Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ məsələsində Azərbaycan indi daha gərgin bir dövrə daxil olur” - Sülhəddin Əkbər

2021-ci ildə böyük dövlətlərin qarşıdurması fonunda Dağlıq Qarabağda hansı dəyişikliklər ola bilər?.. 

Siyasi şərhçi: “Bu ildən başlayaraq bütün dünyada, o cümlədən postsovet məkanında geopolitik qarşıdurma kəskinləşəcək”.

Rusiya Türkiyənin Qarabağda iştirakına məcburi razılıq versə də, ABŞ və Fransadan kənar özü tək başına orada məsələnin həllində təşəbbüsü ələ almağa çalışır”.

Bu sözləri siyasi şərhçi Sülhəddin Əkbər 2021-ci ildə Dağlıq Qarabağla bağlı proqnozlarını PİA.az-la bölüşərkən qeyd edib.

Qeyd edək ki, hazırda bütün dünyada geosiyasi vəziyyət çox mürəkkəbdir. O cümlədən bizim yaşadığımız Cənubi Qafqazda da vəziyyət heç də ürəkaçan kimi görünməməkdədir. Azərbaycan 44 günlük Vətən Müharibəsində qələbə çalsada, hazırkı status-kvo belə qarşıduran tərəfləri tam təmin etmir. Müharibənin bitməsini təmin edən üçtərəfli bəyanatın imzalanmasından sonra Rusiya bölgəyə sülhməramlı yeritmək adı altında Dağlıq Qarabağın ermənilər yaşayan hissəsini nəzarəti ələ keçirib və burda dominat qüvvəyə çevrilib. Bu isə Azərbaycanın ərazi bütövlüyü üçün yeni təhlükə yaratmaqdadır. Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri olan Fransa və ABŞ-ı problemin həll prossesindən kənarlaşdırdığı kimi, həmçinin daha əvvəl razılığa gəldiyi Türkiyənin də bölgədəki mövqeyini sarsıtmaq üçün əlindən gələn hər şeyi edir. Eyni zamanda Rusiya Dağlıq Qarabağda silahsızlaşdırılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi nümayişkəranə bir şəkildə yerinə yetirmir, əksinə bu silahlı gücün daha möhkəmlənməsi üçün addımlar atırlar.

Digər tərəfdən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Fransa və ABŞ problemin tənzimlənmə prossesinə yenidən daxil olmaq üşün israr edirlər. ABŞ-da formalaşmaqda olan Bayden Adminstrasiyasından da Rusiya, Türkiyə və Azərbaycana qarşı heç də xoş olmayan səslər eşidilməkdədir. Bilirik ki, istər Fransa, istərsə də ABŞ problemin tənzimlənmə prossessinə geri qayıtmaqla birbaşa ermənilərin vəkilliyini həyata leçirəcəklər. Eyni zamanda aydındır ki, Ermənistanın müttəfiqi olan Rusiya da Dağlıq Qarabağa nəzarət monopoliyasını saxlamaq üşün bütün resursrlarını səfərbər edəcək.

Bu durumda 2021-ci ildə Dağlıq Qarabağla bağlı proqnozlar nə qədər nikbin ola bilər? Böyük dövlətlərin qarşıdurması fonunda Dağlıq Qarabağda hansı dəyişikliklər ola bilər?

Dağlıq Qarabağın gələcyini və Azərbaycanın atmalı olduğu addımları PİA.az-ın əməkdaşı siyasi şərhçi, təhlükəsizlik eksperti Sülhəddin Əkbər ilə müzakirə edib.

Sülhəddin Əkbər: “Müharibədən sonra Qarabağ məsələsinin yeni fazaya keçməsi və siyasi diplomatik müstəvidə mübarizənin qızışması da təbiidir, həm də gözləniləndir”.

Azərbaycanın siyasi, diplomatik sferada ciddi addımlar atmalı olduğunuz düşünən partiya sədri açıqlamasında PİA.az-a bildirib ki, bu il diplomatik sferada mübarizə daha mürəkkəb, daha ağır və gərgin olacaq:

“Ümumiyyətlə, bu ildən başlayaraq bütün dünyada, o cümlədən postsovet məkanında geopolitik qarşıdurma kəskinləşəcək. Bu kəskinləşməsi zəminində də yeni böhranların yarana biləcəyi, köhnə böhranların yenidən qızışa biləcəyi, bəzilərinin hətta yenidən hərbi fazaya keçəcəyi gözləniləndir. Bu baxımdan Qarabağ məsələsinin yeni fazaya keçməsi və siyasi diplomatik müstəvidə mübarizənin qızışması da təbiidir, həm də gözləniləndir.

Rusiya Türkiyənin Qarabağda iştirakına məcburi razılıq versə də, ABŞ və Fransadan kənar özü tək başına bölgəyə nəzarət etməyə çalışır. Hazırda Qarabağ məsələnin həllində təşəbbüs birbaşa Rusiyaya aiddir və burda qismən Türkiyə də iştirak eir. Bu baxımdan da Fransa və ABŞ yaranmış durumdan narazıdır və bu narazılıq da təbiidir. Buna görə də onlarln Minsk formatının yenidən canlanmasına cəhd edəcəkləri gözləniləndir. ABŞ və Fransanın ermənipərəst mövqe sərgiləyəcəyi də heç kimə sirr deyil. Lakin biz bu dövlətlərin obyektiv mövqe sərgiləmələrinə nail olmalıyıq və bu Azərbaycan hakimiyyətinin qarşısında duran vəzifədir.

Sülhəddin Əkbər: “Azərbaycan ABŞ, Avropa Birliyi və NATO ilə münasibətləri yeni strateji səviyyəyə qaldırmalıdır ki, Ermənistan bundan yararlanmasın”.

Biz Minsk qrupunun canlanması məsələsinin gündəmə gələcəyini neçə vaxtdır deyirik. Buna görə də Azərbaycan indi daha gərgin bir dövrə daxil olur. Bu dövrdə siyasi, diplomatik sferada mübarizə daha mürəkkəb, daha ağır və gərgin olacaq. Azərbaycan siyasi, diplomatik sferada ciddi addımlar atmalıdır çox şaxəli siyasət yürüdərək beynəlxalq hüququn Cənubi Qafqazda təmin olunmasına çalışmalı və öz tərəfdaşlarını buna inandırmalıdır. Mən bu barədə kompleks təkliflər paketi irəli sürmüşəm.

Azərbaycan ABŞ, Avropa Birliyi və NATO ilə münasibətləri yeni strateji səviyyəyə qaldırmalıdır ki, Ermənistan bundan yararlanmasın. Hazırkı məqamda Ermənistana fürsət vermək olmaz. Həmçinin Azərbaycanda daxildə demokratiya, insan haqları istiqamətində ciddi addımlar atmaq lazımdır. Sözün həqiqi mənasında Azərbaycanda demokratik islahatları başlatmaq lazımdır ki, ABŞAvropa hakimiyyətin bu sahədə səmimi addımlar atdığına inansın. Siyasi islahatlar təcili şəkildə dərinləşdirilməli və vətəndaş cəmiyyəti yolunda ciddi addımlar atılmalıdır. Eyni zamanda daxili birliyin, milli birliyin qorunub saxlanılması bütün siyasi qüvvələrin təməl xətti olmalıdır .

Xarici siyasət isə müharibə vaxtı bizə dayaq olan ölkələrlə münasibətlərimizi daha da sıxlaşdırmalıyıq. Bu ölkələr Türkiyə, Pakistan, Böyük Britaniya və İsraildir. Siyasi diplomatik cəbhədə qarşımıza çıxa biləcək qüvvələr də önləyici siyasət aparıb münasibətlərimizi yaxşılaşdırmalıyıq. Bir daha qeyd edim ki, bu ölkələr ABŞ, Avropa Birliyi və NATO-dur. Bu addımlar atılmasa, bizə çətin olacaq.

İndi əsas məsələ 2020-ci ildə qazanılan hərbi qələbəni siyasi-diplomatik qələbə ilə möhkəmləndirməkdir. Bu bizim əsas işimizdir və bu işdə uğursuzluq bizim mövqelərimizin zəifləməsinə yol aça bilər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar