Bazar ertəsi, 26 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Qarabağ probleminin həlli Moskvanın planına görə mümkündür? - Ərəstun Orucludan şərh

Azərbaycan Minsk qrupunun vasitəçiliyindən imtina etsə, bölgədə hansı siyasi və hərbi vəziyyət yatrana bilər?..

Siyasi şərhçi: “Moskvanın planı bir tək Azərbaycanın maraqlarına cavab vermir”.

Moskvanın Azərbaycana öz qoşunlarını yerləşdirmək məsələsi onlar üçün son dərəcə önəmlidir”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu cəbhə xəttində baş verənləri və Lavrovun son bəyanatını PİA.az-a şərh edərkən qeyd edib.

Paşinyanın məsuliyyətsiz bəyanatları fonunda Azərbaycan-Ermənistan sərhədində vəziyyət günü-gündən pisləşir. Lavrovun dünənki bəyanatından isə belə çıxdı ki, Moskvanın əsas məqsədi sadəcə ordusunu Azərbaycanda yerləşdirməkdir.

Hazırda isə ATƏT-in Minsk qrupu demək olar ki, Moskvaya görə hərəkət edir və Vaşinqton və Paris üçün bu münaqişə demək olar ki, heç bir əhəmiyyət kəsb eləmir. Ermənistan isə işğalı sürdürə bilmək üçün ya danışıqları imitasiya edir, ya da danışıqlardan qaçır.

Qarabağ probleminin həlli Moskvanın planına görə mümkündür? Həmçinin Azərbaycan Minsk qrupunun vasitəçiliyindən imtina etsə, bölgədə hansı siyasi və hərbi vəziyyət yatrana bilər?

Mövzu ilə bağlı PİA.az hazırda ABŞ-da yaşayan siyasi şərhçi Ərəstun Oruclunun fikirlərini öyrənib.

Ərəstun Oruclu: “Moskva Yaxın Şərqə çıxmaq üçün Azərbaycan ərazisindən, xüsusilə də işğal altında olan aşağı Qarabağ ərazilərindən - ilk növbədə Zəngilandan bir komunikasiya kimi istifadə etmək niyyətindədir”.

Rusiyanın planı əsasında Dağlıq Qarabağ münaqişəsinin həllinin bizim üçün yolverilməz olduğunu vurğulayan siyasi şərhçi PİA.az-a açıqlamasında əlavə edib ki, birmənalı şəkildə Lavrovun təkliflərini rədd etmək lazımdır:

“Mən deyərdim ki, Paşinyanın məsuliyyətsiz bəyanatları və Azərbaycan-Ermənistan sərhəddində təkcə Dağlıq Qarabağda yox, Qarabağdan kənarda və Aşağı Qarabağdan kənar ərazilərdə vəziyyətin gərginləşməsi məhz Moskvanın Qarabağ adı altında öz planlarını həyata keçirmək niyyətindən irəli gəlir. Paşinyan bir müddət Moskvanın aləti olmaqdan sanki boyun qaçırırdı. Amma son nəticədə həm daxildən, həm də xaricdən ona olan müqaviməti nəzərə alaraq məcbur oldu ki, Moskvanın planı ilə razılaşsın. Əslində Moskvanın həyata keçirmək istədiyi plan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistanın da maraqlarına cavab verir. Moskvanın planı bir tək Azərbaycanın maraqlarına cavab vermir.

Moskvanın Azərbaycana öz qoşunlarını yerləşdirmək məsələsi onlar üçün son dərəcə önəmlidir. Çünki Moskva Yaxın Şərqə çıxmaq üçün Azərbaycan ərazisindən, xüsusilə də işğal altında olan aşağı Qarabağ ərazilərindən - ilk növbədə Zəngilandan bir komunikasiya kimi istifadə etmək niyyətindədir. Əlbəttə ki, həmin nəqliyyat yolunu qorumaq üçün Moskva Azərbaycana qoşun yeritmək istəyir. Bu qoşunu sülhməramlı və başqa ad altında Azərbaycana gətirmək istəyirlər. Bununla da Moskva Dağlıq Qarabağ münaqişəsini uzunmüddətli dondurmaq niyyətini güdür. Bu isə bizim maraqlarımıza heç bir halda cavab vermir.

Bu formatda Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün yolverilməzdir. Buna görə də birmənalı şəkildə Lavrovun təkliflərini rədd etmək lazımdır. Lavrovun təklif etdiyi 3 format Azərbaycanın milli maraqlarının əleyhinədir və heç bir halda bizim üçün məqbul sayıla bilməz.

Ərəstun Oruclu: “Ola bilsin ki, qapalı şəkildə Türkiyənin Azərbaycan üçün etdiyi səylərini ABŞ və İsrail də dəstəkləyir”.

ATƏT-in Minsk Qrupu faktiki olaraq formal fəaliyyət göstərən qurumdur. Uzun illərdir ATƏT-in həmsədrlər qurupu demək olar ki, heç bir uğura imza ata bilməyiblər. Onlar yalnız və yalnız münaqişəsinin həllini uzatmaq, münaqişədən istifadə etmək geosiyasi maraqlarını güdürlər. Həmçinin ATƏT-də təmsil olunan dövlətlərin bir-birinə münasibəti isə fərqlidir. Belə ki, bu gün Fransa daha çox Rusiyaya yaxındır, nəyinki ABŞ-a. ABŞ-ın da bölgəyə marağı əvvəlki qədər böyük deyil. ABŞ-ın bölgədə marağı varsa da, o bunu daha çox başqa dövlətlərin əli ilə etmək istəyir. Buna görə də ATƏT-in Minsk Qrupu formatını artıq bitmiş hesab etmək olar. Formal olaraq o qurumun fəaliyyəti imitasiyadan ibarətdir. Minsk qrupundan hansısa nailiyyətlər gözləmək olmaz. Necə ki, bu vaxta qədər o nailiyyət olmayıb.

Nəhayət görünən budur ki, formatda təmsil olunan Fransa Rusiya münaqişəyə daha loyal yanaşır. ABŞ isə Rusiyanın bölgədə nüfuzunun artmasını nəzərə alaraq xüsusi cəhdlər göstərmir. Bu gün Moskvanın planlanlarına bölgədə Türkiyə müqavimət göstərir. Ola bilsin ki, qapalı şəkildə Türkiyənin bu səylərini ABŞ və İsrail də dəstəkləyir. Hər bir halda biz Türkiyə ilə işləməliyik və bu bizim yeganə seçim yolumuzdur. Mən başqa yol görmürəm”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Mətanət İskəndərli Türkiyədə konsert verdi, rəzil duruma düşdü 

“Qoşunlarımız işğaldan azad edilmiş əraziləri bir qədər də genişləndirib”

"Paşinyan bizə o qədər mövzu verib ki..." - Müşviq Abbasov

ABŞ-da növbəti humanitar atəşkəs elan edildi - Sabah səhər saat 08.00-dan...

Kiçilən düşmən, böyüyən, bütövləşən məmləkət – İnteraktiv xəritə

Ukraynalı politoloq: “Paşinyan özünü tamamilə qeyri-adekvat aparır”

“Laçın dəhlizi”: Ermənilərin nəfəs aldığı keçid...

Rusiya ordusu Ermənistan-Azərbaycan sərhədində yerləşdirildi - Foto

Korotçenko: “Rusiya vətəndaşı olan ermənilər Dağlıq Qarabağ cəbhəsində iştirak edə bilməzlər”

Rusiyalı ekspert: “Ermənistan Azərbaycanın neft-qaz infrastrukturunu vurmaq hüququna malikdir”

loading...

Ən çox oxunanalar