Bazar ertəsi, 25 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Qarabağ müharibəsi fonunda: Avropadan gəlib Ermənistan üçün vuruşanlar niyə terorist sayılmır?

Nə klassik fransız dillilər, nə də mühafizəkar müxaliflər Dağlıq Qarabağda Azərbaycana qarşı mübarizə aparan terror qruplarını görmək istədilər. Çünki Qərbin terror anlayışı ənənəvi stereotiplərə uyğun gəlmir...

Selçuk Türkyılmaz
“Yeni Şafak” qəzeti, Türkiyə, 30 noyabr 2020-ci il

II Qarabağ müharibəsi ilə birlikdə müharibədə iştirak etmək üçün İslam coğrafiyasına gələn və terrorizm kateqoriyasında olan qərblilər öz fəaliyyətləri ilə yenidən gündəmə gəlib. Bu dəfə mənbə ölkə kimi Fransa önə çıxdı. Erməni diasporası II Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşmək üçün Fransadan Qarabağa bir qrup əsgər göndərib. Müharibənin ilk günlərindən bəri PKK-çıların da erməni diasporuna qoşularaq Qarabağa getdiyi və azərbaycanlılara qarşı vuruşduğu məlum olub. PKK-çılar tərəfindən bir neçə gün ərzində verilən açıqlamalar da bu vəziyyəti təsdiqləyir. Qərb millətlərinə mənsub olanlar da müharibədə iştirak ediblər. Üç qrupa toplaya biləcəyimiz nizamsız qrupların Azərbaycana qarşı mübarizə apardığını deyə bilərik. Dövlət səviyyəsində verilən dəstəklər isə ayrı bir məsələdir.

Qərbin akademik və intellektual dairələri terror anlayışını 1990-cı illərdən bəri İslam coğrafiyası ilə əlaqələndirərək müzakirə edirlər. Lakin bunun davamı olaraq, İslam coğrafiyasında müharibəni dərinləşdirən Qərbin qeyri-müntəzəm terrorçu ünsürləri müzakirə edilməli idi. Qərbdə müzakirə edilmədiyi üçün bizim kimi ölkələrdə də lazımi qədər gündəmə gəlmədi. Erməni millətinə mənsub olanların vəziyyəti də Qərb döyüşçülərindən fərqlənmir. Yenə də son 30 ildə Qərbdə formalaşan ədəbiyyata görə, Fransada yaşayan ermənilərin Dağlıq Qarabağda Azərbaycana qarşı apardığı mübarizə də beynəlxalq terrorizm kateqoriyasına daxildir. Eynilə beynəlxalq hüquqa görə, Azərbaycana məxsus olan Dağlıq Qarabağda PKK üzvlərinin mövcud olması da böyük problemdir. Bunun hüquqi nəticələri olmalıdır. Ancaq digər bir önəmli məsələ Avropa millətinə mənsub olanların vəziyyətidir. Bunlar Suriyanın şimalında PKK-nın sıralarına qoşulmuş, onlarla birlikdə Türkiyəyə hücum etmişdilər. Eyni şəkildə xəndək terroru zamanı da Türkiyəyə sızmışdılar. Diaspora ermənilərinin, PKK üzvlərinin və Qərb-in döyüşçü qruplarının mövcudluğu birbaşa terror məsələsidir. Bəs bu, dini terrordurmu?

11 sentyabrdan sonra “terror” Qərbin işğalını qanuniləşdirən bir vasitəyə çevrildi. 1990-cı illərdən sonra “ədalətli müharibə” anlayışından istifadə etmək üçün İslam dünyasındakı döyüşçü qruplar bəhanə edilirdi. Bu səbəblə, Noam Çomski və Devid Harvi kimi məşhur akademiklər və ziyalılar Suriyada PKK-ya dəstək olacaq qədər məsələni böyütmüşdülər. 1990-cı illərdən sonra Qərb ictimaiyyətinin İslam dünyasına qarşı mənfi fikirlərlə zəhərlənməsində akademiklərin və ziyalıların töhfələri böyük olub. Bu dairələr Qərbin terror qrupları ilə heç maraqlanmadılar. Beynəlxalq hüquqa əsasən, Azərbaycanın ərazisi olan Dağlıq Qarabağda Fransa kimi ölkələrin döyüşçü qrupları mütləq gündəmə gətirilməli idi. Akademik və intellektual dairələrin bu vəziyyəti qanuni və ədalətli bir müharibə kimi gördükləri aydın məsələdir. PKK-ya açıq şəkildə dəstək vermələri də bunun nəticəsidir. Bu da onların düşüncəsində xristian-müsəlman çəkişməsi şəklində özünü büruzə verir. Şübhəsiz ki, belə bir addım həmin dairələrin nüfuzuna kölgə salır.

Qərb ölkələrindən olan terrorçu qruplar gələcəkdə böyük problemə çevriləcək. Bu məsələnin üstündən keçmək olmaz. Bunlara FETO kimi yeni terror quruluşlarının da daxil ediləcəyi və qəbul etdikləri yeni kimliklərlə bağlı ciddi problemlərin yaşanacağı aydındır. Problemi Qərb-Xristian və Şərq-İslam dünyası kimi təsnif etmək, əlbəttə ki, vəziyyəti daha da qızışdırmaq mənasına gəlir. Ancaq Fransa kimi Qərb ölkələri ortaya çıxan zaman İslam dünyası ilə bağlı on illərdir terrorizm konsepsiyasını müzakirə edən dairələrin birdən-birə kor olması heç də başadüşülən deyil.

Orientalizmin hakim paradiqmaya çevrildiyi ölkələrdə də Fransa kimi ölkələr qlobal terrorizmin mənbəyi olduğu üçün qınanmalı idi. Ancaq onlar da erməni və Qərb döyüşçülərinin fəaliyyətini qanuni hesab etdilər. Nə klassik fransız dillilər, nə də mühafizəkar müxaliflər Dağlıq Qarabağda Azərbaycana qarşı mübarizə aparan terror qruplarını görmək istədilər. Çünki Qərbin terror anlayışı ənənəvi stereotiplərə uyğun gəlmir. Müsəlman, ərəb, fars və ya afrikalı olmadıqları üçün onları terror kateqoriyasına daxil etmək asan deyil.

Qərbin intellektual icması məsuliyyəti öz üzərinə götürməlidir. İslam dünyasını və müsəlmanları günahlandıraraq onları kateqoriyalara salırlar və məsuliyyət götürməkdən qaçırlar. Ancaq Fransa kimi Qərb ölkələrindən çıxan terror qrupları ilə 1990-cı illərdən sonra meydana çıxan vəziyyət arasında həddindən artıq oxşarlıq var.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bakıda məşhur biznesmenin oğlu "Range Rover"lə qəza törətdi, hadisə yerində öldü - Video

İcra başçısının otağından 50 min manat pul oğurlanıb - Video

Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri haqda açıqlama yayıldı

"Lavrov kimdir ki?!" - Paşinyan arvadının rəfiqəsini səfir edir

“Azəriqaz” rəhbərliyi müzakirəsiz həbs edilməlidir - Hafiz Hacıyev

Xırdalandakı partlayışda dağıntılar altından altı nəfər çıxarılıb - Foto,Video, Yenilənib2

Azərbaycanlılar Xankəndinə buna görə köçürülmür 

Putin Navalnının onun haqqında hazırladığı “Putinin sarayı” filminə münasibət bildirib

Ermənilər Özbəkistanda da soyqırım törədiblər - Bu haqqda film hazırlanıb - Video

Ən çox oxunanalar