi Tibbi Komissiya və Əmək və Əhaliyə Divan Tutma Nazirliyi Qarabağda minaya düşərək, bir ayağı kəsilən hərbçini 3-cü qrup elan edir, ehtiyacı olan yüz minləri dövlətin 190 manat yardımından məhrum buraxıb, əvəzində Azərbaycan bayrağının kitayski vinildən çap edilib yapışdırılmasına isə 35 min pul silirsə, əlbəttə “oğru” sözü bu qurumları idarə edənlərin ünvanına deyiləcək ən yumşaq ifadədir.

***

Maskalanmış eybəcərliklər…

Maska harda taxılmalıdır? Ümumiyyətlə, taxılmalıdırmı? Bu vaxta qədər maska virusun qarşısını alıbmı? Məsələn, mənim çox yaxından tanıdığım, Türkiyənin məşhur yazarlarından Hadi Özışık Qarabağ savaşı zamanı Bakıda olarkən, hər yarım saatdan bir maska dəyişirdi, spirt gördüyü anda əllərini dezinfeksiya edirdi, çantasında da həm maska, həm kolonya daşıyırdı.

Bakıdan gedən 6 jurnalistdən üçü Covidə yoluxdu ki, onların ikincisi Hadi abi idi. Yəni, bu kimi onlarla misal saymaq olar. Tamam, daxili məkanı anladıq, bəs açıq havada maska ilə gəzmək büdcəni doldurmaqdan başqa nəyə yarayır? O TƏBİB-in həkimi əslində düz demişdi ki, açıq havada maska nəyə lazımdır?! Ancaq işə gedən kimi başa saldılar ki, sən nə danışırsan, maska vacibatdı. Xanım da həkim kimi tibbi cəhətdən ayrı cür düşündüyünü, məmur kimi alayı düşündüyünü deyib, işin içindən çıxmaq istədi. Ancaq görünən odur ki, xalqımız Səhiyyə Nazirliyinə necə inanırdısa, elə TƏBİB-ə də o gözlə baxır, maskanı isə sırf pulsuz vaxtında cərimə yeməmək üçün taxır, sağlamlıq-filan umrunda deyil…

Ayrıca, şəhərin əksər restoranlarında canlı musiqi, çal-çağır olduğu halda toylara niyə icazə verilmədiyi də xalqımızı düşündürməkdədir. Kimdir axı bu toy-yas düşməni? Hər bir valideynin arzusu uşağına toy eləməkdir. İnstagramdakı bütün CiVilər hər gecə restoranlarda çalıb-oynayırlar, ancaq normal vətəndaş evində belə kiçik mərasim keçirə bilmir. Və bütün bu eybəcərliklər, absurdizm nümunələri pandemiya pərdəsi ilə maskalanmaqdadır…

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar

Ələ keçirilən rus sistemi Ankaraya gətirildi – Türkiyə ilə şok anlaşma

Ata Abdullayev ombudsman Səbinə Əliyevaya: "Başıma iş gəlsə, məni qoruyacaqsınız?"

Birinci Qarabağ döyüşündə qətlə yetirilən azərbaycanlıların meyitləri tapıldı - Video

Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu

Baş Qərargah rəisi Köçəryana: “İndi gəlib sənin bığlarını kəsərəm!”

Rəsul Quliyevyenə də Azərbaycana qayıtmaq istəyir...

İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb    

Paşinyanın evinə girən azərbaycanlı haker - Video

Əhali banklardakı pulları geri çəkir: Nə baş verir?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay