Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ” - “Neftçi” matçının biletləri 51 manata

Bu həftə Premyer Liqa tarixinin ən bahalı biletləri satışa çıxacaq...

Sentyabrın 15-də, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" - "Neftçi" matçını izləmək istəyənlər 51 manatından keçməli olacaq.

PİA.AZ xəbər verir ki, futbolinfo.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubu oyun ərəfəsində satışa çıxaracağı biletlərə belə qiymət qoyub. Həmişə 1-2 manat olan biletlərin belə bahaya satılması rəqiblə bağlıdı.

Ötən mövsümün son turunda "Neftçi" "Qarabağ" azarkeşlərini "Bakcell Arena"dan kənar saxlamaq üçün gözlənilmədən 50 manatlıq biletləri satışa çıxarmışdı. Ağdamlılar çempionluq kubokunu bu oyundan sonra, əzəli rəqibin meydanında qaldıracağından paytaxt klubu onların bayramını korlamaq, tribunaları boş qoymaq istəyirdi.



"Qarabağ" tərəfi mayın 11-dəki oyunda dəstəksiz qalmamaq üçün rəqibin həmləsinə eyni üsulla cavab verdi. Bütün futbolçular maaş və mükafatlarından 1500-2000 manat aralığında ayıraraq büdcə yaratdı, həmin pulla 700 azarkeş üçün bilet təşkil edildi. Beləliklə, "Neftçi"nin büdcəsinə 35 min manat vəsait getdi, "Qarabağ" isə prinsipiallığı artan son matçda da qələbə qazanıb çempionluğunu "Bakcell Arena"da, azarkeşləri ilə birgə qeyd etdi.

Bu həftə baş tutacaq 4-cü tur matçının biletlərinin 51 manat olması məhz həmin olayların cavabıdı. Son anadək fikir dəyişməsə, əslində, rəqabət baxımından maraqlı addım olacaq. Görək azarkeşləri tərəfindən boykot olunan "Neftçi" bu oyunu izləmək üçün neçə fanatına bilet alacaq?

Bəlkə də "Qarabağ" bu oyunu biletsiz etməklə daha ciddi addım atar, jestinin anlamı da böyük olardı. "Neftçi" fanatlarının onsuz da küskün olduğu, tribunalara gəlmədiyi bir vaxtda 51 manatlıq biletin ciddi effekti olmayacaq. Ancaq bəlkə də ağdamlıların etdiyi doğrudu. Fanatların küskünlüyü üzündən bakılılar eyni cavabı verə bilməyəcək və mayda etdikləri səhvin cəzasını çəkəcəklər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar