Çərşənbə axşamı, 24 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Qarabağ heç vaxt Ermənistan olmayıb” – Şahnazarovdan etiraflar

“Tez və ya gec azərbaycanlılar ərazi bütövlüyünü təmin edəcəkdilər”

Tanınmış Rusiya rejissorlarından biri, erməni əsilli Karen Şahnazarov Qarabağ münaqişəsi və ermənilərin illər boyu tutduqları destruktiv mövqe ilə bağlı növbəti dəfə maraqlı açıqlamalar verib.

“AzPolitika.info” xəbər verir ki, Rusiyanın “Den TV” telekanalına müsahibə verən rejissor bu münaqişənin hər iki tərəfin maraqlarına uyğun formada həll olunmasının vacib olduğunu, lakin hazırkı durumun kompromis variantları demək olar ki, istisna etdiyini söyləyib: “Tərəflərə son olaraq elə bir kompromis tapmaq, elə sülh bağlamaq lazımdır ki, gələcəkdə revanş tələb olunmasın. Elə bir kompromis tapılmalıdır ki, hər iki tərəfi qane etsin və sərhədlərin açılmasına, əməkdaşlığa imkan versin. İlk dəfə deyil ki, belə hadisələr baş verir. Ötən əsrin 20-ci illərində də hadisələr olmuşdu, ancaq sonra azərbaycanlılar və ermənilər Azərbaycanda normal yaşamışdılar. Mənin atam Bakıda doğulub. Ona görə də prinsipial kompromis axtarmaq lazımdır. Lakin təəssüf ki, mən indi nəyi müşahidə edirəm – qurban nə qədər çoxdursa, kompromis tapmaq da bir o qədər çətindir.”

Hər zaman nisbətən obyektiv mövqeyilə seçilən K.Şahnazarov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin vacib olduğunu deyib. Rejissor qeyd edib ki, azərbaycanlılar nə vaxtsa istənilən yolla bunu edəcəkdilər: “Etiraf etmək lazımdır ki, Azərbaycanın ərazi bütövlüyü problemi var. Ermənistan rəhbərliyinin bu vəziyyətin daim davam edəcəyinə dair illüziyaları onu aldatdı. Aşkar görünürdü ki, tez və ya gec azərbaycanlılar maliyyə imkanları əldə edəndən sonra ərazi bütövlüyünü təmin edəcəkdilər”.

Daha sonra Şahnazarov Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın ötən il verdiyi müsahibəni xatırladıb və bildirib ki, erməni cəmiyyəti onun dediklərini görməzdən gəlib: “Erməni cəmiyyətinin böyük hissəsi Ter-Petrosyanın “BBC”-yə verdiyi müsahibədən yan keçdi. O, həmin müsahibəsində deyirdi ki, 1997-ci ildə praktiki olaraq, razılıq əldə edilmişdi. Razılaşma qədimdən Azərbaycana aid olan 7 rayonun qaytarılmasını və ermənilər üçün müəyyən müddətə uzadılmaqla hansısa statusun verilməsini nəzərdə tuturdu. Görünür, bu status azərbaycanlıları qane edirdi. Lakin Ter-Petrosyanın dediyi kimi, bu razılaşma, Qarabağın erməni rəhbərliyi onun əleyhinə olduğu üçün baş tutmadı. Erməni tərəfi son hərbi əməliyyatlardan xeyli əvvəl kompromislə bağlı razılığa gəlməli idi.”

Şahnazarov müsahibəsində bildirib ki, ermənilərin münaqişəni sülh yoluyla həll etmək üçün 20 ildən artıq vaxtları olsa da, bundan istifadə etməyiblər. Rejissor həmçinin xüsusi vurğulayıb ki, Qarabağ heç vaxt Ermənistanın olmayıb: “Mənim fikrimcə, yeri gəlmişkən, heç vaxt Ermənistanın tərkib hissəsi olmayan Qarbağda böyüyən spesifik erməni subetnosu var.”

Rusiyalı rejissor Rusiyanın münaqişədəki iştirakına dair isə bildirib ki, Rusiya Sovet İttifaqı qədər güclü deyil və o, Qarabağ münaqişəsinə birabaşa müdaxilə edə bilməz.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Putin və Makronun qəfil və şübhəli birliyinin arxasındakı plan - Qarabağ gizlinləri

Ordumuz şəhid verdi, bir sülhməramlı, dörd erməni hərbçi yaralandı

Araik Moskvaya qaçdı - Bakıya təhvil verilə bilər

Silahsız azərbaycanlıların Xankəndinə gedən yolda görünməsi erməniləri qorxutdu

Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub

“Savaş başlayanda Paşinyan dedi ki, Putinə...”- İlginc açıqlama

Kreml Qarabağdakı missiyasına aydınlıq gətirməlidir: Sülh yaradır, yoxsa separatizmi qoruyur?

Lavrov və Şoyqunun Ermənistana səfərindən sonra Putinin Qarabağ açıqlamasının pərdəarxasında nələr var?

İlham Əliyev və Mehriban Əliyeva Ağdam şəhərinə gedib - Video, Foto, Yenilənib

loading...

Ən çox oxunanalar