Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ münaqişəsinin həllində Rusiya-Türkiyə razılaşması mümkündür?

Doğu Perincek kimi təcrübəli bir siyasətçinin Rusiyanın arxa baxçalarından biri olan Dağlıq Qarabağla bağlı belə bir bəyanatla çıxış etməsi bir qədər bəsit və sadəlövh iddia deyilmi?..

Politoloq: “Dağlıq Qarabağ münaqişəsinin həllində də Türkiyə-Rusiya arasında ortaq baxışların mövcud olması çətindir”.

“İnanmıram ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya Türkiyənin fəallaşmasına razılıq versin”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Türkiyə Vətən Partiyasının sədri Doğu Perinçekin Dağlıq Qarabağ münaqişənin həllində irəli sürdüyü iddianı PİA.az-a şərh edərkən qeyd edib.

“İnteraktiv” layihəsinin budəfəki buraxılışında hüquq müdafiəçisi Əhməd Şahidov koronavirus pandemiyası və dünyadakı yeni münasibətlər sistemi barədə Türkiyə Cümhuriyyəti Vatan Partiyasının Genel Başkanı Sayın Doğu Perinçek ilə maraqlı müzakirələr aparıb.

Müzakirə zamanı Doğu Perinçek maraqlı açıqlamalar səsləndirib və yeni dünya liderinin Çin olacağını, Rusiya, Hindistan və Türkiyənin dünyadakı mövqelərinin möhkəmlənəcəyini, Dağlıq Qarabağ münaqişəsinin həllinin Türkiyə və Rusiya razılaşmasından sonra həll oluna biləcəyini qeyd edib.

Suriya və Liviyada Rusiya ilə Türkiyənin geosiyasi maraqlarının heç də üst-üstə düşmədiyini nəzərə alarsaq, Doğu Perincek kimi təcrübəli bir siyasətçinin Rusiyanın arxa baxçalarından biri olan Dağlıq Qarabağla bağlı belə bir bəyanatla çıxış etməsi bir qədər bəsit və sadəlövh iddia deyilmi?

Mövzunu PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Rusiya-Türkiyə tərəfdaşlığının mövcudluğunun olmasına baxmayaraq Qarabağ münaqişəsinin həll edilməsi Rusiyanın maraqlarına cavab vermir”.

Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyə-Rusiya razılaşmasının olmasının münaqişənin həllini surətləndirciyəni düşünən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, buna baxmayaraq Rusiyada Türkiyə ilə birgə bu münaqişəsinin həll edilməsində maraq yoxdur. Əsas problem də budur:

“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində faəllaşmaq istəyir və Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Həmçinin zaman-zaman Türkiyə cümhur başqanı Rəcəb Tayyib Ərdoğan Qarabağ münaqişənin həlli məqsədi ilə Putinlə müəyyən danışıqlar aparıb. Danışıqlar aparmasına baxmayaraq Ərdoğan bildirib ki, Putin münaqişənin həllinə maraq göstərmir.

İnanmıram ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya Türkiyənin fəallaşmasına razılıq versin. Rusiya-Türkiyə tərəfdaşlığının mövcudluğunun olmasına baxmayaraq Qarabağ münaqişəsinin həll edilməsi Rusiyanın maraqlarına cavab vermir.

Elxan Şahinoğlu: “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində faəllaşmaq istəyir”.

Əgər Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyə-Rusiya razılaşması olsa, bu münaqişənin həllini surətləndirər. Amma çox təəssüf ki, Rusiyada Türkiyə ilə birgə münaqişəsinin həll edilməsində maraq yoxdur. Əsas problem də budur.

Doğu Perinçek Rusiyaya simpatiyası ilə tanınan siyasətçidir. Doğu Perinçekin bu açıqlaması da simpatiyasından irəli gəlir. Bəli, onun bu bəyanatının məntiqi yoxdur. Çünki qeyd etdiyiniz kimi Liviyada, Suriyada Rusiya-Türkiyə maraqları toqquşur. Amma alt qatda fərqli maraqlar var. Həmin bölgədə Rusiya Əsəd rejimini dəstəkləyir, Türkiyə isə Əsəd rejiminin hakimiyyətdən getməsini istəyir. Bunun özü onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində də Türkiyə-Rusiya arasında ortaq baxışların mövcud olması çətindir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar