Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ münaqişəsi problem olaraq ortadan qalxıbsa, vasitəçi dövlətlərə ehtiyac qalıbmı?

Prezidentin dediklərindən belə nəticəyə gəlmək olarmı ki, artıq nizamlama üçtərəfli bəyanat çərçivəsində gedəcəyinə görə, bundan sonrakı mərhələdə Minsk qrupuna ehtiyac yoxdur?..

Politoloq: “Hazırda ATƏT-in Minsk qrupundan imtina etmək Azərbaycanın maraqlarına uyğun deyil”

Azərbaycan ATƏT-in Minsk qrupundan imtina etməkdənsə, ATƏT-in Minsk qrupunun üzvlərinin dəyişdirilməsi barədə müraciət etməlidir. İlk olaraq Azərbaycan Fransanın həmsədrliyindən imtina etməlidir”.

Bu sözləri politoloq Turan Rzayev İlham Əliyevin xalqa müraciətində Dağlıq Qarabağ problemi yoxdur və bu termin də artıq işlənməməlidir fikirlərindən sonra ATƏT-in Minsk qrupunun taleyinin necə olacağını PİA.az-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyev dünən xalqa müraciətində bildirib ki, artıq Dağlıq Qarabağ problemi yoxdur və bu termin də artıq işlənməməlidir.

Azərbaycan Prezidenti deyib: “Bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən canlarını qurtaracaqlar”.

Prezidentin dediklərindən o anlama gəlmək olarmı ki, artıq nizamlama üçtərəfli bəyanat çərçivəsində gedəcəyinə görə, bundan sonrakı mərhələdə Minsk qrupuna ehtiyac yoxdur və vasitəçi qurumun buraxılması gündəmə gələ bilərmi? Hazırda yaranmış siyasi-hərbii vəziyyətdə nizamlamanın Rusiya və Türkiyənin vasitəçiliyi ilə aparılması daha düzgün olmazmı?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Biz yeni yaranan status-kvonun ən tez bir zamanda yekun sazişlə təsdiqlənməsinə çalışmalıyıq”.

ATƏT-in Minsk qrupunda yeni həmsədrlərə ehtiyacın olduğunu düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bu qrupun həmsədr üzvlərini 5-ə çatdırmaq təklifini də irəli sürmək olar. Ən azından bu münaqişənin ədalətli sazişlə sona çatması üçün neytral ölkələr daha effektli nəticələr verərdi:

“Bundan sonrakı proses daha çox yekun sülh müqaviləsininhazırlanması və iki ölkə arasında sülh müqaviləsinin imzalanması olacaq. Burada da Ermənistanın ölkəmizə vurduğu naddi və mənəvi ziyanlara görə təzminat məsələsi önə çəkilməlidir. Ümumiyyətlə isə yekun sülh müqaviləsində bir sıra önəmli məqamlar öz həllini tapmalıdır. Bunların arasında təbii ki, keçmiş DQMV-nin əhalisinin vətəndaşlıq statusu əsas məslələrdən biridir. Lakin bu danışıqların necə gedəcəyi məsələsi aktualdır. Burada iki variant təklif olunur. Birinci variant olaraq 2+2 formatı təklif olunur. Yəni Azərbaycan-Türkiyə, Ermənistan-Rusiyanın iştirakı ilə gedəcək proses təklif edilir. Eyni zamanda isə ATƏT-in Minsk qrupunun davam etməsinin tərəfdarı olanlar da var.

Düşünürəm ki, hazırda ATƏT-in Minsk qrupundan imtina etmək Azərbaycanın maraqlarına uyğun deyil. Çünki nəzərə alınmalıdır ki, keçmiş də olsa Dağlıq Qarabağ haqqında BMT-nin qəbul etdiyi 4 qətnamə var. Lakin bu qətnamələr yerinə yetirilmirdi. Amma bu BMT-nin münaqişəyə lazımı diqqəti göstərmədiyini bildirirdi. BMT-nin 4 qətnaməsi Ermənistanın işğalçı siyasətinin beynəlxalq hüquqda tanınması anlamına gəlirdi.

Qeyd edim ki, ATƏT-in Minsk qrupundan imtina etmək uzun prosesdir. Buna görə də Azərbaycan ATƏT-in Minsk qrupundan imtina etməkdənsə, ATƏT-in Minsk qrupunun üzvlərinin dəyişdirilməsi barədə müraciət etməlidir. İlk olaraq Azərbaycan Fransanın həmsədrliyindən imtina etməlidir. Fransa prezidenti Emanuel Makron şəxsi ambisiyaları uğrunda ölkəsinin maraqlarından çıxış etmir. Müharibə onu göstərdi ki, Fransanın münaqişədəki mövqeyi heç də bitərəf deyil. Məhz Azərbaycan Fransanın sərgilədiyi mövqeyi sübut edərək bundan sonrakı danışıqlarda Fransanın həmsədr kimi iştirakından imtina edə bilər.

Turan Rzayev: “Artıq Türkiyə də münaqişənin həll prossesinin bir parçasıdır. Bu 44 günlük müharibənin yaratdığı əsas nəticələrdən birirdir”.

ATƏT-in Minsk qrupunda yeni həmsədrlərə ehtiyac var. Bu qrupun üzvlərini 5-ə çatdırmaq təklifini də irəli sürmək olar. Ən azından burada neytral ölkələri təklif etmək olar və hesab edirəm ki, bu münaqişənin ədalətli sazişlə sona çatması üçün neytral ölkələr daha effektli nəticələr verərdi.

Öncəliklə Minsk qrupunun tərkibində köklü dəyişikliklərə can atmalıyıq. Məsələn ATƏT-in Minsk qrupunda Fransanın yerinə Macarıstan təklif edilə bilər. Çünki Macarıstan Avropada konstruktiv mövqe sərgiləyən ölkədir. Həmçinin Polşanı, müsəlman ölkələrindən isə Türkiyəni, Pakistanı, Malayziyanı və İndoneziyanı qrupda təmsil olunmasını və həmsədr ölkə statusu almasına çalışmaq olar. Bu ölkələrlə Azərbaycan bundan sonrakı proseslərdə birgə iştirak ed bilər. Əsasən da Azərbaycan Türkiyənin həmsədr ölkə kimi fəaliyyətinə can atmalıdır.

Onsuz da biz istəsək də, istəməsək də Rusiya Qarabağ münaqişəsində olacaq. Müsbət hal isə ondan ibarətdir ki, artıq Türkiyə də münaqişənin həll prossesinin bir parçasıdır. Bu 44 günlük müharibənin yaratdığı əsas nəticələrdən birirdir. Buna görə də Azərbaycan Türkiyənin həmsədr ölkə olaraq təklif edə bilər. Amma düşünmürəm ki, Türkiyənin həmsədr ölkə olması qəbul edilsin. Çünki hm Avropada Türkiyətə qarşı aqressiya var, həm də ermənilər türklərə güvənmirlər.

Onu da qeyd edim ki, ölkə prezidenti üç ölkə arasında bağlanan bəyannamədə əslində üzümüzə gələn 5 il müddətində gedəcək danışıqların təməl prinsiplərini yer aldığını vurğuladı. Buna görə də bir daha bildirim ki, indiki məqamda ATƏT-in Minsk qrupundan imtina etmək Azərbaycana üçün doğru yol deyil. Biz yeni yaranan status-kvonun ən tez bir zamanda yekun sazişlə təsdiqlənməsinə çalışmalıyıq. Bu qarşımızda duran bir nömrəli məslədir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Ən çox oxunanalar