Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ müharibəsinin pərdəarxasında kim qazandı, kim itirdi?..

Rusiyanın post-modern imperiya xəyallarını və Sovetin dağılması ilə müxtəlif respublikalarda qalan rusları geri almaq istəyini silahlı fəaliyyətlərindən daha yaxşı başa düşürük...

Nadir Dövlət
“The Independent” qəzeti, 18 noyabr 2020-ci il

Dağlıq Qarabağ 8 may 1992-ci ildə Ermənistan tərəfindən işğal edilmişdi. 1992-1994-cü illər arasında Azərbaycanla Ermənistan arasındakı müharibədə isə Ermənistan qəti hərbi qələbə qazandı. Beləcə, Dağlıq Qarabağla birlikdə Azərbaycan ərazisinin 20%-ni təşkil edən yeddi rayonunu işğal etdi.

Bu dəfə isə Dağlıq Qarabağ uğrunda aparılan 6 həftəlik müharibədə məğlubun Ermənistan, qalibin isə Azərbaycan olduğu əksəriyyət tərəfindən qəbul edilir. Lakin müharibələrdə bir görünən qaliblər olur, bir də pərdə arxasındakı qaliblər. Qarabağ müharibəsində də bu qayda dəyişmədi.

23 sentyabr tarixindən etibarən 90 min insan Dağlıq Qarabağı tərk etdi. Beynəlxalq Təxliyə Komitəsinin verdiyi məlumata görə, bölgədəki insanların yarısı məcburi köçkündür. Mühacirlər Ermənistana gedən Kəlbəcər yolu ilə hərəkət edirlər. İndi bu yol rus əsgərinin nəzarətindədir. Ermənistanın paytaxtı Yerevana yaxın olan Eçmiədzində rəhbərlik müharibədə həlak olan erməni əsgərlərinin adları və yaşları yazılmış plakatlar asıb.

Azərbaycan ordusu tərəfindən Türkiyə və İsrail istehsalı silahlı insansız hava vasitələrinin (PUA) səmərəli istifadəsi hərbi üstünlüyü təmin etdi.

Sonuncu geostrateji baxımdan paytaxt Xankəndinin (Stepanakert) ələ keçirilməsinin açarı olan Şuşa şəhəri azad edildikdən sonra Ermənistan onsuz da idarə edə bilmədiyi hərbi əməliyyatda tamamilə məğlub oldu. Müharibə bitdikdən sonra Əliyev 1500 şəhid ailəsinə ev vəd edib. Dağlıq Qarabağın erməni rəhbərliyi 2317 əsgərin öldüyünü bildirib. Bundan başqa, bölgədə 5800 mülk və 520 nəqliyyat məhv edilib.

Azərbaycan Ermənistanın 2 milyard dollarlıq 250 tankını, 150 hərbi maşınını və digər silahlarını məhv edib. Digər tərəfdən, ermənilər Azərbaycanın 15 PUA-sını, 36 tankını, 60 hərbi maşınını və silahlarını məhv ediblər. Bu rəqəmlərdən də göründüyü kimi müharibənin kimin xeyrinə bitdiyi aydın olur.

Şübhəsiz ki, Rusiya bu müharibədə əsas rol oynadı. İstəsəydi, bu qədər can və mal itkisi olmadan müharibəni dayandırmaq gücünə sahib idi.

Onsuz da 1992-ci ildən bəri ATƏT-in Minsk Qrupu Ermənistanı işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmaq və Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün vaxtaşırı toplanırdı. Lakin 28 ildə heç bir nəticə əldə olunmadı. Nəhayət, Azərbaycan əlinə silah alıb müharibəyə başladı. Rusiya əvvəlcə tamaşaçı olmağı üstün tutdu. Hər iki tərəfə də silah satmağa davam etdi.

Lakin Moskva sivil çevrilişlə hakimiyyətə gələn Paşinyana üstünlük vermədi. Çünki o da Gürcüstan kimi pis bir nümunəyə çevrilməyə başladı. Bildiyiniz kimi, Putin keçmiş Sovet respublikalarını neo-imperializm çərçivəsində özündən asılı vəziyyətə gətirmək istəyirdi.

Azərbaycan isə neft gəlirləri sayəsində təkbaşına hərəkət edə bilirdi. Moskva da bundan məmnun ola bilməzdi. Müharibə azərbaycanlıların xeyrinə çevrildikdə bu dəfə Moskva müdaxilə etdi və tərəfləri razılığa gəlməyə məcbur buraxdı.

Nəticədə, ermənilərin işğal etdikləri ərazidən geri çəkilməsinə, Azərbaycanın bir hissəsi olan, lakin quru sərhədi olmayan Naxçıvan və Azərbaycan arasındakı yolda FTX (Federal Təhlükəsizlik Xidməti) sərhəd qüvvələrinin patrul nəzarətinə və azərbaycanlıların gediş-gəlişinə nəzarət edilməsinə, həmçinin, təxminən 2 min Rusiya Sülhməramlı Qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsinə və Kəlbəcər yolu ilə Ermənistana gedən yolu idarə etməsinə qərar verildi. Beləliklə, Rusiyanın Ermənistandan sonra Azərbaycanda da faktiki bazası olacaq.

Digər tərəfdən, Rusiya-Türkiyə müşahidə mərkəzi pilotsuz uçuş aparatlarının köməyi ilə uzaq məsafədən işləyəcək və türkiyəli müşahidəçilər Dağlıq Qarabağa girməyəcəklər.

Kremlin Mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və prezident Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağın xaricində Bakı ilə Yerevan arasında atəşkəsə nəzarət edəcək bir rəsədxana qurmağı qəbul ediblər. Beləcə, nə şiş yandı, nə də kabab. Türklər də incimədilər, ancaq bölgənin idarəsi Rusiyanın xeyrinə oldu.

Rusiyanın post-modern imperiya xəyallarını və Sovetin dağılması ilə müxtəlif respublikalarda qalan rusları geri almaq istəyini silahlı fəaliyyətlərindən daha yaxşı başa düşürük.

Ciddi olaraq, Gürcüstandan iki bölgəni aldıqdan sonra Suriyaya hərbi müdaxilə edən Kreml daha sonra Ukraynadakı rusları təhrik edərək Krımı ələ keçirdi və ölkədə vətəndaş müharibəsinə səbəb oldu.

Belarusiyada prezident Lukaşenkoya qarşı narazılıq artan kimi müxalifəti hədələyərək prezidentə dəstək oldu.

Rusiya prezidenti Vladimir Putin 9 noyabrda “Rusiya Federasiyası ilə Türkmənistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsinin təsdiq edilməsi haqqında” qanunu imzalayıb.

Artıq digərləri ilə də belə müqavilələri var. Bundan başqa, bütün Mərkəzi Asiya ölkələrindən milyonlarla insan işləmək üçün Rusiyaya gəlirdi. Lakin Covid-19 epidemiyası səbəbiylə işçi miqrantların da sayı xeyli azaldı. Lakin bu da müvəqqətidir.

Bir sözlə, Rusiya Avrasiyada söz sahibidir. Buna görə də Rusiya uzunmüddətli perspektivdə qazanc əldə edib. Tək rəqibi olan Çinlə də dostluq əlaqələri quraraq öz maraqlarını təmin etməyi bilir.

Ankara müəyyən məsələlərdə Moskvaya qarşı çıxsa belə, Rusiya Türkiyəni də razı sala bilir. Qarabağ müharibəsində çox qan töküldü, maddi itkilər oldu. Ruslar isə bir mərmi də atmadan nəzarəti ələ keçirdilər.

Azərbaycan, ErmənistanRusiya “hüquqi cəhətdən məcburi” bir sənəd imzalamayıb. Sadəcə onlayn videokonfransda verilən ortaq bəyanat var idi və hər biri öz qarşısındakı sənədi imzaladı. Yəni ortada ortaq imza atılmış hüquqi bir sənəd yoxdur. Bu, əslində atəşkəs razılaşması və ya sülh aktından çox, xoş niyyəti göstərən sənəd idi. Buna görə də, müharibənin yenidən başlanmaması ilə bağlı heç bir qarantiya verilməyib.

Yerevan yaxınlığındakı Eçmiədzin, “Karen 19 yaşındadır”

Kəlbəcər yolu üzərində ölmüş əsgərlər

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar