Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ münaqişəsinin həllində sülhməramlıların yerləşdirilməsi əsas problemdir?

2019-cu ildə Azərbaycan və Ermənistan arasında aparılan danışıqları necə dəyərləndirmək olar?

Politoloq: “Dağlıq Qarabağ münaqişəsi üçün aparılan danışıqlar bu il nəticə vermədi. Qarabağ danışıqlarının gələn il üçün nəticə verəcəyini söyləmək isə mümkün deyil”

“Beynəlxalq Böhran Qrupun Dağlıq Qarabağ münaqişəsinin çox analizləri ilə razılaşmaq olar”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsinə dair yeni hesabatını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verildiyi kimi Brüsseldə mənzillənmiş və nüfuzlu beyin mərkəzi hesab edilən Beynəlxalq Böhran Qrupu (İnternational Crisis Group) Dağlıq Qarabağ münaqişəsinə dair növbəti hesabat yayıb.

Uzunmüddətli araşdırmaların nəticəsi olaraq hazırlanan hesabatda deyilir ki, Yerevanda hakimiyyət dəyişikliyindən sonra AzərbaycanErmənistan arasında aparılan danışıqlar barədə əvvəlcə yaranan optimizm özünü doğrultmasa da tərəflər bəzi məqamlarla bağlı irəliləyişlər əldə edə bilərlər. Bunun üçün tərəflər “sakit, amma sürətli” danışıqlar aparmalıdır.

Hesabatın bölümlərindən biri də münaqişə bölgəsində beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi barədədir. Təşkilatın analitikləri hesabatın “Rusiyanın rolu” bölməsində bu mövzunu təhlil edirlər.

İCG hesabatında göstərir ki, Rusiya sülhməramlılarının regionda yerləşdirilməsinə dair sonuncu təklif “Lavrov planı” adlanan sənəddə əksini tapıb. Həmin plan ilk dəfə 2015-ci ildə Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən müzakirəyə təqdim edilib və 2016-cı ildə təsdiqlənib. Amma 2016-cı ildə Qarabağda hərbi əməliyyatların alovlanmasından sonra planın mövcudluğu heç vaxt Kreml tərəfindən rəsmən etiraf edilməyib.

Qeyd olunur ki, AzərbaycanErmənistanın Rusiya qüvvələrinin hər hansı sülhməramlı missiyada dominatlığından ehtiyat etməsi regionda sülhməramlıların yerləşdirilməsinə əsas maneədir.

Hər iki tərəf ehtiyat edir ki, Rusiyanın rəhbərlik etdiyi sülhməramlı missiya münaqişəni həll etməyəcək, əksinə, yeni təhlükələr meydana çıxaracaq.

“Skeptiklər iddia edirlər ki, sülhməramlılar Rusiyanın regionda hərbi iştirakını təmin etmək və pərdələmək üçün istifadə ediləcək. YerevanBakı habelə ehtiyat edirlər ki, Rusiya hərbi missiyası onların suverenliyini zədələyə, Moskvadan asılılığını artıra bilər. Hər iki ölkə Rusiya ilə yaxşı münasibətlərə malikdir, Kreml hər iki tərəfə silah satır və daha geniş regionda (o cümlədən Türkiyə, İran və Gürcüstanda) öz təsir imkanlarını gücləndirmək üzərində işləyir. Və tərəflərdən heç biri Moskvanın sülhməramlılar barədə motivlərinə tam etibar etmir”,-hesabatda vurğulanır.

Ümumilikdə 2019-cu ildə AzərbaycanErmənistan arasında aparılan danışıqları necə dəyərləndirmək olar və doğrudanmı münaqişənin həll prossesində sülhməramlıların yerləşdirilməsini əsas problemlərdən biri kimi dəyərləndirmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Sülhməramlıların yerləşdirilməsi münaqişənin həllindən sonrakı mərhələdə gündəmə gələcək”.

Sülhməramlıların yerləşdirilməsinin ilkin məsələ olmadığını vurğulayan politoloq PİA.az-a açılamasında əlavə edib ki, saziş imzalanandan və işğal altında olan ətraf rayonlar qaytarıldıqdan sonra, həmçinin azərbaycanlılar yerləşdirildikdən sonra sülhməramlıların yerləşdirilməsi mövzusu aktuallaşacaq:

Dağlıq Qarabağ münaqişəsi üçün aparılan danışıqlar bu il nəticə vermədi. Qarabağ danışıqlarının gələn il üçün nəticə verəcəyini söyləmək mümkün deyil. Çünki münaqişə yerində sayır və Ermənistanın mövqeyində də dəyişiklik yoxdur.

Beynəlxalq Böhran Qrupun Dağlıq Qarabağ münaqişəsinin çox analizləri ilə razılaşmaq olar. Onlar da qeyd ediblər ki, danışıqlar nəticə vermirsə, gələn il münaqişə ətrafında gərginlik arta bilər.

Sülhməramlıların yerləşdirilməsi isə ilkin məsələ deyil. Sülhməramlıların yerləşdirilməsi münaqişənin həllindən sonrakı mərhələdə gündəmə gələcək. Biz birinci addımları atmamışıq. Saziş imzalanıb rayonlar qaytarıldıqdan sonra, həmçinin azərbaycanlılar yerləşdirildikdən sonra sülhməramlıların yerləşdirilməsi mövzusu aktuallaşacaq.

Amma indi birinci addımı atmamışıqsa, sülhməramlıların bölgədə yerləşdirilməsi məsələsi aktual deyil”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar